Ağstafada özbaşınalıq edən KİMDİR? - GİLEY
“Ötən il siz problemi işıqlandırandan sonra torpağımızdan əl çəkdi. İndi yenə torpağımıza girib, bu, azmış kimi, üstəlik, çoxillik çinar ağaclarını da kəsib, atıb”.

Bunu Meydan TV-yə Ağstafanın Xətai kənd sakini Hüseyn Hüseynov deyir.

Hüseyn Hüseynov 2021-ci ilin martında da sayta müraciət etmişdi. Bildirmişdi ki, Ağstafa şəhərinin keçmiş icra nümayəndəsi (hazırda təqaüddə) Nəriman Hacıyev ona və ailəsinə məxsus pay torpağının bir hissəsini əlindən almağa çalışır. Hətta buna görə onun torpağına gedən yolu da kəsərək orada taxıl əkib. Bu səbəbdən Hüseyn Hüseynov nə torpağına gedə, nə də suvara, əkib-becərə, məhsul götürə bilirdi. Hüseyn Hüseynovun deməsinə görə, Meydan TV materialı yayımladıqdan sonra keçmiş icra nümayəndəsi torpaqdan bir müddət əl çəkib. Ancaq kəndli yenə şikayətçidir. İddia edir ki, Nəriman Hacıyev yenə ona məxsus torpağın bir hissəsinə göz dikib.

“Gözü doymur, başqalarının torpağına əl atır”

Hüseyn Hüseynov deyir, 1998-ci ildə dövlət tərəfindən ailəsinə kənddə – Poylu yolu deyilən ərazidə 42 sot pay torpağı verilib. Həmin sahədə yonca əkib məhsul götürür, bununla da dolanışığını qururmuş. 2016-cı ildə həmin vaxt Ağstafa şəhər icra nümayəndəsi olmuş Nəriman Hacıyev və oğlu Vidadi Hacıyev pay torpağının qonşuluğundakı torpaq sahəsini icarəyə götürüb, taxıl əkib. Ancaq öz torpaqlarıyla kifayətlənməyərək, qonşu torpaqlara da əl atırlar. İndi də onun pay torpağındakı çinar ağaclarını kəsiblər:

“Gözü doymur, başqalarının torpaqlarına əl uzadır.

3 gün əvvəl xəbər tutdum ki, mənim pay torpağımdakı 16 çinar ağacını kəsib. Sahəyə gedəndə gördüm ki, artıq ağaclar yerində yoxdur. Kəsdiyini hara aparıb, bilmirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsindən gəlib şəkillər çəkib, getdilər. Adamın məqsədi də pay torpağımın həmin hissəsini öz torpağına birləşdirməkdir. Ağaclar mane olurdu, kəsib atdı”.

Hüseyn Hüseynov Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsinə, icra hakimiyyətinə müraciət etdiyini deyir:

“Ekologiya şöbəsindən dedilər ki, daha polisə müraciət etmisənsə, bizlik bir iş yoxdur, onsuz da biz də polisə müraciət edəcəkdik, özün etmisən”.

Meydan TV Nəriman Hacıyevlə əlaqə saxlaya bilməyib. Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, tərəflər mübahisəni məhkəmədə çözməlidir, qurumun məsələyə aidiyyəti yoxdur. Ağacların kəsilməsinə gəlincə, bununla bağlı vətəndaş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir.

2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq. //Meydan TV//
 

Bölmənin digər xəbərləri

01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti