b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_51203dfca068c6cfa9d3f58bbaba2e2f.jpg
  

Türk Dövlətləri Təşkilatının hərbi-siyasi bloka çevrilməsi perspektivi var; “Turan ordusu”na KTMT və NATO necə reaksiya verəcək - polkovnikdən şərh

Türk Dövlətləri Təşkilatının (TDT) toplantılarına dünya mediası da hər zaman diqqət yetirir. Əsas müzakirələr də TDT-nin hərbi birliyinin yarana biləcəyi ətrafında aparılır. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, hərtərəfli iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, eləcə də müasir ordulara malik TDT bu gün haqlı olaraq beynəlxalq platformalarda təmsil olunmağa iddialıdır.

“Yeni Müsavat”ın xəbərinə görə, bu yazılarda iddia olunur ki, son illər TDT-nin hərbi-siyasi ittifaqının yaradılmasının əlamətləri görünsə də, hər hansı əsaslı nəticə çıxarmaq üçün hələ tezdir. Əsasən “Türk NATO”sunun yaradılmasında Mərkəzi Asiya ölkələrinin həlledici mövqeyə sahib olacağı deyilir. Söhbət Qazaxıstan və Qırğızıstanın, həmçinin qurumda müşahidəçi olan Türkmənistanın mövqeyindən gedir. Bildirilir ki, bu bölgə Rusiya, Türkiyə, Aİ, ABŞ və Çin arasında rəqabət meydanına çevrilib. Təhlillərdə bildirilir ki, region ölkələrində qərarların qəbulunda türk həmrəyliyi deyil, iqtisadi maraqlar əsas olacaq.

O da bəllidir ki, Qazaxıstan və Qırğızıstan KTMT üzvüdür və belə qərar olarsa, hərbi bloku tərk etməlidirlər. Belə bir gedişat isə Rusiyanın maraqlarına ziddir. Yəni belə bir qərar daha çox Türkiyənin Rusiyaya qarşı yönəlmiş geosiyasi addımı kimi qiymətləndirilə bilər. Burada digər incə nüans da var - Azərbaycan indiyə qədər heç bir hərbi alyansa üzv olmayıb, nə NATO, nə KTMT-yə. Azərbaycan Qoşulmama Hərəkatında yer alır. Üstəlik, Rusiya postsovet ölkələrinin başqa hərbi alyanslara inteqrasiyasına qəzəblə reaksiya verir.

Amma TDT-nin hərbi bloka çevrilməsi gerçəkləşərsə, rəsmi Bakı bu haqda, əlbəttə, ölkənin maraqlarına uyğun qərar verəcək. Çünki bu gün dünyada artıq tək yox, çoxşaxəli inkişaf üstünlük təşkil edir. Bura iqtisadi, siyasi, mədəni, eyni zamanda hərbi sahədə ölkələr arasında birliklər nəzərdə tutulur. Dünyanın artıq qlobal dövriyyəsi öz yolunu dəyişib. Belə ki, artıq ölkələr öz mənafelərinə yaxın olanlarla birlik qurur. Biz bunu müxtəlif sahələrdə, eynilə hərbi sahədə də görürük.

Müharibələrin və münaqişələrin gətirdiyi xaosun hökm sürdüyü müasir dünyada cərəyan edən proseslər təhlükəsizlik sahəsinə xüsusi diqqətin yetirilməsini vacib edir. Bu mənada TDT-yə üzv ölkələr də öz növbəsində müdafiə qabiliyyətlərini artırmalı, xarici təhdidlərdən qorunmaqdan ötrü lazımi addımları atmalıdır.

Bəs “Türkdilli NATO”nun yaranmasını kimlər əngəlləyir? “Turan ordusu”nun reallaşmasına Rusiyanın yanaşması necə ola bilər? Eləcə də ABŞ və Qərb bu qərarı hansı formada qarşılayacaq? Nəzərə alaq ki, Qazaxıstan və Qırğızıstan KTMT üzvü olduqları kimi, Türkiyə də NATO üzvüdür.

