Avstraliyada 16 yaşından kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun qəbul edilib
Avstraliyanın Nümayəndələr Palatası 16 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu barədə Associated Press yazır.

Sənədə əsasən, TikTok, Facebook, Snapchat, Reddit, X və Instagram platformalarından 33 milyon dollara qədər cərimə ilə üzləşməmək üçün uşaqların qeydiyyatının qarşısını almaq tələb olunacaq. Bununla belə, sosial şəbəkələrə istifadəçilərdən sənədlər tələb etmək qadağan ediləcək. Bu baş verəcəyi halda platformalar cərimə ediləcəklər. Yaşın tədqiqi artıq bağlanmış müqavilə əsasında Britaniya şirkəti Age Check Certification Scheme-in texnologiyalardan istifadə edilməklə müəyyən ediləcək.

Qanunun layihəsinin qəbuluna 102 deputat lehinə, 13 deputat əleyhinə səs verib.

Qanun layihəsi noyabrın 21-də Avstraliyanın rabitə naziri Mişel Rouland tərəfindən parlamentə təqdim edilib. "Uşaqların və yeniyetmələrin filtr olunmamış və sonsuz kontent axınına daxil olmalarının qarşısını almaq üçün tezliklə nəyinsə edilməsinin lazım olduğu geniş şəkildə qəbul edilir", Rouland bildirib.

Onun sözlərinə görə, Avstraliyada valideynlərin və himayəçilərin 95 faizi uşaqları böyüdərkən onlayn təhlükəsizliyi ən böyük problemlərdən biri hesab edir. İndi qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir - bunun bu gün, noyabrın 27-də baş verəcəyi gözlənilir.
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 Üç ölkənin ANLAŞMASI: Bu baş verərsə...
28 Noyabr 2024 Avropanı ən soyuq qış gözləyir
28 Noyabr 2024 Trampı və ailəsini ölümlə hədələyən şəxs həbs edildi
27 Noyabr 2024 Paşinyan xahiş etdi - İclas Rusiyada olacaq
27 Noyabr 2024 Rusiya milyardlarla dollarlıq qızılı Ermənistan vasitəsilə necə ixrac edir - ARAŞDIRMA
27 Noyabr 2024 30 Britaniya vətəndaşına sanksiya tətbiq edildi
26 Noyabr 2024 İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
26 Noyabr 2024 Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
26 Noyabr 2024 Paşinyan Aşqabada getməkdən imtina etdi
25 Noyabr 2024 Bukingem sarayı 3 il müddətinə bağlanacaq
25 Noyabr 2024 O ölkə 3-cü Dünya Müharibəsinə hazırlaşır: Peyk görüntüləri gizli gəmini üzə çıxardı!
25 Noyabr 2024 Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - VİDEO
25 Noyabr 2024 Bu dövlətdə dəhşətli yanğın - Mindən çox ev külə döndü+Video
25 Noyabr 2024 Tiflisdə etirazçılarla polis arasında qarşıdurma - FOTO, VİDEO
24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO

Dünyapress TV

Xəbər lenti