Naxçıvan MR-də “mədəni biabırçılıq”:
Bir il əvvəl Naxçıvan MR Mədəniyyət Nazirliyində ciddi yoxlamalar olub. Yoxlamaları Ali Məclis və MR Maliyyə Nazirliyi aparırıb.
Ovqat.com-a bu barədə məlumatı kod adı “Mədəni Qara Pişik” olan mənbəmiz verib.
Mədəni “Qara Pişiy”in iddiasına görə, ötən ilki yerli yoxlamalarda da xeyli saxtakarlıqlar aşkarlanıb. “Məsələn, musiqi məktəb müəllimlərinə əlavə dərs saatlarının yazılması kimi. Hansı ki, o dərs saatlarından ixtisas müəllimlərinin belə, xəbəri olmayıb. Bu yalançı dərslərə ritmika, üzündən oxu, konsertmeysterlik, müşayiət və s. kimi fənnlər daxildir. Hərəsinə 24 saat yazılaraq, külli miqdarda vəsait mənimsənilmişdi”, - mənbəmiz bildirir.
Araşdırmalar zamanı Mədəniyyət Nazirliyində xeyli bankomat kartının da aşkarlandığını bildirən həmsöhbətimiz bundan başqa, müəllimlərin dərsinə əlavə saatların yazılmasından tutmuş dərsə gəlməyən şagirlərə qədər bir çox saxtakarlıqların müəyyənləşdirildiyini bildirir: “Amma bu yoxlamaların nəticəsində yenə olan müəllimlərə oldu. Yoxlamalardan sonra müəyyənləşdirilən artıq dərslər silindi, büdcədən mədəniyyətə ayrılan vəsait xeyli azaldıldı. Yoxlamalarda aşkarlanan saxtakarlıqların fakturası bir neçə nəfərə kəsildi. Ötən ilki yoxlamar nəticəsində Musiqi kollecinin müdiri Günay Əliyeva, Mədəniyyət şöbəsinin müdiri Təranə Qasmova, Nazirliyin Aparat rəhbəri Leyla Əlimərdanova, Flarmoniyanin müdiri Səməd Əsgərov vəzifəsindən uzaqlaşdırıldı. Hər kəs gözləyirdi ki, bu cəza tədbirlərindən sonra Natəvan Qədimova lazımi dərslər çıxaracaq. Fəqət Nazirliyin rəhbərliyi yenə əvvəlki qazanclarını götürmək üçün başqa bir çarələr tapdı. Bu səfər müəllimlərin dərs saatı azaldıldı, yenə hər bir müəllimin üzərinə əlavə dərs saatları yazıldı və mənimsənildi”.
Bildirilir ki, Naxçıvan rəhbərliyi sözügedən yoxlamaları təkcə “kadr islahatları” ilə sonuclandırmayıb. Bəzi “struktur islahatları” da aparılıb. Təbii ki, Naxçıvanvari şəkildə. Məsələn, Musiqi kolleci Mədəniyyət Nazirliyindən alınıb Naxçıvan Dövlət Universitetinə verildi. Məqsəd guya, Musiqi kollecində təhsilin keyfiyyətini yüksəldib Konservatoriya səviyyəsinə qaldırmaq idi. Amma Vasif Talıbov həzrətləri deyəsən fərqində deyil ki, nəyisə hardansa kəsib başqa yerə yapışdırmaqla keyfiyyət dərəcəsini yüksəltmək mümkün deyil. Bu, sadəcə Həsənin adına Həsqo deməyə bənzəyir.
Yeri gəlmişkən, Musiqi kollecində aparılan yoxlamalar zamanı o da müəyyənləşdirilib ki, bu təhsil ocağında dərs deyən müəllimlərin heç birinin ali savadı yoxdur. Onlar sadəcə həmin kollecdə 7 il orta-ixtisas təhsil aldıqdan sonra elə eyni məktəbə müəllim vəzifəsinə işə götürülüblər. Belə deyək, şagird orta məktəbi bitirən kimi müəllimlik etmək hüququ qazanıb. Görünür, cənab “xan” həzrətləri kolecdəki bu biabırçılığı ört-basdır etmək üçün onu NDU-nun bir fakültəsinə çevirib ki, şagirdlər orta-ixtisas sertifikatı yox, ali məktəb diplomu alsın və bu biabırçılıq gözəgörünməz olsun.
Mənbəmizin iddiasına görə, ötən il ortaya çıxan bu saxtakarlığa baxmayaraq, Natəvan Qədimova hələ də öz vəzifəsinə davam edir: “Deyilənlərə görə, ondan “haqq”ını alıb vəzifəsində saxlayıblar. “Haqq”ın kimə çatdığını özünüz düşünün. Gəzən söz-söhbətlərə inansaq, Natəvan xanım ötənilki yoxlamalarda “Boz kardinal”a borclu qaldığından öz vəzifəsini qoruyur. Borcunu qaytardıqdan sonra onu təmtəraqla yola salacaqlar. Əgər bu informasiyalar doğrudursa, belə çıxır ki, hazırda mədəniyyət sahəsindən yığılan pullar Natəvan xanıma yox, “Boz kardinal” Azər Zeynalova gedir. Azər Zeynalov da təbii ki, o pulları tək xərcləmir. Böyük ehtimalla “qazanc”ının böyük hissəsini özündən yuxarıya ötürür”, - mənbəmiz qeyd edir.
Həmsöhbətimiz Natəvan xanımın hələ də nazir postunda oturmasını əsas gətirib soruşur: “Bəllidir ki, bu gün cənab sədr bir çox naziri ən müxtəlif bəhanələrlə işdən qovur. Bəs nəyə görə, Natəvan Qədimova adlı bu şəxsə bu qədər rüşvətin, saxtakarlığın aşkarlanmasına baxmayaraq, “gözünün üstündə qaşın var” deyən yoxdur. Natəvan xanımın arxasında kim var?”.
Ümidvarıq ki, mədəni “Qara Pişik”in bu haqlı suallarına Naxçıvan rəhbərliyi aydınlıq gətirəcək.
 
 
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti