İran-Ermənistan qardaşlığı möhkəmlənir - VİDEO
Bir müddət öncə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanmasına, eləcə də Amerika sərhəd təhlükəsizliyi ekspertlərinin və gömrük mütəxəssislərinin Ermənistana göndərilməsi məsələsinə İranın münasibəti barədə jurnalistin sualını cavablandırarkən demişdi: "Ermənistan bütün məsələlər üzrə İran tərəfi ilə məşvərət edib və razılığa gəlib. Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyanın bu yaxınlarda İrana səfəri və Tehranın bu məsələlərlə bağlı hər hansı narahatlığını bildirməməsi Ermənistanla İran arasında möhkəm və problemsiz əlaqələrə ən yaxşı sübutdur. İranla əlaqələrimiz indiyə qədər görünməmiş ən yüksək səviyyəyə çatıb, bunu qarşılıqlı səfərlərdən və rəsmi bəyanatlardan aydın görmək olar".

Bu barədə "Azad İran" "Youtube" kanalında yayımlanan süjetdə bəhs edilir.

Xatırladaq ki, yanvar ayının 20-də Ermənistanın XİN rəhbərinin müavini Vahan Kostanyan İrana səfər edib. Səfər çərçivəsində o, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi, İran XİN rəhbəri Abbas Əraqçi və onun siyasi məsələlər üzrə müavini Məcid Təxtrəvançi, eləcə də İran ali rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi ilə danışıqlar aparıb. O da maraqlıdır ki, Kostanyan İrana səfər etməzdən öncə, 14-16 yanvar tarixləri arasında ABŞ-da səfərdə olub.

Bütövlükdə 2025-ci ilin arxada qalan ay yarımı ərzində İranla Ermənistan arasında qarşılıqlı səfərlərin və rəsmi təmasların hədsiz intensivliyi diqqəti çəkir.

Ətraflı süjetdə:

 
 
 

Bölmənin digər xəbərləri

19 Fevral 2025 ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
19 Fevral 2025 Toronto hava limanındakı aviaqəzanın yeni görüntüləri ortaya çıxdı - VİDEO
19 Fevral 2025 Lavrov: NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya üçün qəbuledilməzdir
18 Fevral 2025 İran əhalisinin sayı açıqlanıb
17 Fevral 2025 Keçmiş prezidentdən təhlükəli mesaj: “Hər şey məhv ola bilər...”
17 Fevral 2025 HAZIRLIQLAR BAŞLADI – Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında
17 Fevral 2025 CNN: Sərxoş yapon məmurları kritik məlumatları itirir
17 Fevral 2025 İran təyyarələrinin Beyruta enməsinə icazə verilmədi
16 Fevral 2025 ABŞ vitse-prezidenti ilə almaniyalı nazir arasında “atışma” - Boris Pistorius Vensin ittihamlarına cavab verdi
16 Fevral 2025 KİV: HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır
16 Fevral 2025 ABŞ müharibəni canlı görməlidir, odur ki… — Zelenski elə bir təklif etdi ki
15 Fevral 2025 Ukraynadakı müharibə necə bitə bilər? - "Bloomberg" ssenariləri açıqladı
15 Fevral 2025  Tramp Putinə kart-blanş verdi – Bakı Moskva qarşısında təklənir?
15 Fevral 2025 Moskva öz imperiya ampluasında: Kremldən ikibaşlı AÇIQLAMA
15 Fevral 2025 Kremlin bəyanatları boş və manasız səslənir: - Rusiya Ermənistana qarşı konkret addımlar atmalıdır
14 Fevral 2025 Pezeşkian ABŞ və İsrailə xəbərdarlıq etdi
14 Fevral 2025 Konqresmendən İlon Maska sərt tənqid –"Özü gündə 8 mlyon alır, pensiyaçıların pulunu kəsir"
14 Fevral 2025 Ukraynaya şimaldan təhdidlər və Belarus üçün risklər
14 Fevral 2025 Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var”
13 Fevral 2025 “Ukrayna çətin ki, torpaqlarını geri alsın” – Tramp

Dünyapress TV

Xəbər lenti