Ardını oxu...
Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoşluq testi yoxlamaları aparır.

Xezexeber.az-ın məlumatına görə, sürücülər bildiriblər ki, patrul əməkdaşları axşamdan spirtli içki içən sürücüləri müəyyən etmək üçün erkən saatlarda yolda post yaradıb, istənilən avtomobili saxladaraq sürücünü alkotesterlə yoxlayırlar.

"Bəzi hallarda sürücülər yoxlamadan imtina edirlər. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərxoş hesab edilir və ona inzibati qaydada cərimə tətbiq olunur”.

Mövcud qanunvericiliyə uyğun olaraq, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4 bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

"Axşam spirtli içki qəbul edib, sonra da 7-8 saatlıq aradan sonra səhər saatlarında həmin şəxsin qanında alkoqolun konsentrasiyasının 0,3 promill olması onun yolda digər hərəkət iştrakçıları üçün təhlükə törətməsi nə qədər realdır?”
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sürücü saxlanıb, sərxoşluğu yoxlanan zaman əgər o bundan imtinqa edirsə qanuna uyğun formada sərxoş hesab edilir. İstəsə yol patrul əməkdaşları yerində də yoxlaya bilər, əgər sürücü bundan da imtina etsə, sərxoşluğun ekspertizası mərkəzində də bu, mümkündür.

Xatırladaq ki, sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə oluna bilər.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
 

Ardını oxu...


Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normaların tətbiq olunması təklif olunur. Belə bir təkliflə deputat Aydın Hüseynov çıxış edib.

Əslində toy menyularında israfçılığın qarşısınn alınması ilə bağlı uzun illərdir ki, müzakirələr gedir.

Hələ bir neçə il əvvəl şadlıq evləri ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standart hazırlandı və bir çox tələblər qoyuldu. Amma restoran sahibləri buna əməl etmədi.

Məsələ yenidən aktuallaşıb və toylarda qida məhsullarının kaloriliyi baxımdan qənaətə əməl edilməsi üçün xüsusi normaların tətbiqi təklif olunub.

Maraqlıdır, toyda bir nəfərin istehlak səbətinə hansı məhsullar daxil olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamovun sözlərinə görə Azərbaycanda bu, qlobal bir problemdir və nemətlərin tullanmaması və israfçılığın qarşısının alınması üçün standartın tətbiq olunması təqdirəlayiq addım olar:

“Amma restoran sahibləri bununla razılaşacaqlarmı? Onlar maraqlıdır ki, qida rasionunda bir nəfər üçün nə qədər bol məhsul olsa, o qədər də menyunu baha qiymətə satmış olarlar. Ümumiyyətlə, bir nəfər üçün qida rasionunda zülal-karbohidrat hesablaması var. Məsələn, bir nəfər 250-300 qram ət yeyə bilər. Amma süfrəyə baxanda görürsən ki, ətlə yanaşı, toyuq, qril, balıq, soyutma ət və ardı-arası kəsilməyən kabablar gəlir. Hələ sonda plov və onun da içində ət gətirilir. Yəni bu, artıq kalori mənbəyidir”.

Mütəxəssis hesab edir ki, toylarda normadan artıq qida qəbul edənlər sağlamlıqlarını riskə atanlardır:

“Təsadüfi deyil ki, bəzən toylarda ürəkdən dünyasını dəyişənlər olur. Birdən-birə kalorili yeməklərlə yanaşı içkilərin içilməsi də təhlükəlidir. Yaxşı olar ki, toy menyularının xüsusi standartı olsun və bu, bütün şadlıq evlərinə şamil olunsun. Süfrədə çərəzlərdən, salatlardan və yüngül qəlyanaltılardan istifadə olunmalıdır.

Bu isə mövsümə görə dəyişməlidir. Yay aylarında mayonezli məhsulların toylarda süfrəyə qoyulması düzgün deyil. Bilirsiz ki, mayonezli salatlar qonaqlardan əvvəl süfrəyə düzülür və saatlarla masanın üzərində qalır. Hansı ki, bu da qida zəhərlənməsinə gətirib çıxara bilər. Yaxşı olar ki, zeytun yağından hazırlanmış yüngül salatlardan istifadə olunsun. Bu da qida rasionunu aşmamalı, bir nəfərə 100 qramdan hesablanmalıdır.

Əgər 5-6 çeşid salat olacaqsa, bir nəfərə 30-35, maksimum 50 qram kifayət edir. Süfrəyə təqdim olunacaq kabablar adambaşı bir ədəddən çox olmamalıdır.

Yaxud lülə kabab varsa, tikəyə, tikə varsa, lüləyə ehtiyac yoxdur. Çünki hər ikisi quzu ətindən hazırlanır və kalori dəyəri çox yüksəkdir. Ümumi olaraq 100 qram salat, 200 qram ət kifayət edir. Nəinki süfrəni boş təamlarla doldurub, arası kəsilmədən qida yemək... Artıq toylarda “qonşudan qalma geri”prinsipinə son verilməlidir”.
Ardını oxu...
Hindistanın Dehli şəhərindəki “Skin Decor” klinikasının baş dermatoloqu və direktoru Monika Çahar piylənmə və keçəllik arasında əlaqəni aşkar edib.

Lent.az xarici mətbuata istinadla bildirir ki, artıq çəki hormonal balanssızlığa səbəb olur, xüsusən də androgenlərin istehsalını artırır. Öz növbəsində, onların artan səviyyəsi kövrəklik və saç tökülməsinin əmələ gəlməsini təhrik edir.

Çahar izah edib ki, artıq çəki olan qadınlarda insulin müqaviməti yaranır və bu da polikistik yumurtalıqların inkişafına səbəb ola bilər. Öz növbəsində, bu xəstəlik keçəlliyin artmasına səbəb olan amillərdən biridir.

Mütəxəssis bu problemlərin qarşısını almaq üçün ilk növbədə meyvə, tərəvəz və yağsız ətdən ibarət qida rasionunuzu tənzimləməyi məsləhət görüb. Bundan əlavə, menyuda A, C və E vitaminləri, həmçinin biotin, sink və dəmirlə zəngin qidalar üstünlük təşkil etməlidir. Həki həmçinin stresdən uzaq durmağı, idmanla məşğul olmağı və saç qulluğuna baş masajını da daxil etməyi təklif edib.
Ardını oxu...
Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müşahidə olunan yeni virus yayılıb. Bu xəstəliyin əsas əlaməti boğaz ağrısı olsa da günlərlə davam etməsi insanları narahat etməyə başlayıb.
Vətəndaşlar arasında bir həftə boğaz ağrısından əziyyət çəkənlərə də rast gəlinir.
Əhali arasında boğaz ağrısı ilə müşahidə olunan virusun yayılması zamanı hansı tədbirlər görülməlidir? İnsanlar bu virusdan necə qoruna bilər?
BAKU.WS saytı bu suallara cavab almaq üçün professor, tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib. Professor bildirib ki, hazırda ölkə üzrə respirator infeksiyalar davam edir: "Boğaz ağrısı ilə keçən bu xəstəlik də virus xəstəliyidir. Lakin birmənalı şəkildə demək olmur ki, bu, koronavirusun davamıdır, yoxsa başaqa bir respirator infeksiyadır. Məsələ ondadır ki, respirator infeksiyalar yuxarı tənəffüs yolları infeksiyaları ilə paralel davam etdiyindən eyni qaydalara əməl olunmalıdır.
Virusa yoluxan şəxslər digərlərini yoluxdurmamaq üçün maska taxmalı, məsafə saxlamalı, yataq rejimində olmalı, çoxlu maye qəbul etməli və xəstəliyi ağırlaşdırmamalıdır. Eyni zamanda immun sisteminin möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır. Hazırki dövrdə vitaminli qidalara üstünlük vermək olduqca vacibdir".
 
Ardını oxu...
Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

"Report" Şimal bürosunun məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.
 
Ardını oxu...
“Tərkibində triptofan, maqnezium, melatonin olan qidalar yuxuya kömək edir”.

Bu barədə rusiyalı nutrisioloq Olqa Dekker yuxusuzluqla mübarizə zamanı necə qidalanmaq lazım olduğu barədə danışarkən bildirib.

Onun sözlərinə görə, adı çəkilən maddələr tünd şokolad, banan, badam, makadamiya, kivi, nar, zoğal, üzüm, süd, kefir, qatıq və toyuq ətində var.

Diyetoloq, həmçinin yatmazdan əvvəl spirt, kofein, güclü ədviyyatlardan, yağlı, ağır, şirin və yüksəkkalorili yeməklərdən, qəlyanaltılardan uzaq durmağı məsləhət görüb.


“Düzgün qida rejiminə riayət etməyi, yatmazdan bir neçə saat əvvəl çox miqdarda yemək və içkidən uzaq durmağı tövsiyə edirəm. Bu, mədədəki yükü və yuxuya mane ola biləcək refleks, həmçinin digər həzm pozğunluqları riskini azaltmağa kömək edəcək”, - deyə Dekker sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru
Ardını oxu...
Eqoist, ətrafdakı hər kəsi idarə etməyə çalışan, paranoy və pozitiv... Onlarla görüşdükdən sonra özünü limon kimi sıxılmış hiss edirsən. Bunlar əsl enerji vampirləridir.

Hurriyyet.Az xəbər verir ki, bu termin klinik psixoloq Albert Bernstein tərəfindən yaradılıb. O, enerji vampirlərini zahirdə parlaq, istedadlı və hətta xarizmatik təsəvvür edib, onlar kiminsə diqqətini çəkərək və ya əlaqələr quraraq, sonradan insanın emosional enerjisi ilə qidalanmağı bacardılar.

Enerji vampirləri kimlərdir?

Birincisi, hər şeyə nəzarət edənlər.. Onlar həmişə vədlərinə əməl edən sadiq dostlardır. Lakin onların bu rəftarları bezdiricidir və başqalarını da buna əməl etməyə məcbur edirlər. Münasibətlərdə liderlik statusunu şübhə altına ala biləcək hər şey onlar üçün xoşagəlməzdir. Bu cür vampirlər olmasaydı, dünyamız dayanardı, çünki onlar çox pedantik və çalışqan işçilərdir. Onların davranışları adamı əsəbiləşdirir, çünki onlar ətrafdakı həyatı yalnız ağ-qara rəngdə görürlər.

İkincisi, paranoid vampirlər var. Onlar hər hansı bir sözdən və ya yan baxışdan inciyir, hər kəsə şübhə ilə yanaşır, ailəsini və yaxın dostlarını mövcud olmayan təhlükələrdən qorumaq üçün var gücü ilə çalışırlar. Bağışlamaq və ya unutmaq iqtidarında deyillər. Onlar dürüstdürlər, ona görə də acı həqiqəti eşitməyə hazır deyilsinizsə, onlara sual verməyin. Gizlətməyə çalışdığınız hər şeyi paranoid vampir tez tapacaq. Özünüzü onlardan qorumağın yeganə yolu dürüstlükdür. Amma bu insan sizə həyatda çox əziz deyilsə, dost olaraq başqasını tapmaq daha yaxşıdır.

Üçüncüsü, gülməli vampirlər. Bunlar həmişə hamıdan stənilən işdə bir addım önə keçmək istəyirlər. Xaricən müsbət, heç nədən şikayətlənməyən əla yoldaşlardır. Amma onlar səni elə şeylərə, elə macəralara sürükləyəcəklər ki, bu sizə yad bir şey olacaq.

Onlar sizin problemlərinizi eşitməkdə maraqlı deyillər. Əhvalınız yaxşı deyilsə, belə bir vampir üçün maraqsız olacaqsınız. Onlarla əylənə bilərsiniz, amma başqa heç nə yoxdur. Dar gündə onları narahat etməyin.

Nəhayət, enerji vampirlərinin dördüncü və ən çox yayılmış növü eqoistlərdir. Onların yorucu söhbətlərində ən çox “mən, mən, mən, mən, mənim, mənim üçün, mənə, mənimlə” və s. eşidərsiz. Onlar həyatdan şikayətlənməyə və ya uğurları ilə öyünməyə başlayırlar, başqasının söhbəti ona maraqlı deyil. Özünüzü qorumağın yeganə yolu söhbəti kəsib, başqasına üz çevirməkdir. Bu zaman vampirlər tez bir zamanda ordan ayrılırlar, çünki onları yalnız öz şəxsiyyəti maraqlandırır. \\Medicina.Az
 
Ardını oxu...
İdxalatçı şirkət “Amotrade” MMC-nin müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Türkiyə Respublikasından idxal olunan 15 150 kq portağal məhsulunda karantin tətbiq olunan zərərli orqanizm - “Sitrus tristeza virusu” aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq, zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Verilmiş qərara əsasən, “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhvetmə tədbiri həyata keçirilib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Teref.az

Dünyapress TV

Xəbər lenti