Ardını oxu...
Moskvaya səfərə gələn Şri-Lankanın xarici işlər naziri Taraka Balasuriyanın başçılıq etdiyi nümayəndə heyəti Ukraynadakı müharibədə həlak olan və yaralanan şri-lankalıların ailələrinə təzminat tələb edib.
Bu barədə Şri-Lankanın Rusiya Federasiyasındakı səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlikdən verilən məlumata görə, nümayəndə heyəti iyunun 26-27-də Rusiyada olub və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko, eləcə də müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə görüşlər keçirib.
Danışıqlarda əsas diqqət müharibədə həlak olan 17 Şri-Lanka vətəndaşı, həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi, itkin düşmüş şəxslərin axtarışı, eləcə də müharibəyə cəlb edilən Şri-Lanka vətəndaşlarının müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və mükafatların ödənilməsi məsələləri olub.
Rusiya Xarici İşlər Nazirliyi Şri-Lankadan olan nümayəndə heyəti ilə görüş barədə məlumat verib, lakin danışıqlar zamanı qaldırılan mövzulara dəqiqlik gətirməyib.
 
Ardını oxu...
“Hər bir ölkənin özünümüdafiə hüququ var. Biz görürük ki, Azərbaycan da bu istiqamətdə işləyir”.

APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Amerikalı diplomat Fransanın Ermənistanı silahlandırması ilə bağlı Rəsmi Bakının narahatlığına da münasibət bildirib: “Biz Ermənistanın Fransadan silahları alması ilə bağlı xəbərləri eşitdik. Bu həm də onun göstəricisidir ki, tərəflər arasında bir-birinə etimad azdır və bu da anlaşılandır, çünki ortada 30 illik bir münaqişə var”.

Dövlət katibinin köməkçisi deyib ki, tərəflər sülh istiqamətində və etimad quruculuğu istiqamətində işləyir. O, Ermənistanın Azərbaycanın COP-29-a ev sahibliyini dəstəkləməsini, erməni saxlanılanların buraxılmasını, demarkasiya prosesini xatırladıb və bu addımları müsbət qiymətləndirib.
 
Ardını oxu...
Ukraynanın üzv olacağı təqdirdə Avropa Birliyi hərbi əməliyyatların iştirakçısına çevrilməli olacaq.

Axar.az xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.

“Bu o deməkdir ki, müharibə edən ölkə Lissabon müqaviləsinə uyğun olaraq hərbi əməliyyatlara qoşulmalı olan AB-nin bir hissəsi olacaq”, - Filippo bildirib.

Onun sözlərinə görə, Ukraynanın AB-yə üzv olması bazarda haqsız rəqabət səbəbindən fransız fermerlərin məhv edilməsinə və qeyri-qanuni miqrasiya üçün daha bir qapının yaranmasına gətirib çıxaracaq.

“Qoy Ukrayna daxil olsun, biz isə AB-dən çıxaq. Özü də tezliklə”, - Filippo fransızlara çağırış edib.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə,

“general-mayor” hərbi rütbəsi polkovnik Həsən Əli oğlu Əlövsədova və polkovnik Vilayət Bərxuda oğlu Quluyevə.

Qeyd edək ki, general N.İslamzadə bu yaxınlarda Hərbi Hava Qüvvələrinin Komandanı təyin edilib.
 
Ardını oxu...
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur.

Oxu.Az xatırladır ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu.

Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı Qüvvələrimiz müasir silah növləri ilə təchiz edilib.

Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

2020-ci il Azərbaycan xalqı, Ordusu üçün xüsusi il oldu. Həmin ilin iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribata cəhd etdilər. Bu zaman Azərbaycan Silahlı Qüvvələri təxribat cəhdinin qarşısını qətiyyətlə aldı. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz 2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Vətən müharibəsi ilə qəhrəman əsgərlərimiz düşmən ordusunu tamamilə məhv etdilər. Bu qələbə ilə şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - "KamAZ" markalı avtomobilin qoşqusunda "D-30", "Ural" markalı avtomobilin qoşqusunda "D-20" topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA", "OSA-1T", "KUB" zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72" tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot", "UAZ Hunter" minik, "ZİL-131", "Ural", "KamAZ" markalı yük avtomobilləri, 122 millimetrlik "Qvozdika" özüyeriyən artilleriya qurğusu, BM-21 "Qrad" qurğuları, PDM-1 və PDM-2 texnikaları, "T-72" tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.

2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir.

2023-cü il sentyabrın 19-da Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.

Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, "boz zona"ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndidə, Xocalıda - bütün Qarabağda və Şərgi Zəngəzurda dalğalanır.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev paradda çıxış edərək dedi: "Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir".

Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.
 
Ardını oxu...
Ölümündən sonra Milli Qəhrəman adı verildi
Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (ölümündən sonra).
 
Ardını oxu...
"Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyanın aktivlərindən əldə edilən gəlirləri Avropa Sülh Fonduna köçürmək qərarına gəliblər".

Bunu Aİ-nin xarici siyasət üzrə ali komissarı Josep Borrel bildirib.

Onun sözlərinə görə, Aİ Ukraynaya Rusiyanın aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirdən, ilin sonuna qədər 1 milyard avro ayıracaq. Bu, sursat, hava hücumundan müdafiə raketləri və silah istehsalına dəstək üçün istifadə ediləcək.

