Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu gün Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə dair order verib.
Bu barədə ICC-nin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, Şoyqu və Gerasimov 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynanın enerji infrastrukturuna hücumlarda ittiham olunurlar.
Həbs qərarı hakimlər Rosario Salvatore Aitala, Sergio Gerardo Ugalde Godinez və Haykel Ben Mahfuda tərəfindən verilib.
ICC adıçəkilən şəxsləri hərbi cinayətlərdə, insanlığa qarşı cinayətdə və qeyri-insani hərəkətlərdə ittiham edir.