Ardını oxu...
Yaponiyada sürətlə nadir bakterial infeksiya yayılır. Həkimlər infeksiyaların rekord sürətlə yayılmasından narahat olduqlarını bildirirlər.

Söhbət 30%-ə qədər ölüm göstəricisi olan streptokok toksik şok sindromundan (STSS) gedir.

Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.

Qeyd olunur ki, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulmuş 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib. (Mənbə: The Japan Times)
 
Ardını oxu...
ABŞ-da həkimlər geni dəyişdirilmiş donuz böyrəyini canlı insana uğurla transplantasiya ediblər.

Bu barədə məlumat əməliyyatın aparıldığı klinikanın saytında yer alıb.

Massaçusets Ümumi Xəstəxanasının cərrahları son mərhələdə böyrək çatışmazlığı diaqnozu qoyulan 62 yaşlı Riçard Sleymana GMO böyrəyini köçürüblər. Onun böyrəyi 2023-cü ildə sıradan çıxmağa başlayıb və kişi eksperimental əməliyyat keçirməyə razılaşıb. Əməliyyat uğurlu alınıb.

Xəstə artıq 2018-ci ildə donor böyrək transplantasiyası alıb və beş il ərzində özünü yaxşı hiss edib. Bundan əvvəl o, şəkər və hipertoniyadan əziyyət çəkib.

Qeyd olunur ki, bundan əvvəl belə əməliyyat yalnız beyni işləməyən insanlar üzərində aparılırdı. \\Qayanrinfo.Az
 
Ardını oxu...
İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər 1 neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir.Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidaları da yoluxa bilər.Yenidən qızdırılan yeməklər tərkibindəki qidaların çoxunu itirir.Foodinfo.az hansı yeməklərin bişirildikdən dərhal sonra yeyilməli olduğunu təqdim edir:
Şorba Mütəxəssislər şorbaları bişirdikdən qısa müddət sonra istehlak etməyi məsləhət görür. Buna səbəb isə tərkibindəki inqridientlərin bişdikdən sonra orqanizmə zuyan vura biləcək tərkibə çevrilməsidir.
Düyü Dünəndən qalma düyü yeməyi, düyü tarlalarından gələn və hətta bişirildikdən sonra da sağ qala bilən toksin istehsal edən “Basilus cereus” bakteriyalarına ev sahibliyi edə bilər.
Salatlar Stafilokok kimi bakteriyalar xəfif yeməklərin və qəlyanaltıların əsası olan qidalarda böyüməyi sevirlər. Bu səbəbdən otaq temperaturunda təzə görünməyən salatlardan uzaq durmaq daha yaxşıdır.
Hamburger Qiymədən hazırlanan burgerlərdə ət qarışdırılaraq hazırlandığı üçün tək bir mikroblu hissə bütünlüklə yayıla bilir. Qəribədir ki, yeyə biləcəyiniz ən təhlükəsiz burgerlər, yəqin ki, fast-food şəbəkələrində hazırlananlardır. Çünki bu restoranlarda qida vasitəsilə yoluxan xəstəlikləri minimuma endirmək üçün nəzərdə tutulmuş sistemlərdən istifadə edilir.
Süd Yoluxmuş bir heyvan və ya ətraf mühit südü asanlıqla çirkləndirə bilir. Pasterizasiya bakteriyaları öldürür. Lakin çiy süd və pendir emal olunmadığı üçün risklidir.
Kartof qızartması Folqa ilə örtülmüş kartofunuzu sobadan çıxdıqdan sonra iki saat ərzində soyuducuya qoymasanız, hava keçirməyən folqa içərisində yavaş-yavaş soyumaq botulizm riski yaradır ki, bu da sizin ciddi xəstələnməyinizə səbəb ola bilər.
Pomidor Pomidorlar tarlalardan yığıldıqdan sonra ölçüsünə və rənginə görə çeşidlənmək üçün su çənlərinə qoyulur. Və bu su çənləri çirklidirsə, pomidor suyu özünə çəkir və nəticədə bakteriyalarla dolur. Bakteriyaların böyüməsini minimuma endirmək üçün pomidorları kəsdikdən sonra bir neçə saat ərzində soyuducuya qoymalısınız.
Qovun Bakteriyalar qovun kimi nəmli qidaları sevirlər. Bostan bitkisini kəsdikdən sonra, toxumlarını çıxarmaq və doğramaq lazımdır. Ancaq bu halda onu saxlamaq zərərsizdir. (BAKU.WS)
 
