ABŞ və Çin başda olmaqla kosmik agentliklərin Ay yarışı davam edir.
Bu sahədə söz sahibi olmaq istəyən ölkələrdən biri olan Türkiyə “Ay Maşını” layihəsində irəliləyişlərini davam etdirir.
“AYAP-1” Layihəsi çərçivəsində Yer kürəsindən Ay orbitinə çatacaq, oradan məlumat toplayacaq və daha sonra Ay səthi ilə təmas quracaq kosmik gəmi üçün araşdırmalar davam edir.
Nəqliyyat vasitəsinin missiyasının müəyyən edilməsi, əlavə elmi vəzifə yüklərinin və istifadə olunacaq kritik avadanlıqların müəyyən edilməsi kimi proseslərin tamamlandığı bildirilib.