Ardını oxu...
İdman və diyetalara baxmayaraq, istədiyi nəticəyə nail olmayan insanlar nədən arıqlaya bilmir?
Tribunainfo.az xəbər verir ki, həkim – diyetoloq Marina Sorokinanın sözlərinə görə, transformasiyaların qarşısını alan tənbəllik və ya zəif metabolizm deyil, insanların illərdir yetişdirdiyi və ayrılmaq istəmədiyi vərdişlərdir.

Həkim həmin 5 vərdişi təqdim edib.
Yuxsuzluq. Gecə yatdığınız zaman vücudmelatonin hormonu istehsal edir. O azaldıqda gecə istirahətinin keyfiyyəti avtomatik olaraq düşür. Bütün bunlar nəticədə metabolik pozğunluqlara və yağ mübadiləsinin pozulmasına səbəb olur.
Pis yemək vərdişləri. Bir çox insanlar kalori saymağı, məhsulların tərkibini öyrənməyi, son istifadə tarixlərini və saxlama müddətinin şərtlərini izləməyi lazımsız hesab edirlər.
Gecə işləmək. Belə bir iş qrafiki qeyri-sağlamdır. Bu bədənin ritmini pozur, nəticədə hormonların səviyyəsinin dəyişməsinə və metabolik proseslərə səbəb olur. Gecə aktiv olan işçilər tez-tez yemək yeyirlər.
Özünü müalicə ilə məşğul olmaq. Dərmanların həkim məsləhəti olmadan seçilməsi çox vaxt səhv olur. Bəzi dərmanlar hormonal pozulma və kökəlməyə səbəb olur. Xüsusən arıqladıcı dərmanlar qəbul edənlərdə əlavə problemlər olur.

Passiv istirahət vərdişi. Evdə filmlərə baxmaq, restoranlarda dostlarla görüşmək, videobağlantı vasitəsilə söhbət etmək passiv istrahət hesab olunur. Arıqlamaq istəyirsinizsə, daha çox gəzin. Əgər idmanla məşğul olmursunuzsa, həftədə 2 dəfə idman etməyi vərdiş halına salın.
 
Ardını oxu...
Həkim resept yazır, alırıq və dərmanları qəbul edərkən üzərində belə bir cümlə oxuyuruq: “Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir”.

Əslində isə bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılması qanunla qadağandır. “Dərman vasitələri haqqında” qanunumuz deyir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir və bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması qadağandır.

Qadağandır, amma yazılır. Üstəlik, bu hallar getdikcə artır. Həkimlər immun sistemimizin zəif olduğunu əsas gətirib yazırlar, insanlar isə həkimlərin firmalarla əməkdaşlıq etdikləri üçün belə halların artdığını deyirlər. Əsl səbəb nədir?

TEREF.AZ yazır ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bioloji fəallığa malik qida əlavələrinə yalnız Azərbaycanda deyil, dünyada da ehtiyac və tələb artıb: “İqlim dəyişiklikləri, əhalinin qapalı məkanlarda daha çox vaxt keçirməsi, oturaq həyat və s. faktorlar insanlarda maddələr mübadiləsinin pozulmasına və aktiv bioloji maddələrin insan orqanizmində azalmasına gətirib çıxarıb. Nəticədə insanlarda həm immun, həm də sümük-oynaq sistemlərinin çox ciddi böhranlı vəziyyəti müşahidə olunur. D, A vitaminləri, sink, selen, kalsium, kalium və s. kimi həyati əhəmiyyətli maddələrin insan orqanizmində çatışmazlığı sürətlə yayılır. Yəni bioloji fəallığa malik qida əlavələrinə ciddi tələbat yaranıb”.

