“Konqresin milli borc tavanını artırmaqdan imtina etməsi ilə nəticələnə bilən ABŞ-də defolt Çinə böyük qələbə gətirəcək”.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
Onun sözlərinə görə, Konqres konstitusiyaya görə borc tavanı ilə bağlı qərar verməyə borcludur, əvvəlki administrasiyada üç dəfə heç bir şərt qoyulmadan qərar verib: Ətraflı
“Biznes liderləri və iqtisadçılar xəbərdarlıq ediblər ki, defolt təhlükəsi Amerikanın kiçik müəssisələrinin, təqaüdçülərin və işləyən ailələrin dolanışıq vasitələrini risk altına qoyur və nəticədə Çin böyük qələbə qazanacaq. Son hadisələr də borc tavanı ilə bağlı Konqresin erkən qərarının zəruriliyini göstərir”.
Sözçünün sözlərinə görə, Bayden ölkənin maliyyə gələcəyi ilə bağlı milli borc tavanından ayrı məsləhətləşmələri alqışlayır. O vurğulayıb ki, prezident növbəti maliyyə ili üçün büdcə layihəsini (2023-cü il oktyabrın 1-dən 2024-cü il sentyabrın 30-dək) dərc edib, dövlət başçısının xahişinə baxmayaraq, respublikaçılar bunu etməyiblər.
“Onlardan eşitdiyimiz tək şey hüquq-mühafizə və sərhəd təhlükəsizliyi xərclərinin fəlakətli ixtisarlarının siyahısı, eləcə də amerikalıların səhiyyə xidmətlərindən məhrum edilməsi, səhiyyə və uşaq baxımının xərclərinin artırılması təklifləridir.
ABŞ administrasiyası bu yaxınlarda Konqresi 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş milli borc tavanını artırmağa çağırır. Hazırda Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.
Rusiya prezidentinin ölkəsini və əhalisini uzunmüddətli müharibəyə düçar etdiyi bildirilir.
Teref.az unian.net-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə savaşda dönüş yarada bilməməsindən ciddi narahatlıq keçirdiyinə dair material dərc olunub.
Materialda qeyd edilir ki, Putin bir müddət əvvəl Buryatiyada etdiyi çıxışda bu müharibəni “Rusiyanın mövcudluq savaşı” kimi dəyərləndirib:
“Bu bizim üçün bir geopolitik məsələ yox, Rusiya dövlətçiliyinin mövcudluq və ölkənin gələcək inkişaf şərtlərinin yaradılması məsələsidir”.
Materialda fikirlərinə yer verilən politoloq Maksim Trudolyubov isə bildirib ki, Putin bu çıxışı ilə çox vurğuladığı Qərblə “əbədi müharibə” ritorikasına əsaslanıb:
“Putin artıq müharibənin konkret hədəfləri haqqında danışmağa son qoyub. Eyni zamanda Rusiya prezidenti gələcək qələbənin necə olacağını da demir. Yəni bu savaşın nə dəqiq başlanğıcı, nə də görünən sonu var”.
İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatları ilə bağlı qanunvericiliyə dəyişikliyin yaya qədər təxirə salınmasına razılaşıb.
APA xəbər verir ki, bu barədə "Jerusalem Post" İsrailin sağçı “Otzma Yehudit” partiyasının bu gün yaydığı bəyanatına istinadən məlumat yayıb.
***
İsrailin Baş naziri Benyamin Netanyahu parlament koalisiyasının rəhbərinə məhkəmə islahatlarının gedişatının dayandırıldığını elan etmək niyyətində olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu bildirib.
Məlumata görə, baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra açıqlayıb.
Bildirilib ki, Benyamin Netanyahunun rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ təxirə salınır.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kanada hökuməti İrana qarşı insan haqlarının pozulması, dron və ballistik raketlərin istehsalı ilə bağlı sanksiyaların bir hissəsi olaraq 2 qurum və 8 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edir.
