Ardını oxu...
Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınlar etiraz aksiyası keçirib.

Modern.az xəbər verir ki, bu barədə "Afgan Times" nəşri məlumat yayıb.

Qadınlar azadlıq, təhsil və işləmək hüququnun müdafiəsi üçün küçələrə çıxıblar. "Taliban" silahlıları aksiyaya sərt müdaxilə edib və etirazçılara atəş açıblar. Nümayişi dağıdarkən iki jurnalist yaralanıb.

Şahidlərin sözlərinə görə, jurnalistlərdən biri “Afgan Times”, digəri “Roidad News”un əməkdaşıdır.
 
Ardını oxu...
Gəncə şəhərində xəstə yaxınları xəstə baxıcısını (kiçik tibb bacısı -Report) döyərək ona xəsarət yetiriblər.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında qeydə alınıb.

Sözü gedən xəstəxanada xəstə baxıcısı kimi çalışan 1991-ci il təvəllüdlü Tamara Əliyeva xəstə yaxınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Belə ki, xəstəxanada müalicə alan xəstələrin birinin vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman xəstə yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar. Lakin xəstəxana çalışanları onlara kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmağa icazə verilmədiyini və oranı tərk etmələrini deyiblər.

Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq həmin şəxslər şöbədən çıxmaq istəməyib, orada gözləyəcəklərini deyib.

Bunu görən, T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstə yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və liftdə onu döyərək xəsarətlər yetiriblər.

Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.

Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.
 
Ardını oxu...
Sahibəsi ilə birlikdə mahnı oxuyan pişik barədə kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Videonun müəllifinin sözlərinə görə, pişiyinin adı Maksiminodur.

Bununla bağlı yayılan videoda gənc qızın operadan bir hissə oxuyarkən pişiyin kamera qarşısına keçməsi əks olunub. Sahibəsi pişiyi qovmağa çalışsa da, o getmək istəmir və sanki özü oxuyurmuş kimi miyoldamağa başlayır.


Pişiyin videosu sosial şəbəkələrdə yayımlandıqdan sonra şərhçilər Maksiminonun “müğənnilik bacarığı”nı yüksək qiymətləndiriblər. İnsanlar zarafatla ev heyvanının operada böyük uğur qazana biləcəyini deyiblər.

Pişiyin sahibi əlavə edib ki, ev heyvanı diqqəti cəlb etməyi sevir və tez-tez onunla oynamaq üçün yüksək səslə miyoldayır.

Mənbə: NDTV
 
Ardını oxu...
Bakı şəhəri Salatın Əsgərova küçəsi, 106 ünvanda ikiotaqlı, sahəsi 52 kv.m olan mənzildə daimi pasport qeydiyyatında yaşayan ailə bu gün evsiz qalıb. Həmin evdə dörd nəsil yaşayan ailə birdən-birə mənzillərindən çıxarılaraq, küçələrdə qalmağa məcbur edilib. Hara müraciət etsələr də, şikayətlərinə məhəl qoyan tapılmır. Əslində, məhkəmələr bu ailənin haqqını tanıyıb. Şirkət isə məhkəmələrin ədalətli qərarını tanımaqdan imtina edir.

Hazırda ahıl yaşında Bakı şəhəri, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşan Əli Əliyev və onun həyat yoldaşı Tamilla Əliyeva bütün dövlət hüquq-mühafizə, məhkəmə orqanlarına edilən müraciətlərə baxmayaraq, pozulmuş hüquqlarını bərpa edə bilməyiblər. Buna görə də Əliyevlər ailəsi həm evlərinin əllərindən alınmasına görə, həm də ailə başçısı Əli Əliyevin sağlıq durumunun ağırlaşaraq yataq xəstəsi olması üzündən hədsiz üzüntü və həyəcan içində yaşayır.

Nəhayət, şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Əli Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Prezidentin “Problemlərinizi deyin...” çağırışına güvənərək, dövlət başçısına üz tutduğunu bildirib.

T.Əliyeva deyir ki, yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və bu gün öz ata-baba yurdundan çıxarılmasına, haqqını bərpa edə bilməməsinə görə xəstəliyi daha da ağırlaşıb. Bildirir ki, 2018-ci ilin yanvarında İmişli rayonundan sabiq millət vəkili Əsabil Qasımova məxsus və qardaşı Vüqar Qasımov tərəfindən idarə olunan “MALİBO” MMC şirkəti ərazidə “Pilot layihə” adı altında köhnə evlərin yerində hündürmərtəbəli evlər tikiləcəyini deyərək, sakinləri ərazidən köçürüblər. Sakinlərlə danışıqları şirkət adından Nicat Sadıqov aparıb.

