Süni intellekt yaxın 10 ildə işçilərin 3/5-ni işsiz qoyacaq və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bununla yanaşı, bəzi mövcud iş yerləri daha da populyarlaşacaq, bəziləri isə tamamilə yox olacaq.
Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Süni intellekt və əmək bazarı” adı altında dərc etdiyi hesabatında bildirilib.
Hesabatda tikinti, əkinçilik, balıqçılıq və meşəçilik kimi aşağı və orta ixtisaslı işlərin ən çox risk altında olduğu qeyd olunub.
Bildirilib ki, hökumətlər işəgötürənləri daha çox təlim verməyə, süni intellekt bacarıqlarını təhsilə inteqrasiya etməyə və işçi qüvvəsində müxtəlifliyi dəstəkləməyə təşviq etməlidir.
Gələcəyin peşələri:
Süni intellekt mühəndisliyi; Robot mühəndisliyi; Kiber təhlükəsizlik üzrə mütəxəssis Proqram təminatı və tətbiqi; Oyun qurucusu; Rəqəmsal marketinq üzrə mütəxəssis
Dünyadan silinəcək peşələr:
Tur bələdçisi; Kassir; "Fast-food" işçisi; Bank işçisi; Poçtalyon; Tekstil işçisi; Çap operatoru