Qızıl Xaç-da Azərbaycanı tərk edir?Yaradılıb 07.05.2025 09:59 | Baxış sayı: 42Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyi iki aya Azərbaycanı tərk edəcək.Teleqraf-ın əldə etdiyi xəbərə görə, prosesin iki ay ərzində tamamlanacağı bildirilir.Qurumda olan bütün sənədlər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək.Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir. Facebook-da paylaş