2018-ci ilin 25 mayında “MALİBO” MMC ilə aralarında bağlanan müqaviləyə görə, göstərilən ünvanda 10-cu blok, 9-cu mərtəbədə Əliyevlərə məxsus 52 kv.m ikiotaqlı köhnə mənzilin əvəzinə, onlara təmirsiz 60 kv.m yeni mənzil veriləcəyi barədə sövdələşmə olub. Şirkət evi 24 aya təhvil vermədikləri təqdirdə, hər ay Əliyevlərə 400 manat kirayəhaqqı ödəyəcəklərini müqavilədə qeyd ediblər.

Razılığa əsasən şirkət evi söküb. Daha sonra MALİBO-nun rəhbərləri Əliyevlərə verdikləri müqaviləni məhkəmələr yolu ilə ləğv etməyə və ailəni mənzilsiz qoymağa çalışıblar.

T.Əliyeva deyir ki, 4 il müddətində şirkətlə məhkəmə çəkişmələri olub. Üstəlik şirkət ailəyə müvəqqəti narahatlığa görə heç bir kirayə haqqı ödəməyib. Əliyevlərin mənzillərini geri almaq idiası ilə baş vurduğu Nəsimi rayon məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəməsi “Malibo” MMC ilə Əliyevlər arasında bağlanmış 25.05.2018 tarixli 126 saylı müqaviləni etibarlı hesab edərək, onlara tikiləcək binadan mənzilin verilməsi barədə Qərar qəbul edib.

T.Əliyeva bildirib ki, nəhayət, mənzillərinin haqqını almaq üçün 2022-ci ilin aprel ayında Ali Məhkəmənin qərarını əsas tutaraq, “MALİBO” MMC-nin ofisinə üz tutublar. Onlar şirkətin meneceri Nicat Sadıqova məhkəmənin qərarını təqdim edib, nəhayət, mənzillərinin onlara təhvil verilməsini istəyiblər.

“Nicat Sadıqov bizə bildirdi ki, şirkətin rəhbərləri Əsabil və Vüqar Qasımov qardaşlarının tapşırığına əsasən, bizə nə mənzil, nə də kirayəhaqqı vermədilər. Məhkəmənin qərarı onlar üçün əsas deyil, hara istəyirsiniz, şikayət edin”.

Beləcə, çarəsiz nə edəcəklərini bilməyən Əli Əliyev, xanımı Tamilla Əliyeva ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər. Səslərini dövlət başçısına çatdırmaq üçün mediaya üz tutublar.

“Cənab Prezident!

Xahiş edirik, haqqımızı qoruyun. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, şirkət rəhbərliyi Azərbaycanda qanunları saymır, qərarı icra etmir! “MALİBO” MMC-nin vəzifəli şəxsləri barəsində tədbir görülməsində və bizim ailənin mənzillə təmin olunmasında və kirayə haqqı ödənilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”

P.S. Şikayətlə bağlı qarşı tərəflə dəfələrlə əlaqə yaratmaq istəsək də, zənglərimiziz cavabsız qaldı. Bununla belə, səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
32gun.az
 
Ardını oxu...
Tanınmış jurnalist Günay Novruzqızıya vəzifə verilib.

Publika.az xəbər verir ki, G.Novruzqızı Aqrar Sığorta Fondunun mətbuat katibi təyin edilib.

Qeyd edək ki, o, uzun illər "Lider" TV-nin "Səda" informasiya proqramının aparıcısı olub.
 

Xalq artisti Flora Kərimova rəsmi instaqram hesabında 1 ildir Ukraynada həbsdə saxlanılan II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, o, insanları M. Qasımlıya dəstək olmağa çağırıb.

“Bu igidimiz – Qasımlı Misiri “İkinci Vətən” – Qarabağ müharibəsində içimizdən gələn sözləri dilinə gətirdiyinə görə hamımız sevərək izləyir, bölüşürdük. Bu gənc bir vətənsevər kimi xarici məmləkətdə isti yuvasını tərk edib, könüllü olaraq vətəninin dar günündə vicdanının səsi ilə sənin, mənim, Qarabağımızın intiqamını almağa gəlib, alıb da!

