Şimali Koreya Birləşmiş Ştatlar və Cənubi Koreya ilə dərinləşən gərginlik fonunda hərbi imkanlarını genişləndirdiyi bir vaxt, şənbə günü ölkənin qərbindəki sahilyanı ərazidə “super-böyük” qanadlı raketi və yeni zenit raketini sınaqdan keçirdiyini bildirib.
Şimali Koreyanın dövlət mediası bildirib ki, ölkənin raket administrasiyaı cümə günü Hwasal-1 Ra-3 strateji qanadlı raketi üçün hazırlanan döyüş başlığı üçün “güc sınağı”, Pyoljji 1-2 zenit raketi üçün də uçuş testi həyata keçirib. Media sınaqların “müəyyən bir məqsədə” çatdığını bildirib.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı şəkildə obyektdən ən azı iki raketin havaya qalxdığı göstərilib.
Şimali Koreya fevralın 2-də də bənzər sınaqlar həyata keçirib, amma həmin zamanı qanadlı raket və ya zenit raketinin adlarını qeyd etməyib ki, bu da onun eyni sistemi həftələr ərzində bir neçə dəfə sınaqdan keçirdikdən sonra texnoloji tərəqq əldə edə biləcəyinə işarə edir.
Koreya Mərkəzi Xəbər Agentliyi israr edir ki, cümə günü keçirilən sınaqlar Şimali Koreyanın müntəzən hərbi inkişaf fəaliyyətlərinin bir hissəsidir və “ətraf vəziyyət”lə heç bir əlaqəsi yoxdur.
Koreya yarımadasında gərginlik son illərin ən yüksək səviyyəsindədir. Belə ki, Şimali Koreya lideri Kim Conq Un silah nümayişlərini artırıb ki, onlara ABŞ ərazisi və ABŞ-ın Sakit okeandakı hədəflərinə yönəlmiş daha güclü raketlər daxildir. Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya cavab olaraq ortaq hərbi təlimlərini genişləndirib və ABŞ-ın strateji aktivləri ətrafında qurulmuş çəkindirmə strategiyalarını kəskinləşdirib.
Qanadlı raketlər Şimali Koreyanın regional raketdən müdafiə sistemlərini alt-üst etmək üçün nəzərdə tutulan artan silah kolleksiyası arasındadır. Onlardan əlavə Şimali Koreya çox sauda balistik raketə, o cümlədən kontinental Birləşmiş Ştatlar ərazisinə yönəlmiş qitələrarası balistik raketlərə sahibdir.
Təhlilçilər deyir ki, Şimali Koreya Rusiya ilə artan hərbi əməkdaşlığından faydalandığı sahələrdən biri zenit raket texnologiyasıdır. İki ölkə ABŞ-la ayrı, şiddətlənən qarşıdurmalar qarşısında birləşir. Birləşmiş Ştatlar və Cənubi Koreya Şimali Koreyanı Rusiyaya Ukraynakı müharibəsini uzatmağa yardım edən artileriya mərmiləri və başqa hərbi avadanlıqlarla təmin etməkdə ittiham edib.