 

 


Ardını oxu...
Tələb olunan maddələrin siyahısı- 150 qram giləmeyvə;- 2,5 stəkan su;- üç qaşıq istənilən çay;- lazımi miqdarda bal.Lent.az xarici KİV-ə istinadla hazırlanma üsulunu təqdim edir:Əvvəlcə çayı klassik şəkildə dəmləmək lazımdır. Bunu etmək üçün onu çaydana qoyun və suya tökün. Təxminən beş dəqiqə gözləmək lazımdır.Bu arada çaytikanı ilə məşğul ola bilərsiniz.Bunu etmək üçün, giləmeyvəni bir yemək qabına qoyun, az miqdarda su əlavə edin və ocağı yandırın. Çaytikanı qarışdırmaq vacibdir. Püreyə bənzəməyə başlayanda ocağı söndürə bilərsiniz.Giləmeyvələri fincanlara qoyun və çayın özünə tökün. Bundan sonra lazımi miqdarda bal istifadə etməlisiniz.
 
Ardını oxu...
Tibb elmləri namizədi, dietoloq Rimma Moisenko mövsümdənkənar giləmeyvə və meyvələr yeməklə C vitamini çatışmazlığını kompensasiya etməməyi tövsiyə edib.Foodinfo.az xəbər verir ki, ekspert Sputnik Radiosuna müsahibəsində bildirib ki, istixana meyvələri təbii şəraitdə yetişdirilən giləmeyvə və meyvələrlə eyni deyil, yalnız tərkibinə görə onlara yaxındır. Mütəxəssisin qeyd etdiyi kimi, onların tərkibində az miqdarda vitamin və mineral var, çünki süni iqlimdə bunu itirirlər. Həmçinin, meyvələri qorumaq və dezinfeksiya etmək üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Ona görə də mövsümü meyvələrlə müqayisə oluna bilməz.
 
 


 
Ardını oxu...
Xarici həkimlərin araşdırmalarına görə, infarkt olacağınızı əvvəlcədən müəyyən etmək mümkündür.

Onların fikrincə bəzi əlamətlər özünü bir ay öncədən büruzə verir.

Yerli kordioloqlar hesab edirlər ki, insanlar bəzi simptomları bilsələr təhlükəni özlərindən uzaqlaşdıra bilərlər.

Həmçinin həkimlərin sözlərinə görə, infarktla mübarizədə qadınlar kişilərə nisbətən üç dəfə daha az risk daşıyırlar.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Qazi Universitetinin professoru Dr. Uğur Coşkun kolerektal xərçəngə tutulmaq riskini artıran vərdişlərdən danışıb.

Medicina.az xəbər verir ki, onkoloq ABŞ-da aparılan bir araşdırmanın bağırsaq xərçəngi riskini çox miqdarda qırmızı ət və işlənmiş ət məhsulları ilə əlaqələndirdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, həddən artıq qırmızı ət istehlak edənlərdə bağırsaq xərçəngi riskinin 30 faiz; sosis, kolbasa kimi işlənmiş ət məhsulları yeyənlərdə isə 40 faizdən çox olduğu təsbit edilib.

Qərb tərzi qidalanma vərdişlərinin bağırsaq xərçəngi riskini artıran ən əhəmiyyətli faktorlardan biri olduğunu deyən Uğur Coşkun əlavə edib ki, “Cancer Epidemiology, Biomarkers, Prevention” jurnalında dərc olunan araşdırmada qırmızı ət və işlənmiş qidaların niyə hər kəsdə bağırsaq xərçənginə səbəb olmadığı sualına da aydınlıq gətirilib.

“ABŞ-da aparılan bu araşdırma 29 482 bağırsaq xərçəngi xəstəsini və 39 635 xərçəng olmayan şəxsi əhatə edib. Araşdırma çərçivəsində aparılan ətraflı genomik analizdə HAS2 və SMAD7 adlı genlərin qırmızı ət və işlənmiş qidaların həddindən artıq istehlakı və bağırsaq xərçəngi arasındakı əlaqəyə cavabdeh olduğu müəyyən edilib. Yuxarıda qeyd olunan riskə əlavə olaraq, HAS2 geninə sahib olan şəxslərdə bağırsaq xərçəngi riskinin 38 faiz, SMAD7 olanlarda isə 18 faiz daha yüksək olduğu aşkarlanıb. Nəhayət, bu araşdırma niyə çox miqdarda qırmızı ət və ya işlənmiş qidalar istehlak edən bəzi insanların bağırsaq xərçənginə tutulduğunu, digərlərinin isə xəstələnmədiyini izah edir”.

