ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya bölməsinin analitiklərinə Telegram mesajlaşma proqramına daxil olmaq üçün masaüstü kompüterlərindən istifadə etməyə icazə verilmir.
Bu barədə Bloomberg öz mənbələrinə istinadən bildirib.
MKİ hesab edir ki, bu proqram rusiyalı hərbi bloqçuların paylaşımlarına görə Rusiya üzrə ekspertlərin marağına səbəb ola bilər.
Agentliyin mənbələri bildiriblər ki, ABŞ kəşfiyyat təşkilatının analitikləri Telegram-a daxil olmaq istədikdə MKİ-nınbinasını tərk etməlidirlər.
Bloomberg qeyd edir ki, ABŞ hökumətinin müəyyən məlumat toplama vasitələrinə ehtiyatlı yanaşması açıq mənbələrlə işləyən kəşfiyyatın işinə mənfi təsir göstərir.
Agentliyin məlumatına görə, Vaşinqton açıq mənbələrin təhlili ilə bağlı MKİ-nin işini gücləndirmək niyyətindədir. Buna nail olmaq üçün OSINT-in milli strategiyası hazırlanır. O, məlumatların toplanması və kəşfiyyat fəaliyyətinin bu növünə yanaşmanı təkmilləşdirmək üçün koordinasiyanı nəzərdə tutur. MKİ-nın rəsmi nümayəndəsinin sözlərinə görə, planın yaxın aylarda həyata keçiriləcəyi gözlənilir.
Bundan əvvəl Kreml MKİ-nin sosial şəbəkələrdə rusları işə cəlb etmək cəhdlər etdiyini bildirib.