Mənbə: TASS
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiya yalnız öz hərbi texnikasına arxalana bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kommersant" yazır.

"Onlar (Ukrayna hakimiyyəti - red.) yeni texnikaları sifarişlər verirlər, bu çox vacibdir. Bu təməldir. Bu baxımdan biz ancaq özümüzə arxalana bilərik. Heç kim bizə əl uzadıb heç nə verməz. Hamısını özümüz etməliyik. Biz bunu edə bilərik", - deyə Vladimir Putin bildirib.

2024-cü ilin fevralında Rusiya Federasiyasının Prezidenti 2024-cü il üçün dövlət müdafiə satınalmaları proqramının və onun həcminin əhəmiyyətli dərəcədə artırıldığını və tam maliyyələşdirildiyini elan edib.
 
 
 
Ardını oxu...
Moskva Sevastopolun Kiyev rejimi tərəfindən atəşə tutulmasına beynəlxalq ictimaiyyətdən reaksiya istəyəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24" telekanalının efirində bildirib.

"Biz reaksiya axtaracağıq ki, Kiyev rejiminin son cinayətləri barədə beynəlxalq ictimaiyyətə məlumat verilsin", - deyə diplomat bildirib.
 
Ardını oxu...
Amerika rəsmilərinin dediyinə görə, Birləşmiş Ştatlar Ukraynaya Amerikanın verdiyi silahlardan təkcə Xarkov bölgəsində deyil, xaricdən hücum edən istənilən Rusiya qüvvələrinə zərbə endirmək üçün istifadə edə biləcəyini bildirib.

Rəsmilərin siyasətdə dəyişikliyə səbəb olmadığını iddia etdiyi cüzi nəzərə çarpan irəliləyiş ABŞ-ın sakitliklə Kiyevə Xarkov şəhərinə transsərhəd hücuma cavab olaraq Rusiya ərazisinə zərbə vurmaq üçün yaşıl işıq yandırandan bir neçə həftə sonra baş verdi. O zaman ABŞ rəsmiləri bu siyasətin digər məhdudiyyətlərlə yanaşı, yalnız Xarkov vilayətinə şamil edildiyini vurğulamışdı.

O vaxtdan bəri Ukrayna qüvvələri ən azı bir dəfə Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə edib, Belqorod şəhərindəki hədəfləri məhv edib və Rusiyanın hücumunu dayandırmağa nail olub. Lakin Ukrayna və digər Avropa rəsmiləri israr edirlər ki, Birləşmiş Ştatlar məhdudiyyətləri daha da yumşaltsın və Ukraynaya Rusiya ərazisinin istənilən hissəsinə zərbə endirməyə icazə versin.

Milli təhlükəsizlik müşaviri Cek Sallivan çərşənbə axşamı PBS-ə bildirib ki, Ukrayna ilə Rusiyaya ABŞ silahlarının tədarükü ilə bağlı razılaşma “rus qoşunlarının əlavə Ukrayna ərazisini ələ keçirməyə cəhd etmək üçün Rusiya tərəfdən sərhədi keçərək Ukrayna tərəfinə keçdiyi istənilən yerə” şamil edilir.

Son günlər Rusiya tezliklə şimal-şərqdə, Rusiya sərhədinə də yaxın olan Sumi şəhərinə qarşı hücuma keçə biləcəyinə işarə etdi. Bu, baş verərsə, siyasət orada tətbiq olunacaq, Sallivan deyib.

“Məsələ coğrafiyada deyil. Bu, sağlam düşüncə məsələsidir. Əgər Rusiya Ukraynaya öz ərazisindən hücum edərsə və ya hücum etməyi planlaşdırırsa, Ukraynaya xaricdən ona hücum edən qüvvələrə cavab tədbirləri görməsinə icazə vermək məntiqlidir”, – deyə Sallivan bildirib.

Müzakirələr haqqında səmimi danışa bilmələri üçün anonimlik verilən iki ABŞ rəsmisi Ukraynanın sərhədin hər yerindən cavab atəşinə tutulmasına cavab olaraq Rusiyaya zərbələr endirməsinə icazə verilməsinin Xarkov qərarından sonra siyasətdə dəyişiklik olmadığını söyləyib. Rəsmilərdən biri bildirib ki, bu addım əvvəlcə yalnız Xarkova davam edən hücum kontekstində nəzərdən keçirilib, lakin bu, digər transsərhəd hücumlara qarşı cavab tədbirlərinin mümkünlüyünü istisna etmir.

Bununla belə, Sallivanın dedikləri ABŞ rəsmilərinin may ayında yeni siyasətin təfərrüatları ilə izah edildiyi zaman söylədiklərindən kəskin şəkildə fərqlənir. Həmin vaxt yüksək rütbəli ABŞ rəsmisi demişdi: “Prezident bu yaxınlarda öz komandasına Ukraynanın Xarkovda cavab atəşi açmaq üçün Amerika silahlarından istifadə etməsini təmin etdi ki, Ukrayna onları vuran və ya vurmağa hazırlaşan Rusiya qüvvələrinə cavab verə bilsin”.

Rusiya daxilində uzaqmənzilli zərbələrin qarşısının alınması siyasəti “dəyişməyib”, – rəsmi vurğulayıb.(Turan)
 

Dünyapress TV

Xəbər lenti