Onkoloqun sözlərinə görə, bu araşdırma inkişaf etdirildikdə və tapıntılar yeni araşdırmalarla təsdiqləndikdə, bəlkə də yaxın gələcəkdə qırmızı ət və işlənmiş qidaların kimlərdə bağırsaq xərçəngi riski yaratdığını və kimlərin bu qidaları təhlükəsiz şəkildə istehlak edə biləcəyini üzə çıxarmaq mümkün olacaq.
 
 
 
Ardını oxu...
Zeytun yarpağının ekstraktı 2-ci tip şəkərli diabetin müalicəsinə müsbət təsir göstərir. Bu, beynəlxalq tədqiqat qrupunun apardığı araşdırmada sübut edilib.AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, Cənubi Ural Dövlət Universitetinin alimləri mədəaltı vəzi və digər orqanların toxumalarını uğurla bərpa edə bilən bioloji aktiv birləşmələrin yüksək tərkibinə görə bu ekstraktın əhəmiyyətli antioksidant və hipoqlikemik aktivliyini aşkar ediblər.Diabet mədəaltı vəzi kifayət qədər insulin istehsal etmədikdə və ya bədən istehsal etdiyi insulindən səmərəli istifadə edə bilmədiyi zaman inkişaf edən ciddi xroniki xəstəlikdir. Hazırda şəkərli diabetin iki növü var. Birinci tip diabet insulindən asılıdır və əsasən 30 yaşdan kiçik gənclərə təsir göstərir.İkinci tip diabet isə insulindən asılı deyil. Belə xəstələrdə insulin istehsal olunur və pəhrizə riayət etməklə, dərmanlardan istifadə etməklə və aktiv həyat tərzi keçirməklə şəkər səviyyəsinin kifayət qədər uzun müddət normal qalmasını təmin edə və fəsadların qarşısını təhlükəsiz şəkildə almaq olar.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 40 ildə dünyada şəkərli diabetdən əziyyət çəkənlərin sayı 4 dəfə artıb. Düzgün müalicə olmadıqda diabet korluq, əzaların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ağırlaşmalara səbəb ola bilər.
 
Ardını oxu...
“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Qaydaya bu anlayışlar əlavə edilir:

- dərman vasitəsinin qeydiyyat tarixi - eyni təsiredici maddə və ya eyni təsiredici maddə kombinasiyalı dərman vasitələrində, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin Avropa İttifaqında () ilk dəfə qeydiyyata alındığı tarix və ya bu tarixi müəyyən etmək mümkün olmadıqda, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin məlum olan ilk qeydiyyat tarixi;

- dərman vasitəsinin beynəlxalq qeydiyyat tarixi – yuxarıda nəzərdə tutulmuş dərman vasitələri istisna olmaqla hər hansı bir ölkədə dərman vasitəsinin ilk qeydiyyat tarixi;

- məlumat kilid tarixi - dövri olaraq yenilənən təhlükəsizlik hesabatında verilən məlumatların toplanmasının bitdiyi tarix.

Həmçinin, sözügedən qaydaya edilən dəyişikliklə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri (RİP, DYTH, FSƏD) artıq türk dilində də təqdim ediləcək.
 
Ardını oxu...
İtlər bir sıra təhlükəli xəstəliklərin daşıyıcısıdır, bəziləri insanlar üçün ölümcüldür.

“Cebhe.info”-nun “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Kino Federasiyasının prezidenti Vladimir Qolubev deyib.

Qolubevin sözlərinə görə, itlərin keçirdikləri xəstəliklər arasında exinokokkoz, quduzluq, hətta vərəm də var:

“Bəli, itlər də vərəmdən əziyyət çəkirlər və onu insanlara keçirə bilərlər. Ev heyvanları qida yolu ilə, məsələn, xəstə heyvanın ətini yeməklə, heyvandan və ya insandan hava damcıları ilə yoluxa bilər”.

Eyni zamanda, insanın özü də ev heyvanını yoluxdura bilər.

Mütəxəssis it sahiblərini öz vəziyyətlərinə nəzarət etməyə və peyvəndləri heç vaxt özbaşına ləğv etməməyə çağırıb.
 

Dünyapress TV

Xəbər lenti