İ.Hüseynli bildirdi ki, bioloji fəallığa malik qida əlavələrinin sertifikatlaşması və ölkəyə idxalı da asan başa gəlir. Ona görə dərman idxalı ilə məşğul olan şirkətlər buna daha çox maraq göstərirlər: “Şirkətlər bunu gətirirlər, qida əlavələrinin yazılması ilə bağlı həkimlərlə onu gətirən şirkətlər arasında bəzi hallarda müəyyən sövdələşmələr baş verir. Düşünürəm ki, kütləvi şəkildə hamıya yazmaq yox, ehtiyacı olana yazmaq normaldır”.

Almaniyada çalışan azərbaycanlı həkim Elvin Hüseynov deyir ki, bioloji fəallığa malik qida əlavələrinin müalicəvi təsiri tibb elmində sübut olunmayıb: “Bir tibb elmi var, bir də alternativ təbabət. Tibb elmində müalicə elmi tədqiqatlarla təsdiqini tapan dərman vasitələri ilə aparılır. Alternativ təbabət isə klassik tibb və tədqiqatlarla təsiri sübut olunmamış metodlardır. Komplementar təbabət də alternativ təbabətin bir qoludur. Bioloji fəallığa malik maddələrlə müalicə komplementar təbabət adlanır. Elmi olaraq müalicəviliyi sübuta yetirilməmiş hər hansı maddənin tibdə köməyinə şübhə ilə yanaşırıq. Almaniyada resept yazarkən o maddələrdən istifadə edilmir”.

E.Hüseynov bildirdi ki, tibdə yalnız bir neçə halda bioloji fəallığa malik qida əlavələrinin tətbiqi məsləhət görülür: “Məsələn, hamilə qadınlarda fol turşusunun qəbulu məsləhətdir. Bir də 65 yaşdan sonra müəyyən miqdarda D vitamini məsləhət görmək olar. Bu, daha az risk almaq deməkdir. Amma cavan insanlara qanda D-nin miqdarını yoxlamadan kor-koranə şəkildə vitamin D məsləhət görmək tibbi cəhətdən yanlışdır”. E.Hüseynov bioloji fəallığa malik qida əlavələrinin ziyansız olması düşüncəsini yanlış hesab edir.

E.Hüseynov qeyd etdi ki, tibdə immuniteti qaldıran hər hansı preparat yoxdur: “İmmun sistemini gücləndirmək həyat tərzinə bağlı olan şeydir. O insanlar sağlam olur və xəstəlikləri yüngül formada keçirir ki, onların yanaşı xəstəlikləri azdır, aktiv həyat tərzləri var, idmanla məşğul olurlar, qidalanmalarında müəyyən aspektlərə fikir verirlər. Siqaret çəkmirlər, alkoqol istifadə etmirlər”.

Həkimin sözlərinə görə, bioloji fəallığa malik qida əlavələri ilə müalicə alırsınızsa, burda xeyri siz yox, istehsalçı şirkətlər, idxal firmaları, həkimlər görür: “Bunların təyin edilməsində birinci maraqlı tərəf istehsalçı şirkətlərdir. Çünki o dərmanların nə kəşfinə, nə də istehsalına böyük vəsait tələb olunmur. Yüksək miqdarda da gəlir gətirir. İdxal firmalarına da bu dərmanları satmaq sərf edir. Bu vasitələri çox təyin edən həkimlər də yəqin ki, dərman firmaları ilə əməkdaşlıq şəklində fəaliyyət göstərirlər. Oradan müəyyən məbləğ alırlar”.

“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə görə, 2023-cü il yanvarın 1-dən Azərbaycanda da həmin məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur.

Yanvarın 1-indən etibarən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji fəallığa malik qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarətin gücləndirildiyi qeyd edilir. Bildirilir ki, tibbi reseptlərdə həmin məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.

AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın tələbləri nəzərə alınmaqla "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən bioloji aktiv qida məhsulu olduğu müəyyənləşdirilən vitamin və mineral tərkibli bioloji aktiv qida məhsullarının adlarının həkim reseptinə yazılması "Dərman vasitələri haqqında" qanunla qadağan edilib.

