Sıradakı “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevdir?
İki gün öncə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən mediada yayılan xəbərdən bəlli oldu ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. İstintaq zamanı “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Səməndərov Emil Tofiq oğlu Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Biz bir media qurumu olaraq illərdir ki, Emil Səməndərovun əməlləri barədə yazırdıq və hüquq-mühafizə orqanlarından tələb edirdik ki, vətəndaşların problemlərini həll edin. Biz hətta çox çətinliklə Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı rəsmi sənədləri, alıcı və kooperativ münasibətləri, öhdəlikləri haqqında bildidklərimizi dərc edərək payçı olan vətəndaşlara öz hüquqlarını anlatmağa çalışırdıq. Sözün düzü, həmin sənədlər çox böyük həcmdə olduğu üçün yenidən dərc etməyə ehtiyac görmürük.
Sözün qısası, biz bir media orqanı olaraq Emil Səməndərovun barəsində dəfələrlə cinayət işi açılmasından ( Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt məhkəmələrində ) amma hər dəfə “sudan quru” çıxmasından bəhs etmişdik. Biz yazırdıq ki, MTK rəhbəri Emil Səməndərov 1200 vətəndaşa milyonlarla pul atıb, onlara mənzil verəcəyi ilə aldadıb, bir mənzili 4-5 adama satıb və daha nələr...
Təsəvvür edirsinz narazı vətəndaşlar Elmil Səməndərovdan öz haqlarını, evlərini, pullarını tələb edəndə, o insanlara oğru aləmi vasitəsilə hədə-qorxu gəlirdi. İndi görürsünüzmü, bu adam sivil dövləti saymır, sanki öz qanunları ilə hərəkət edirdi. Hələ bu harasıdır..?
Bu adam, narazı insanlara deyirdi ki, hara istəyirsiniz şikayət edin, 500 min manat verib məsələni həll etmişəm. Vallahi, bu dövlətə BUYNUZ göstərmək idi. Vətəndaşlar hətta Baş prokurorluğun binası qarşısında aksiya keçirirdi, amma nəticə yox idi. Yenə şükür ki, hüquq-mühafizə orqanları özündə güc taparaq Emil Səmənədərovu həbs edə bildilər. Amma bununla problem bitmir. Emil Səməndırov kimi MTK sahibləri Azərbaycanda bir deyil, iki deyil, beş deyil... Onlardan biri də “Dərəçiçək” MTK-dır.
Vətəndaş bizə müraciət edərək Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-a payçılarının başına açdığı oyunlardan şikayət edir. Şikayətçinin dediyindən bəlli olur ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. Mənzil üçün MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.
Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəlli olur ki, MTK rəhbərliyi mənzilləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.
Sözün düzü, araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur.
Sözün qısası, biz vətəndaşların başına oyun açan iki cinayətkar MTK rəhbərindən bəhs etdik. Birini həbs elədilər.
Ümid edirik ki, hüquq-mühafizə orqanları yaxın zamanda “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevi də həbs edəcək.
 //gundelik-baku.com//

Bölmənin digər xəbərləri

02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti