“James Webb” Yupiterin yuxarı atmosferində təəccüblü formalar tapıb – FOTO
Alimlər “James Webb” kosmik teleskopundan istifadə edərək, Yupiterin üzərində olan simvolik “Böyük Qırmızı Ləkə” üstündə müşahidə aparıblar.

İndex.az xəbər verir ki, köhnəlmiş “Hubble” kosmik teleskopunu əvəz edən “James Webb” kosmik teleskopu yeni məlumatlar göndərməyə davam edir.

Avropa Kosmik Agentliyinin (ESA) verdiyi açıqlamaya görə, təbiətcə diqqətəlayiq hesab edilən bölgənin qaranlıq qövslər və parlaq ləkələr kimi müxtəlif mürəkkəb strukturlara ev sahibliyi etdiyini düşünülür.

Mütəxəssislər bölgədən yayılan işığın normal olaraq günəş işığından qaynaqlandığını və Yupiter atmosferinin yuxarı hissəsinin forma və quruluşunu dəyişdirən başqa bir mexanizmin ola biləcəyini bildiriblər.
 

Dünyapress TV

Xəbər lenti