"Texnologiyanın yaratdığı və dağıtdığı iş yerləri olsa da... süni intellekt işsizlik narahatlığı formalaşdırır"
“Süni intellekt çoxlu yeni iş yerləri yaradır, lakin bundan daha çoxunu məhv edir”.
Bizimyol.info xəbər verir ki, Üsküdar Universiteti Sosiologiya şöbəsinin müdiri Prof. Dr. Barış Ərdoğan "AA"ya süni intellektin insan həyatına təsirlərini qiymətləndirərək, bunun işsizlik narahatlığına səbəb olduğunu bildirib.

Universitetdən verilən açıqlamada fikirlərinə yer verilən Ərdoğan insanların xüsusilə texnologiyaya nikbin olduğunu bildirib.

Ərdoğan: "Deyirlər ki, "Texnologiya bütün problemlərimizin həllini tapacaq." Bu var, amma texnologiyanın yaratdığı və məhv etdiyi iş yerləri də var. Süni intellekt çoxlu yeni iş yerləri yaradır, lakin onların çoxunu məhv edir və əsas odur ki, o, yaratdığı ilə müqaisədə daha çoxunu məhv edir", - deyə bildirib.

Süni intellektin iş modellərini də dəyişdirdiyini açıqlayan Ərdoğan buna bel açıqlama gətirib: “Bir tərəfdən 100 iş yeri yox olur və onların yerinə 5 yeni iş yeri gəlir. 95 nəfərin başına nə gələcək? Necə uyğunlaşacağıq? Aşağı ixtisaslı sənayelərdə çalışan minlərlə işçi haqqında nə qərar veriləcək? Göy yaxalıqlıların sayı getdikcə azalır. Onların sayı getdikcə azalmaqdadırlar. İkinci təhdid dalğası ağyaxalıqlılar üçün olacaq. Süni intellekt ofis işlərinin çoxunu görəcək, bankdakı analiz işlərinin çoxunu artıq etməyə başlayıblar”, - deyə o bildirib.

Ərdoğan süni intellektin elektron məktublara avtomatik cavab verdiyini də qeyd edib: “Bu, yavaş-yavaş onu göstərir ki, ağ yaxalıların əhəmiyyətli bir hissəsi işdən çıxarılacaq. Sabah, ertəsi gün onların çoxu “nə edəcəyik?” deyə suallar barədədüşünəcəklər. Pul necə qazanılacaq, kim xərcləyəcək? Gərəksizliyin başlanğıcı budur. İstehsal edə bilməzsən, çalışıb pul qazana bilməzsən və qazana bilmədiyin üçün istehlak edə bilməzsən. Sonra nə olur? Sistem üçün lazımsız olursunuz. “Lazımsız” əslində bunu deməyin nəzakətli yoludur. Əslində aşağı sinif deyilən bir anlayış var”, - deyə o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti