SÜLHMƏRAMLILAR XANKƏNDİNƏ NƏ DAŞIYIR? –
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 29 gündür ki, davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya Şuşa-Xankəndi yolunda təşkil olunsa da, yolun humanitar məqsədlər üçün açıq olduğu bildirilir.

Belə ki, aksiya iştirakçıları sülhməramlılara məxsus təminat avtomobillərinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradırlar. Demək olar ki, hər gün Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillər və yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Ermənistana gedirlər.

Məlumat üçün qeyd edək ki, təkcə bu gün ərzində RSK-yə məxsus 2-si minik, 23-ü isə yük maşını olmaqla 25 nəqliyyat vasitəsi Şuşa-Xankəndi yolundan maneəsiz şəkildə keçid edib.

Hərbi maşınlarla humanitar xidmət göstərdiyi deyilən sülhməramlıların hər gün yoxlanışdan keçmədən, maneəsiz və rahat şəkildə Ermənistana və əksinə səfəri bir sıra suallar yaradır. Şübhə doğuran məqam odur ki, Qarabağdakı separatçılar bu avtomobillərdən silah daşıya və digər çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edə bilərlər. Əlbəttə, bu şübhələri əsassız adlandırmaq düzgün olmazdı. Çünki rus sülhməramlıları öz qanunsuz əmələri ilə bir neçə dəfə bu şübhələri haqlı çıxarıblar. Məsələn, ötən ilin iyul ayında Azərbaycan hərbçiləri Ağdamda Rusiya sülhməramlılarının avtomobil karvanını saxlamışdı. Yoxlamalar zamanı maşınlardan birinin yük bölməsində 5 ədəd “Kalaşnikov” avtomatı aşkar edilmiş, bundan sonra karvan geri göndərilmişdi. Ona görə də hazırda təchizat, humanitar yardım adı altında ərazidə hərəkət edən maşınlarda daşınan yüklərlə bağlı şübhələrin olması başadüşüləndir.

Bəs sülhməramlı konitingent hər gün Şuşa-Xankəndi yolu ilə nə daşıyır?

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şixəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, daşımaların həyata keçirilməsi iki istiqamətdə ola bilər: “Birincisi, Rusiya sülhməramlı kontingentinin özünün hərbi tələbatlarını həyata keçirmək yönündə, xüsusən də yanacaq və ərzağın komplektləşdirilməsi, bu ərazidəki 1960 nəfərlik heyətin gündəlik tələbatlarının ödənilməsi istiqamətində daşımalar ola bilər. İkincisi, bu yolla humanitar yük daşımaları adı altında Qarabağdakı separatçı rejimin ilkin ehtiyacları (tibbi və ərzaq vasitələri) təmin oluna bilər”.

Ekspert “Qeyri-qanuni birləşmələrin silahlanması üçün hərbi avadanlığın daşınması mümkündürmü?” sualını belə cavablandırıb: “Əgər biz yüklərin praktiki olaraq keçirilməsinə nəzarət edə bilmiriksə, yəni Rusiya sülhməramlılarının nəzarətində olan avtomobilləri yoxlaya bilmiriksə, deməli bu yüklərin içərisində hər şey ola bilər. Ermənistan əvvələr də bu bölgədə hərbi texniki avadanlıqların daşınmasını həyata keçirirdi. İndi rusların vasitəsilə bunu edə bilərlərmi? Təbii ki, edə bilərlər. Bu ehtimalları sıfırlamaq üçün biz ilk növbədə həmin avtomobillərə nəzarət etməliyik”.

Ekspert bunun üçün ərazidə sərhəd-gömrük və polis məntəqələrinin quraşdırılmasının zəruri olduğunu vurğulayır: “Bu şübhələrə son qoymaq üçün həmin avtomobillər bizim gömrük məntəqələrimizdən yoxlanıldıqdan sonra buraxılmalıdır. Sonrakı mərhələdə biz nəyin keçib-keçmədiyini artıq dəqiq deyə bilərik. Bu baş vermədiyi müddətcə, təbii ki, qeyd etdiyimiz ehtimalların baş verməsi mümkündür”.
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO
27 Mart 2025 Prezident xanımı ilə Ağdama getdi

Dünyapress TV

Xəbər lenti