ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan iranlı haker Əlirza Şəfii Nəsəb haqqında məlumat qarşılığında 10 milyon dollar dəyərində mükafat təyin edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinin yanında fəaliyyət göstərən “Ədalət üçün Mükafat” proqramının internet səhifəsində həmin şəxsin 2016-2021-ci illər ərzində SEPAH-a bağlı olan və ABŞ-nin bəzi dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirən “Məhək Rayan Əfzar” Cəmiyyətində çalışdığı bildirilib.
Qeyd olunub ki, 12 ABŞ qurumuna SEPAH tərəfindən planlaşdırılan kiberhücumlarda əli olduğuna görə iranlı hakerə cinayət işi də açılıb.