Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb
Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024 ) açıqlanıb.
Bu dəfə qiymətləndirmədə cəmi 42 ölkə əhatə olunub.
Bu qlobal indeks kibertəhlükəsizlik sahəsində ölkələrin hazırlığını real vaxt rejimində ölçür.
Bu il reytinq cədvəlində Azərbaycan 70.8 balla 13-cü pillədə qərarlaşıb (https://ncsi.ega.ee/).
Ötən il isə bu reytinqdə Azərbaycanın mövqeyi 31 ölkə arasında 12-ci yerə yüksəlmişdi. Ötən il Azərbaycan bu indeksdə 66.6 bal qazanmışdı.
Bu il əldə olunan 70.8 bal indiyədək Azərbaycanın bu reytinqdə qazandığı ən yüksək nəticədir.
Xatırladıram ki, 2022-ci ilədək Azərbaycanın mövqeyi bu reytinqdə ancaq aşağıya doğru gedirdi.
Bir daha vurğulamaq istərdim ki, son dövrlərdə Azərbaycanın kiber mühitində həyata keçirilən aşağıdakı addımlar bu nəticənin əldə olunmasında mühüm rol oynayıb :
- son bir neçə ildə bu sektorda ciddi keyfiyyət dəyişiklikləri baş verib
- uzun illər müzakirə olunan strategiya qəbul edilib
- kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən DTX və XRİTDX tərəfindən uğurlu addımlar atılıb
- RİNN İsrailin Technion Universiteti ilə birgə sektorda kadr hazırlığı sahəsində uğurlu addımlar atıb
-son ildə ETX-nin fəaliyyəti də nəzərə çarpacaq dərəcədə artıb
- XRİTDX -nin bu sektorda beynəlxalq (Türkiyə, İsrail ) əlaqələri güclənib, hesabatlığı və aktivliyi xeyli yüksəlib, maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələr və tədbirlər təşkil edib
- bu sektorda yeni səlahiyyətlər əldə edən DİN-in də fəaliyyəti canlanıb
- Universitetlərdə, xüsusilə AzTU -da iki kiber struktur formalaşdırılıb, yeni kurikulumlar təsdiqlənib, Türkiyə ilə bu istiqamətdə əlaqələr güclənib və s.
Xatırladıram ki, kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə RİNN-nin Elektron Təhlükəsizlik Xidməti, DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və DİN cavabdehdir.
Sektorda Prezident fərmanı əsasında formalaşdırılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir.
Yeri gəlmişkən, xatırladıram ki, indiyədək kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahısı hökumət tərəfindən təsdiqlənməyib.
Təkliflər DTX və XRİTDX tərəfindən hökumətə təqdim edilməliydi.
Osman Gunduz
TEREF
 

Dünyapress TV

Xəbər lenti