b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_188d95c9c9a93f2bddb1d687361f38b1.jpg
  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.

Musavat.com xəbər verir ki, senator, ilk növbədə, Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlət başçısına çatdırıb.

O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğuladı və buna görə də ayrıca minnətdarlığını bildirib.

Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub.

Dövlət başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək ABŞ Prezidenti Donald Trampın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğulayıb. Prezident İlham Əliyev deyib ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta Dəhlizin inkişafında oynadığı mühüm rolu bir daha qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda senator Stiv Deyns Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

***

11:54

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_229f601e-da90-3b56-ae57-ade1b9a0.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_1fd69b2f-9fbd-31bb-87b9-1e81d6cd.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_d3be1bc7-213b-3af4-95e3-b72da809.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_282a9142-8431-364c-b1cb-c1ed03b9.jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_dd199ce7-1f02-38ea-be4b-df781161.jpg
 
 

Bölmənin digər xəbərləri

31 May 2025 İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
31 May 2025 Maskla Lutnik Makronu lağa qoydular; Tramp: “Qapını bağlamaq lazımdı”
31 May 2025 Pakistan Əfqanıstanla əlaqələri yüksəldir
31 May 2025 Zelenski: “Rusiya dünyada ən qeyri-adekvat subyektdir”
31 May 2025 Ərdoğan: Rusiya və Ukraynanın dövlət başçıları səviyyəsində görüşü sülh üçün faydalı olacaq
31 May 2025 Avropa ilə İsrail arasında əsəblər gərilir: - “Soyqırımı dövləti” və “qatillər ordusu”
30 May 2025 Hakan Fidan: “Tramp, Putin və Zelenski bir araya gəlsə, İstanbul danışıqları zirvəyə çata bilər”
30 May 2025 Trampın rüsumlarla bağlı qərarı bloklandı
30 May 2025 Ermənistan Milli Arxivi Azərbaycana işləyirmiş
30 May 2025 “Əl çək məndən, uğursuz bədbəxt”-Arvadı Makrona daha nələr deyib?
30 May 2025 Serj Sarqsyan 3 milyon dollar rüşvət alıb
30 May 2025 Bu ölkə vətəndaşlarına ABŞ-dən çıxmağı tövsiyə etdi
30 May 2025 AB temsilcisinden dikkat çeken üyelik açıklaması: Üye olmak istiyorsunuz ama İmamoğlu'nu tutukluyorsunuz
30 May 2025 İstanbulun fəthi: II Mehmet və müəllimi Ağ Şəmsəddin
29 May 2025 Xruşovun böyük rüsvayçılığı - Albaniya SSRİ-dən 4 sualtı qayığı zorla necə alıb?
29 May 2025 İlham Əliyev Trampın məktubunu yüksək qiymətləndirib
29 May 2025 ABŞ bu xarici məmurlara viza verməyəcək - SƏBƏB
29 May 2025 Tramp Türkiyədəki o fiquru Suriyaya səfir təyin etdi: yeni dönəm başladı - FOTO
29 May 2025  Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
29 May 2025 Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”

Dünyapress TV

Xəbər lenti