b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_9312917d218c5a51065434c668730053.jpg
  
 
Rusiya XİN rəhbərinin Ermənistana səfəri  Prezident Putinin və Lavrovun özünün təhqir olunduğu tarix kimi yaddaşlarda qalacaq.

Bunu Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Sergey Lavrovun İrəvana səfərini şərh edərkən bildirib. Politoloq qeyd etdi ki, Ermənistandakı atmosferi bilə - bilə Lavrov bu ölkəyə səfər etdi:

“Bu, onu göstərir ki, Ermənistanla son illər yaşanan soyuqluğa baxmayaraq, Rusiyanın onu cəzaalandırmaq  fikri yoxdur və Cənubi Qafqazda Rusiyanın əsas dayağı yenə Ermənistan olacaq.  Rusiya bu mesajı verdi və Ermənistanın təhlükəsizliyi üçün hər şey edəcəyini dilə gətirdi. Lavrov İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün maraqlı olduqlarını da dilə gətirib. Rusiya atətən, bölgədə gərginlik və münaqişə olduğu təqdirdə müdaxilə imkanlarına malik olur. Münaqişə yoxdursa, Rusiyanın edəcəyi nə ola bilər?” Q.Çaxmaqlı Kremlin təmkinli davranışını səbəbsiz saymır: “Rusiya Ermənistanın Qərbdə özünə havadarlar aramasının nəticələr vermədiyini hesablayır və Ermənistana təhlükəsizlik qarantiyası verə bilər. Gümrüdəki 102-ci hərbi baza, Metsamor Atom Elektrik Stansiyasının yenilənməsi, Qafanda konsulluğun açılması və s. Ermənistanı yenidən Rusiyanın təsir sahəsinə sala bilər”.

Ekspert Kremlin maraq dairəsində olan digər məsələdən də bəhs etdi:

“Məlumdur ki, 9 noyabr 2020 - ci il  üçtərəfli bəyannaməsinə əsasən, Rusiya Zəngəzur koridoruna  nəzarəti özündə saxlamaq istəyir və Ermənistanın buna qarşı olması rəsmi Moskvanı narahat edir. Yaxın zamanlarda Rusiya aktiv şəkildə bu məsələnin üzərinə gedəcək, çünki bu yol Rusiya üçün həyati əhəmiyyət daşıyır.  Konkret şəkildə deyə bilərik ki, Rusiya Ermənistanı Qərbin əlindən almaq üçün yeni təməllər atmaq istəyir və o, Paşinyan hakimiyyətinin dəyişdirilməsinə qədər gedə bilər. Ermənistanda da belə hesab edənlərin sayı artmaqdadır ki, Avropa Birliyi və ABŞ  bir çox məsələlərdə Rusiyanın alternativi olmaqdan uzaqdır”.

Ermənistandakı Qərb tərəfdarlarına gəlincə, Q.Çaxmaqlı bildirdi ki, onların  dəstəkçiləri azalmağa başlayıb:

“Rejissor Tiqran Xzmalyan kimi adamların heç bir təsir gücü yoxdur. Xzmalyan özü hakimiyyətlə işləyir və  tapşırıq yerinə yetirir”.

ELŞAD,
Musavat.com 
 
 
 

Bölmənin digər xəbərləri

23 May 2025 Türkiyədə ŞOK ƏMƏLİYYAT: 56 hərbçi SAXLANILDI - VİDEO
23 May 2025 Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
23 May 2025 Sabiq baş nazirə mobil telefon satmadılar – KURİOZ HADİSƏ
23 May 2025 Harvard Universiteti ilə bağlı ŞOK QƏRAR - Bu hüququndan məhrum oldu
23 May 2025 “Türk NATO”sunun yaranmasını kimlər əngəlləyir?
23 May 2025 Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
23 May 2025 Linkolnun qanlı əlcəkləri ŞOK qiymətə satıldı - FOTO
23 May 2025 İranda üç türk zindanda edam edildi
23 May 2025 Putin sülh istəmir: Vatikan danışıqları da nəticə vermədi
23 May 2025 İran Bakıdan sərhədi açmasını istəyir
22 May 2025 Ermənistanı qarışdıracaq “Mehri planı” – Paşinyan üçün pis ssenari
22 May 2025 Lavrov İrəvana bu mesajı aparıb - Rusiya vasitəçiliyə qayıdır?
22 May 2025 Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı oldu
22 May 2025 Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını AÇIQLADI
22 May 2025 Baydenin səhhəti ilə bağlı ŞOK AÇIQLAMA - 12–18 ay...
22 May 2025 İranla ABŞ beşinci dəfə bu tarixdə danışacaqlar
22 May 2025 Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu
22 May 2025 Pentaqon Qətərin Trampa hədiyyəsi olan “Uçan ev”i rəsmən qəbul edib
22 May 2025 Tehran Bakının edam tələbini icra etdi: Bəs “Hüseyniyyun” necə olacaq?
22 May 2025 Prezidentlərə təqdim olunan yemək menyusu – FOTO

Dünyapress TV

Xəbər lenti