Bildiyim qədər ilə məhz bu sözlərinə görə ermənilər tərəfindən şərlənib. Azərbaycan oğlunun qürbətdə, dəmir barmaqlıqlar arxasında bir “dığa”ya görə mühakimə olunması azərbaycanlı olaraq məni çox məyus edir.

Hamımızın bacardığı nəsə var. Mənim gücüm səsimi, biganəsizliyimi sizlərə çatdırmağa çatır. Sizin də bacardığınız bir şeylər var. Heç nə əlinizdən gəlməsə belə, şəklini paylaşaraq dəstək ola bilərsiz. Necə ki, bu videonu hamımız paylaşırdıq. Demirəm ki, gedin Ukraynada məhkəmə önündə aksiya keçirin. Millət olaraq haray salaq, hakim də bilər ki, övladımız “yetim” deyil! Arxasında milləti var. Bunlar bir yana, əsas odur ki, darda olan həmyerlimiz bivec olan sosial şəbəkələri açanda görsün ki, könüllü qoruduğu vətənin xalqı da, milləti də dar günündə onun yanındadır, dayağıdır.

Qəribsəmə, Misir oğlum! Bağlı qapılar daim bağlı qalmayacaq. Kilidləri açılanda bil ki, bu məmləkətdə səni alqışı ilə qarşılayan mənlər var”, – deyə, Flora Kərimova yazıb.

https://www.instagram.com/p/ChCissXK_QO/?utm_source=ig_embed&ig_rid=dcbe4d05-8d06-4db6-9629-53211d11ca7e

Ardını oxu...
İspaniya kraliçası Letisia Mayorkada ailəvi tətil zamanı “Zara”dan qısa ətəkli paltar geyindiyi üçün sosial mediada tənqid olunub.

O, bazar günü qızları şahzadə Leonora və şahzadə Sofiya, həmçinin qayınanası kraliça Sofiya ilə birlikdə Palma de Mayorkadakı “Paseo de Saqrera” bazarında görüntülənib.

Bundan sonra İspaniya kral ailəsi “Beatbik” restoranında şam yeməyinə gedib.
Ardını oxu...

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Ana beş övladı ilə beş gündür parkda gecələyir.

Parkda gecələyən ailəni İctimai TV-nin əməkdaşları ziyarət edib.

Məlum olub ki, ailə Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib.

Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, ananın 32, ən böyük övladın 12, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların üçü həm fiziki, həm də əqli qüsurludur.

“Qadın iddia edir ki, övladlarının birinin böyrəyindəki stendi çıxartdırmaq üçün Bakıya gəliblər. Gah da deyir ki yoldaşının cibindən pulu oğurlandığı üçün küçədə qalıblar” – deyə, komitə sədri bildirib.

 
Ardını oxu...
Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib.
 
Ardını oxu...
Şənbə günü Kosovo sərhədində casusluqda şübhəli bilinərək həbs edilən rusiyalı jurnalist Daria Aslamovanın sərbəst buraxıldığı deyilir.

Publika.az xəbər verir ki, bu barədə onun çalışdığı “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.

Bildirilib ki, jurnalist Daria Aslamova redaktorlarla əlaqə saxlayıb və Serbiya-Kosovo sərhəddindəki Raska şəhərində olduğunu deyib. Qeyd olunur ki, avqustun 7-nə keçən gecə Kosovo hakimiyyəti onu azad edib və o, müstəqil şəkildə avtobusla təyinat yerinə çatıb.

“Səhər saat dörddə sərhədə çatdım. Serb sərhədçiləri də məni dindirdilər. Deportasiya nişanının niyə olmadığını öyrəndilər”, - deyə Aslamova bildirib.

O, həmçinin əlavə edib ki, Kosovoda saxlandıqdan sonra ona amerikalılarla dəyişdirilə və ya Ukraynaya ekstradisiya oluna biləcəyi bildirilib.

Avqustun 7- də bildirilmişdi ki, “Komsomolskaya Pravda” qəzetinin jurnalisti Daria Aslamova Kosovoda saxlanılandan bəri əlaqə saxlamayıb. KİV-in məlumatına görə, Aslamova Serbiya ilə Kosovo arasında artan gərginliklə bağlı xüsusi reportaj hazırlayırmış.
 

Dünyapress TV

Xəbər lenti