Eyni zamanda AQTA qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 221.9-cu maddəsinə əsasən, bioloji aktiv qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslərin əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslərin yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Ardını oxu...
Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.

Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ini təşkil edib.

Qeyd edək ki, I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət istehsal edilib.

Xatırladaq ki, son vaxtlar ölkədə ətin qiymətində kəskin bahalaşma özünü göstərir. Bu gün bazarlarda mal ətinin qiyməti təxminən 14 manat, qoyun ətinin qiyməti isə 17 manat təşkil edir. Ölkəmizə isə ət idxalı 24 faiz artsa da, həmin ətin əsasən hansı ölkələrdən gətirildiyi, qəssablar, marketlər, yaxud restoranlarda satışa çıxarıldığı məlum deyil.

Vətəndaşlar isə əsasən təzə ət almağa üstünlük verir və belə olduğu təqdirdə idxal ətlərindən harada istifadə edilir?

TEREF.AZ-ın məlumatına görə, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı Cebhe.info-ya bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycan ən çox ət yeyən ölkələrin siyahısında yer almayıb:

“Azərbaycanda Amerikadan təxminən 50 faiz az ət yeyilir. Bununla belə, ölkədə daim ətin qiymətinin artdığını görürük. Azərbaycan hökuməti effektiv siyasət aparsa, xaricdən ət idxalı artar və qiymət daha da aşağı düşər. Lakin biz ətin qiymətinin aşağı düşməsini gözləmirik. Xaricdən gətirilən həmin ətlər əsasən ölkəmizdə kolbasa, sosiska istehsalına yönəlir. Birmənalı şəkildə çox hallarda açıq satışa çıxarılmır. Əsasən sənaye üsulu ilə ət məhsulları istehsal edən müəssisələrə yönəlir. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən kolbasa, sosiska istehsal edən müəssisələrin 80 faizindən çoxu xarici ətdən istifadə edir. Xüsusilə də Hindistan və digər ölkələrdən idxal edilir. Həmin ətlər əksər hallarda camış əti olur.

Camış əti əslində təhlükəli ət deyil. Xeyli ucuz qiymətə başa gəlir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yaşlı heyvanların əti aşağı qiymətə olur. Məsələn, ölkəmizdə yaşlı heyvanların əti 4 manata qədər ola bilir. Yerli kolbasa istehsalçıları bəzən bu ətdən də istifadə edə bilirlər. Belə ətlər ət məmulatları istehsal edən yerlərə göndərilir”.
 
Ardını oxu...
AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib.

Türkiyə KİV- ləri xəbər verir ki, o, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirilir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər” deyib.

AKP sədrinin müavini Numan Kurtulmuş da Ərdoğanın səhhəti ilə bağlı məlumat verib. O qeyd edib ki, Prezident seçkisinin gərgin iş qrafikinə görə, o, mədəsində narahatlıq keçirib:
Ardını oxu...
Yaponiya aprelin 29-dan etibarən koronavirus pandemiyası səbəbindən ölkəyə giriş məhdudiyyətlərini tamamilə aradan qaldırmağı planlaşdırır.
Əvvəlcə məhdudiyyətlərin mayın 8-də aradan qaldırılması nəzərdə tutulsa da, Yaponiya hökuməti aprelin sonlarından mayın əvvəllərinə qədər davam edəcək “Qızıl həftə” bayramı ilə əlaqədar həmin müddəti irəli çəkmək qərarına gəlib. Belə ki, bayram günləri yaponiyalıların əksəriyyəti səyahətə çıxır.
Eyni zamanda mayın 8-də Yaponiyada koronavirus infeksiyasının statusunun mövsüm qripi kimi az təhlükəli viruslar kateqoriyasına salınması gözlənilir.
Ardını oxu...
Türkiyə halal olmayan məhsulların ölkəyə girişini qadağan edəcək.

Trend xəbər verir ki, TurkicWorld bunu, Türkiyənin Rəsmi Qəzetinə istinadən bildirir.

Məlumatda bildirilir ki, Halal Akkreditasiya Agentliyinin icazə verdiyi qurumlar tərəfindən `halal` olduğu təsbit edilməyən məhsulların Türkiyəyə girişinin qarşısı tamamilə alınacaq.
Ardını oxu...
Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurub.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu və Günəş Astronomiyası Laboratoriyası xəbər yayıb.

Bildirilir ki, son 24 saat ərzində Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə çatıb. Beş ballıq şkala ilə bu, sondan əvvəlki göstəricidir (G5 ekstremal, G1 isə zəifdir).

“Qasırğa təkcə bu ilin deyil, həm də son bir neçə ilin ən güclüsü olub. Geomaqnit sahəsinin pozulmalarının intensivliyi Kp=8-ə çatdı ki, bu da G4 səviyyəsinə - çox güclü maqnit qasırğasına uyğundur”, - deyə məlumatda vurğulanıb.

Ekspertlər G4 səviyyəsinin şəbəkələrdə gərginliyin qeyri-sabitliyinə, qoruyucuların və enerji sistemlərinin bölmələrinin mümkün zədələnməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Ardını oxu...
İsveçdə yerləşən nüfuzlu beyin mərkəzi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyada hərbi xərclərin keçən il rekord həddə - 2 trilyon 240 milyard dollara yüksəldiyini açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu rəqəm dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 2,2 faizinə bərabərdir.

SIPRI-nin məlumatına görə, dünyada müdafiə xərcləri 8 ildir artmaqdadır və ötən ilki artım Rusiyanın Ukraynaya müdaxiləsi ilə Şərqi Asiyada, xüsusilə Tayvanda gərginliyin artmasında mühüm rol oynayıb.

İnstitutun məlumatları təkcə silahlara olan xərcləri əhatə etmir. SIPRI ölkələrin hərbi xərclərini müqayisə edərkən, işçilərin əmək haqqını, avadanlıqların dəyərini, təhcizat və araşdırma-inkişaf fəaliyyətini nəzərə alır.

SIPRI-nin məlumatına görə, ötən il qlobal hərbi xərclər 3,7 faiz artıb. ABŞ-ın ümumi hərbi xərclərdə payı 39 faiz təşkil edib. Çin 13 faizlə ikinci, Rusiya isə 3,9 faizlə üçüncü olub.

Rusiya ötən il hərbi xərclərini 9,2 faiz artırıb. Rusiyanın işğalından sonra bu göstərici Ukrayna üçün 600 faizi ötüb. 2021-ci il hesabatında reytinq aşağıdakı kimi olub: ABŞ, Çin, Hindistan, İngiltərə və Rusiya.

Keçən il Ukrayna 44 milyard dollarla Ümumi Daxili Məhsulunun 3 faizini hərbi xərclərə ayırıb. Ukraynanın xaricdən də milyardlarla dollarlıq silah yardımı aldığına diqqət çəkən SIPRI səlahiyyətliləri, 70 ildə ilk dəfə bir ölkənin hərbi xərclərinin bu qədər artdığına şahid olduqlarını bildirirlər.

SIPRI-nin reytinqində ABŞ, Çin və Rusiyadan sonra Hindistan dördüncü, Səudiyyə Ərəbistanı beşinci, Böyük Britaniya isə altıncı yeri tutub.

İnstitut rəsmiləri həmçinin Səudiyyə Ərəbistanının keçən il hərbi xərclərinin 75 milyard dollara çatdığına, Mərkəzi və Şərqi Avropada hərbi xərclərin isə Soyuq Müharibədən sonra görünməmiş səviyyəyə yüksəldiyinə diqqət çəkib.