"Biz İran rejimini İran xalqına qarşı zülmü dayandırmağa və onların tələblərinə vicdanla cavab verməyə çağırırıq", - xarici işlər naziri Melani Coli bəyanatda bildirib.
Moskva İrəvanın Rusiya Federasiyasının rəhbərliyinə qarşı hüquqi əhəmiyyətsiz “orderləri” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Ətraflı
“Moskva rəsmi İrəvanın Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “orderlər” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - deyə mənbə vurğulayıb.
Mənbə qeyd edib ki, İrəvana belə bir qərarın Moskva ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edilib.
Təl-Əviv Fond Birjası İsraildə keçirilən məhkəmə islahatlarına qarşı ümummilli etirazlara qoşulmaq qərarına gəlib.
Birja martın 28-də bağlı olacaq, ticarət sessiyası artıq ləğv edilib.
“The Jerusalem Post” nəşrinin yazdığına görə, birja ölkənin ən böyük həmkarlar ittifaqı olan və bu gündən Netanyahu hökumətinin məhkəmə islahatları aparmaq planlarına qarşı çıxış edərək ümummilli tətil elan edən “Histadrut”un çağırışına səs verib.
Bundan əvvəl ölkənin tibb müəssisələri, dövlət qurumları, nazirlik və idarələri artıq tətilə qoşulub, İsrailin xaricdəki səfirlikləri isə fəaliyyətini dayandırıb. Bir sıra universitetlər, İsrail poçtu, ölkənin aparıcı bankları, Təl-Əvivdəki ən böyük ticarət mərkəzləri də işləmir. TASS
Ermənistan prezidenti Vahaqn Xaçaturyan Azərbaycana əleyhinə etdiyi paylaşımında özünü gülünc hala salıb.
Teref.az teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistan prezidenti İrana xoş gəlsin deyə, Nizami Gəncəvinin guya fars şairi olması barədə paylaşım edib. Amma o, bu yaltaq və əsassız fikirlərini Bakıda Novruz şənliyində çəkilmiş foto ilə paylaşıb.
“Rusiya Prezidenti Vladimir Putin uduzduğunu və qorxduğunu etiraf edir”.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O bildirib ki, rəsmi Moskva proqnozlaşdırıla bilən siyasət həyata keçirir.
M.Podolyak hesab edir ki, Rusiya lideri Belarusda taktiki nüvə silahının yerləşdirilməsini elan etməklə həm də cinayət törətdiyini boynuna alır: “O, nüvə silahının yayılmaması ilə bağlı müqaviləni pozur”.
Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir./Report
Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Rusiya dövlət mediasının məlumatına görə, Putin bu addımın nüvə silahlarının yayılmasının qarşısını alan müqavilələri pozmayacağını bildirib. O xatırladıb ki, ABŞ da öz silahlarını Avropa ölkələrində yerləşdirib.
Rusiya liderinin bu sərəncamı ilə Moskva 1990-cı illərin ortalarından bəri ilk dəfə olaraq xaricdə nüvə silahına sahib olacaq. Putin əlavə edib ki, Moskva silahlara nəzarəti Minsk administrasiyasına verməyəcək.
Putinin nüvə addımından sonra ilk bəyanat ABŞ-dan gəlib. Pentaqondan verilən açıqlamada Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir işarənin olmadığı vurğulanıb.
Müdafiə Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada qeyd olunub ki, Rusiyanın açıqlaması ilə bağlı xəbərlər və bu vəziyyət ciddi şəkildə izlənir.
Ukrayna isə Rusiyanı “Belarusu girov götürməkdə” ittiham edib.
Digər tərəfdən, Vaşinqtonda yerləşən Müharibə Tədqiqat İnstitutunun (ISW) analitikləri nüvə müharibəsinin böyüməsi riskinin “son dərəcə aşağı” olduğunu açıqlayıblar.