Şair Ramaldanov: “Azərbaycan Ordusu regionda sülh və təhlükəsizliyin  təminatçısıdır”

Şair Ramaldanov 

“Yeni Müsavat”a danışan polkovnik Şair Ramaldanov qeyd etdi ki, qlobal dünyada gedən geosiyasi proseslər bu gün tərəfdaşların olması zərurətini ortaya qoydu: “Yəni atalar demişkən, "tək əldən səs çıxmaz". Bunun üçün hansısa blokda olmaq da mütləq deyil. Məsələn, Ukrayna heç bir hərbi blokun üzvü deyildi, amma 50 ölkə hərbi yardım, silah-sursat, mütəxəssislər göndərdi. Ona görə də əlaqələr, tərəfdaşlar vacib amildir. Türkdilli ölkələr də hərbi blok şəklində birgə olmasa da, hazırda bu təşkilatın inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycana gəldikdə isə Qoşulmama Hərəkatının üzvü olaraq öz siyasətini həyata keçirir. Rəsmi Bakı türkdilli ölkələrin münasibətlərinin inkişafında maraqlıdır. Cənab Prezident andiçmə mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanın inteqrasiyasını türk-müsəlman ailəsində görür. Sadəcə, o demək deyil ki, Azərbaycan özünü hər hansı hərbi blokun tərkibində görür".

Ş.Ramaldanov vurğuladı ki, yenə də hər şey hadisələrin inkişafından asılı olacaq: “Hər halda, NATO və KTMT kimi blokların üzvü olmamaq yaxşıdır. Bunu yaxın keçmişdəki təcrübə sübut etdi. KTMT özünü doğrulda bilmədi. Ona görə Azərbaycan düzgün siyasət yürüdüb. Bəlkə də gələcəkdə türkdilli dövlətlərin əlaqələri o dərəcədə inkişaf edəcək ki, "Turan" bloku yarana bilər. O zaman artıq gedişata baxacağıq və Azərbaycan öz siyasətini müəyyənləşdirib qərarını verəcək, indi isə Türkdilli Dövlətlər Təşkilatının hərbi qanadının yaranması ilə bağlı addımlar atılması müşahidə olunmur".

Polkovnik hesab edir ki, siyasətdə şərtlər vəziyyətə uyğun dəyişir: “Hazırkı proseslərdə türkdilli ölkələr bir-birinin maraqlarını dəstəkləməlidir. Burada regional, dini, milli faktorlar nəzərə alınmalıdır. Ona görə də sadalanan amillərlə bağlı əlaqələr daha da güclənərsə, gələcəkdə koalisiyanın yaranması istisna deyil. Dünyada gedən proseslər də belə düşünməyə əsas yaradır. O baxımdan istisna etmirəm ki, gələcəkdə təkcə türkdilli deyil, digər müsəlman ölkələri də bu inteqrasiyaya qoşula bilər. İndi isə Azərbaycan Prezidenti geosiyasi proseslərin mürəkkəb, çətin dövründə xarici siyasət kursunu düzgün tutub, ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqdadır. Azərbaycan geosiyasi məkanda öz yerini dərk etməkdədir və türkdilli ölkələrin birliyində də ölkəmizin mühüm rolu var”.

Arayış üçün bildirək ki, Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlayıb və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir. Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.

Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və digər məmurları il ərzində davamlı olaraq iclaslar keçirir, məclis rəhbərləri, heyətləri Bakıda toplanır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

23 May 2025 Rusiya Ermənistanı Qərbin əlindən almaq üçün yeni təməllər atmaq istəyir-ilginc
23 May 2025 Türkiyədə ŞOK ƏMƏLİYYAT: 56 hərbçi SAXLANILDI - VİDEO
23 May 2025 Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
23 May 2025 Sabiq baş nazirə mobil telefon satmadılar – KURİOZ HADİSƏ
23 May 2025 Harvard Universiteti ilə bağlı ŞOK QƏRAR - Bu hüququndan məhrum oldu
23 May 2025 Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
23 May 2025 Linkolnun qanlı əlcəkləri ŞOK qiymətə satıldı - FOTO
23 May 2025 İranda üç türk zindanda edam edildi
23 May 2025 Putin sülh istəmir: Vatikan danışıqları da nəticə vermədi
23 May 2025 İran Bakıdan sərhədi açmasını istəyir
22 May 2025 Ermənistanı qarışdıracaq “Mehri planı” – Paşinyan üçün pis ssenari
22 May 2025 Lavrov İrəvana bu mesajı aparıb - Rusiya vasitəçiliyə qayıdır?
22 May 2025 Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı oldu
22 May 2025 Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını AÇIQLADI
22 May 2025 Baydenin səhhəti ilə bağlı ŞOK AÇIQLAMA - 12–18 ay...
22 May 2025 İranla ABŞ beşinci dəfə bu tarixdə danışacaqlar
22 May 2025 Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu
22 May 2025 Pentaqon Qətərin Trampa hədiyyəsi olan “Uçan ev”i rəsmən qəbul edib
22 May 2025 Tehran Bakının edam tələbini icra etdi: Bəs “Hüseyniyyun” necə olacaq?
22 May 2025 Prezidentlərə təqdim olunan yemək menyusu – FOTO

Dünyapress TV

Xəbər lenti