Son günlər bir çox ərazilərdə mobil xidmətlərin keyfiyyətinin aşağı düşməsi müşahidə edilir.
Xüsusən də həftəsonu qar yağması ilə bağlı mobil rabitə və mobil internetlə bağlı vəziyyətin pisləşdiyi bildirilirdi.
Təəssüf ki, mobil operatorlar və İKTA hələlik bunun səbəbləri haqda açıqlama verməyiblər.
Düşünürəm ki, rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edən RİNN-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqləri gücləndirməlidir.
Hər bir operator üzrə bəlli ərazilərdə mobil internetin sürətləri ölçülməlidir.
Bu ərazilərdə mobil operatorların baza stansiyalsrının yerləşməsi, əhatə dairəsi də monitorinq olunmalıdır.
Zəruri olan ərazilərə yeni baza stansiyalatın quraşdırılması üçün operatorlara göstərişlər verilməlidir.
RİNN-nin "Onlayn Azərbaycan" layihəsinin uğurla reallaşması nəticəsində kəndlərdə baza stansiyaların quraşdırılması üçün də daha münbit şərait yaranıb.
Keyfiyyətsiz xidmət göstərən operatorlar İKTA tərəfindən cərimələnməlidir.
İKTA-nın bu monitorinqlərin nəticələrini dərc etməsi də doğru və faydalı olardı.
Eyni zamanda , qarşıdan COP29 tədbiri gəlir. Tədbir çərçivəsində bəlli ərazilərdə içtifadəçilərin xeyli artacağı, ümumiyyətlə isə 100 minədək xarici nümayəndənin bu tədbirlərdə iştirakı gözlənilir.
Ümid edirəm rabitə xidmətlərinin göstərilməsində problem olmayacaq.
Düşünürəm ki, İKTA mobil rabitə və internet xidmətlərinin keyfiyyətinə nəzarəti daha da gücləndirməlidir.
Fikrimcə 5G infrastrukturun qurulması üçün səylər də artırılmalıdır.
Osman Gunduz
TEREF: Xocanın Blogu