Bu gün Şuşada BTQ-nin sifarişi ilə yazılmış neokolonializmlə bağlı hesabat təqdim olunacaq
Bu gün II Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən yazılmış "Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat" adlı hesabatın təqdimatı keçiriləcək.

"Report" xəbər verir ki, təqdimat müəllif və Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov tərəfindən ediləcək.

140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları - Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaklar), Fransız Polineziyası (Maohi Nui), Sen-Martin, Sen-Bartelemi, Mayotta (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinika, Qvadelupa və Fransız Qvineyasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırkı kolonial siyasəti barəsində məlumat verilir. Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.

Xüsusi olaraq qeyd olunur ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olmuşdur. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunur, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.

Qeyd edək ki, tədqiqat Fransa hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək. Tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.
 
 
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO
27 Mart 2025 Prezident xanımı ilə Ağdama getdi

Dünyapress TV

Xəbər lenti