"DW Turkish"də yer alan xəbərə görə, Türkiyə 10,6 milyard dollarlıq hərbi xərclə siyahıda 23-cü yerdə qərarlaşıb.
Ardını oxu...
Nigeriyanın Yobe əyalətində meningit epidemiyası aşkar edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, epidemiyaya yoluxanların sayı 177 nəfərə çatıb. Onlardan 10-u həyatını itirib.
Yoluxanların eşitmə qabiliyyətində problem yaranıb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi boynu və başə ağrıyanlara dərhal xəstəxanaya getməyi tövsiyə edib.
Hökumət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq tərəfdaşlarla birlikdə xəstəliyin yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər gördüyünü açıqlayıb.
Qeyd edək ki, meningit epidemiyası beyindən başlayaraq bütün bədənə təsir edir. Həmçinin, hava yolu ilə də keçə bilir.
Ardını oxu...
Alimlər belə qənaətə gəliblər ki, 2025-ci ildə pik nöqtəsinə çatacağı gözlənilən Günəş partlayışları əslində bir il əvvəl baş verə bilər.

ABŞ-ın Milli Atmosfer Tədqiqatları Mərkəzinin tədqiqatçıları hesab edirlər ki, ulduzdakı fəaliyyətlər 6-12 ay ərzində sözdə "günəş maksimumu"na çatacaq.

Son zamanlar Günəşdə partlayışlar intensivləşir. Bu o deməkdir ki, Yer daha tez-tez plazma axınlarına məruz qalır.

Alimlər ulduzdakı partlayışların sonrakı dövrdə daha da artacağını və pik həddə çatacağını bildirirlər. Çünki Günəş hazırda hərəkət mərhələsindədir.

Ulduz hər 11 ildən bir sakit və ya fırtınalı dövrü tamamlayır, yeni bir dövrə başlayır. Məlumdur ki, Günəş 2019-cu ildə 25-ci dövrünə qədəm qoyub. Bu dövrələrdən sakit olanı, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrlər "günəş minimumu” adlanır. Günəş ləkələrinin artdığı və partlayışların tez-tez baş verdiyi fazalara "günəş maksimumu” deyilir.

İndiyə qədər Günəşin 2025-ci ildə yeni "günəş maksimum fazası"na çatacağı düşünülürdü. Astronomlar 2025-ci ildə ulduzda şiddətli partlayışların baş verə biləcəyi barədə xəbərdarlıq edirdilər.

Bu partlayışlar nəticəsində kosmosa atılan radioaktiv zərrəciklər Yerə çatdıqda və planeti qalxan kimi əhatə edən maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda buna Günəş fırtınası deyilir.

Şiddətli Günəş fırtınaları naviqasiya, GPS və radio rabitə sistemlərini zədələyərək, onların işini poza, orbitdə olan peykləri sıradan çıxara və astronavtların həyatını təhlükəyə ata bilər.

"Frontiers in Astronomy and Space Sciences” elmi jurnalında dərc olunan yeni araşdırma, "günəş maksimumu"nun gözləniləndən bir il əvvəl gələ biləcəyini ortaya qoyub. Bu o deməkdir ki, Günəş alovları və buna görə də tufanlar 6-12 ay ərzində pik həddinə çata bilər.

Tədqiqatçıların proqnozu Günəşdə "halo dövrü" adlanan maqnit aktivliyinə əsaslanır. Günəş əslində 22 illik maqnit fəaliyyəti dövrünə malikdir. Buna "halo dövrü" deyilir.

Ulduzun hər iki yarımkürəsində 55 dərəcə enlikdə maqnit halqalarının əmələ gəlməsi "halo dövrü" üçün böyük əhəmiyyət kəsb edir. Çünki Günəş öz dövrlərindən keçdikcə bu halqalar da ekvatora çatdıqda yerlərini dəyişir və bir-birini yox edir.

Günəşdə sonuncu belə hadisə 2021-ci ilin dekabrında baş verib. Yeni araşdırmada komanda "günəş maksimumu"nun nə vaxt baş verəcəyini hesablamağa çalışıb. Tapıntılar göstərir ki, 6-12 ay ərzində Günəş aktivliyi bu nöqtəyə çatacaq.\\Qaynarinfo
 

Dünyapress TV

Xəbər lenti