2011-ci ildə Kopenhagenə çox güclü yağış yağır. Şəhər suya qərq olur. Zərər isə 1.6 milyard avro olaraq dəyərləndirilir.
Danimarkalı nə edir?
✅ 10.000 m³ su tutan “Kalvebod Brygge” tunelini inşa edir. ✅ Süngər parklar yaradır. Bu parklar suyu əmir və şəhəri artıq sudan qoruyur. ✅ Yolları elə dizayn edir ki, sular toplayıcı zonalara yönəlir. Səkilərin səviyyələrini dəyişdirir. Suyun müəyyən trayektoriya ilə axması təmin edilir.
Hal-hazırda Kopenhagendə 300-dən çox yağış suyunun idarəolunması layihəsi aktiv vəziyyətdədir. Bu layihələr qarşıdakı 100 ildə şəhəri təbii fəlakətlərə 30% daha hazırlıqlı hala gətirməyi hədəfləyir.