Notr-Dam bu tarixdən ziyarətçilərin üzünə açılacaq
2019-cu ildə baş verən yanğınla əlaqədar illərdir bərpa işləri aparılan Fransanın məşhur tarixi yerlərindən biri olan Notr-Dam kilsəsinin ilin sonunda qapılarını ziyarətçilərin üzünə açacağı bildirilib.

KONKRET.az xəbər verir ki, “France Info”nun məlumatına görə, paytaxt Parisdə 800 illik tarixi irsin bərpası işləri son mərhələyə çatıb.

Kilsənin yenidən qurulmasına cavabdeh olan “Rebatir Notre-Dame de Paris” ictimai təşkilatının prezidenti Philippe Jost işlərin tamamlanmasına 11 aydan az vaxt qaldığını bildirib.

O, Notr-Damın dekabrın 8-dən etibarən ibadət və ziyarətə açıq olacağını açıqlayıb.

Xatırladaq ki, 2019-cu ilin aprelin 15-də Notr-Dam kilsəsində yanğın hadisəsi baş vermişdir.
 

Dünyapress TV

Xəbər lenti