![]() |
![]() ![]() ![]() |
|
Alça yaz və yay aylarının sevilən meyvələrindən biri olmaqla yanaşı, sağlamlığa olan saysız faydaları ilə də diqqət çəkir. Turş və təravətli dadı ilə orqanizmi sərinləndirən bu meyvə, eyni zamanda bir çox xəstəliklərə qarşı təbii qoruyucu rolunu oynayır.
Musavat.com xəbər verir ki, mütəxəssislər alçanın xüsusilə həzm sisteminə faydalı olduğunu vurğulayırlar. Onun tərkibindəki liflər bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizlik problemini aradan qaldırır. Eyni zamanda orqanizmdəki toksinlərin atılmasına kömək edir.
Alça həm də qan təzyiqini tənzimləyir və ürək-damar sağlamlığını dəstəkləyir. C vitamini ilə zəngin olması isə immun sistemini gücləndirir və bədəni infeksiyalara qarşı daha dayanıqlı edir. Dəri sağlamlığına da müsbət təsir göstərən bu meyvə, sızanaq və ləkə problemlərinin azaldılmasında da təsirlidir.
Həkim-diyetoloqlar alçanın gündəlik, lakin miqdarında istehlakını tövsiyə edir. Xüsusilə şəkər xəstələri üçün az miqdarda yeyilməsi məsləhət görülür.
Qeyd edək ki, həm təzə, həm də qurudulmuş formada istifadə edilə bilən alça, salat, kompot və ya turşuların tərkibində də özünə yer tapa bilər.
Musavat.com