2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən “Azərsky-2” peykinin orbitə çıxarılması üçün 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bakupost.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, vəsait Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") ayrılacaq.