Maraqlı tərəflərin diqqətinə çatdırıram ki, bir neçə dəfə təxirə salınmasına baxmayaraq, Ermənistan özəl peykini orbitə qaldıra bilib. Çəkisi cəmi 1 kg olan Hayasat-1 peykinin hər hansı xüsusi təyinatı (müşahidə, kəşfiyyat, telekommunikasiya və s) yoxdur. Burada diqqətçəkən iki məqam var. Ermənilər bu peykin özəl olduğunu, yəni öz laboratoriyalarında erməni mütəxəssislər tərəfindən hazırlandığını qabardırlar. Həmçinin də, ermənilər peykin idarəetməsinin onun hazırlandığı Bazumk (Bazoomq Space Research Lab) tərəfindən reallaşacağını bildirirlər. Hayasat-1 Space X -in Falcon-9 raketdaşıyıcısı vasitəsilə Kaliforniyadakı bazadan orbitə qaldırılıb. Yeri gəlmişkən, xatırladıram ki, Azərkosmos-la Anlaşma əsasında “İsrael Aerospace Industries” şirkəti ilə birgə gələn il Azərbaycanda Peyklərin inkişafı Mərkəzi yaradılacaq. Azersky-2 proqramı çərçivəsində hazırlanması nəzərdə tutulan ikinci müşahidə-kəşfiyyat peykinin məhz bu Mərkəzdəki öz mütəxəssislərimiz tərəfindən Azərbaycanda hazırlanacağı da açıqlanıb. Osman Gunduz Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdı