
Ermənistan müdafiə naziri Suren Papikyan dünən - martın 15-də Müdafiə Nazirliyi bölmələrinin komandanlığı tərəfindən “Artsax Respublikası” ifadəsinin işlədilməsini qadağan edib.
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda səhər saatlarında "Hraparak" nəşri məlumat yayıb.
Nazirin hərbi hissələrə göndərdiyi yazılı sərəncamda deyilir:
“Leksikondan “Artsax Respublikası” ifadəsini çıxarmaq, yalnız “Dağlıq Qarabağ” birləşməsindən istifadə etmək lazımdır".
Xatırladaq ki, S.Papikyan Nikol Paşinyanın hakimiyyəti dövründə qısa müddə baş nazirin müavini vəzifəsini tutduqdan sonra 15 noyabr 2021-ci ildə Ermənistanın müdafiə naziri təyin edilib.