ŞƏHİDLƏR XİYABANININ  İLK “SAKİNİ”
Həyatda elə igidliklər var ki, onu səssiz qəhrəmanlıq da adlandırmaq olar. Bu qəhrəmanlıqları göstərən oğullar heç zaman düşünmürlər ki, onlar qəhrəmandırlar. Düşünürlər ki, öz borclarını yerinə yetirirlər. Bu qəhrəmanlar heç vaxt sinələrinə döymürlər ki, mən qəhrəmanam. Onlar heç bir mükafat ummurlar. Zaman özü verir onların qiymətini və özlərindən xəbərsiz yazılırlar xalqın yaddaşına, tarixinə. Bu da əbədiyaşarlıq deməkdir. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.
Belə qəhrəmanlardan biri də Babayev Tale Bəyənulla oğludur. O, 1964-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqubluda anadan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf havasını uda-uda, mayası halallıqdan yoğrulmuş bir ailədə böyümüşdü. Kiçik yaşlarından atasını itirmişdi.
Kənddəki orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə “Azərbaycan” sovxozunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdır.
1984 – 1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi.
1991-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq qardaşı Tehranla birlikdə cəbhəyə yola düşmüşdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə edirdi.
1992-ci ilin mart ayının 29-da səhər tezdən rotaya düşmən hücumunu qabaqlamaq üçün hücuma keçmək əmri verildi. Müxtəlif istiqamətlərdən hücum başladı. Həmin qanlı döyüşün iştirakçılarından A.Əliyev deyir: “Döyüşdən bir gün əvvəl Talenin dişi ağrıyırdı. Onu müalicə üçün Şuşaya göndərmişdilər. Lakin Tale Şuşada bir gün qalıb geri qayıtdı. Mən ona bir neçə günlüyə icazə alıb ailəsinə baş çəkməsini təklif etdim. Lakin o dedi ki, mən sizi burda – düşmən qarşısında qoyub gedə bilmərəm. Əməliyyata hazırlıq günü diş ağrısından sifəti şiştiyi üçün komandir onu döyüşdən azad etmək istədi. Lakin Tale and içdi ki, özünü lap yaxşı hiss edir. O, bizim ən cəsur və qorxmaz döyüşçülərimizdən idi. Ürəyində böyük Vətən sevgisi, düşmənə dərin nifrət vardı. Düşmənlə döyüşü səbrsizliklə gözləyirdi...”
Qardaşı Tehranın söylədiklərindən: “Biz Kosalar kəndini müdafiə edirdik. Kəndin ətrafındakı postların birində mövqe tutmuşduq. Təxminən 80 nəfərlik canlı qüvvəmiz vardı. Düşmənin hücumunu qabaqlamaq üçün 1992-ci ilin mart ayının 29-da səhər tezdən döyüşə başladıq.
Müxtəlif istiqamətlərdən hücum başladı. Bir neçə düşmən postunu darmadağın etdik. Ermənilər məcbur olub yaxınlıqdakı qayalıqlara çəkildilər. Atəş altında qaldığımıza görə qayalıqlara qalxa bilmirdik. Mən qardaşım Taledən ayrı düşmüşdüm.
Atəş altından çıxmaq üçün bir qədər geri çəkildik. Bu zaman qardaşımın qəhrəmancasına həlak olduğunu bildim. Düşmənlər onun meyitini götürməyə imkan vermir, aramsız atəş açırdılar. Silah yoldaşlarım Tofiq, Namiq və İlhamın köməyi ilə qardaşımın cəsədini döyüş meydanınından çıxara bildik. Artıq günorta idi. Döyüş isə davam edirdi. Biz qələbə çalmaq üzrə idik...”.
Bu Talenin son düyüşü oldu. O, Vətən uğrunda öz canını qurban verdi. Allah dərgahına – şəhidlik zirvəsinə ucaldı.
Tale Oğuz şəhərindəki “Şəhidlər xiyabanı”nda dəfn olunmuş ilk şəhiddir. Onun bu torpaqda uyumağa hamıdan çox haqqı vardır. Onun dəfn olunduğu şəhidlər xiyabanı bu gün bütün oğuzluların müqəddəs ziyrətgahı və and yeridir.
Azərbaycan Respublikası Nazirlər Kabineartinin 13 dekabr 1993-cü il tarixli 606 saylı qərarı ilə T.Babayevin adı təhsil aldığı Yaqublu kənd tam orta məkəbinə verilmişdir. Məktəbdə şəhid T.Babayev şərəfinə xatirə abidəsi düzəldilmiş və xüsusi guşə hazırlanmışdır.
Məktəbin şagirdləri tez-tez xatirə abidəsinin önünə tər gül dəstələri qoyaraq qəhrəmanın xatirəsini əbədi yaşadacaqlarına və Vətəni onun kimi sevəcəklərinə and içirlər.

İmran Verdiyev,
Şəhidin müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1-1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_3-1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714188176_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714188176_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714188176_6.jpg
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti