inshot_20221103_134538897-1536x770.jpgRedaksiyamıza bir qrup Ağdaş rayon sakini tərəfindən şikayət məktubu daxil olub. Məktub əsasında kiçik bir araşdırma apardıq. Əvvəlcə məktubu olduğu kimi təqdim edirik. 

Hörmətli redaksiya. Biz Ağdaş sakinləri ölkə başçımızın idmana göstərdiyi qayğını görməklə “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq regionlarda stadionların, yaşıl örtüklərin salınmasının şahidiyik. Abad yollardan, sosial-iqtisadi infrastrukturlardan, yaşıllıq sahələrindən istifadə edir və ölkə vətəndaşı olaraq dövlətimizlə qürur duyuruq.

Şəhərimizin mərkəzində yerləşən stadionun təmiz saxlanmasına, stadion qarşısında yaşıl örtüyün qorunmasına daim çalışmışıq. Şəhər stadionunda müxtəlif idman tədbirləri ilə yanaşı şənlik və vətənpərvərlik ruhunda tədbirlər keçirilir. Eyni zamanda, rayona təcili gələn vertolyotlar da şəhər stadionunda qəbul edilir.

Stadionun əsas giriş qapısının hər iki tərəfində bir neçə il əvvəl park salınmışdır. Həmin ərazi təqribən 1 hektar olmaqla 9-10 illik ağaclarla insana zövq verir. Yaşıllıq parkın əsas hissəsini təşkil edərək təqribən 400 şam ağacından ibarətdir. Şam ağacları rayonda aparılan abadlıq işləri cərçivəsində təqribən 9-10 il əvvəl yaxınlıqda yaşayan xeyirxah insan Əliyev Məhəmməd Knyaz oğlu tərəfindən öz vəsaiti hesabına alıanaraq əkilmişdir.
WhatsApp-Image-2022-11-03-at-11.13.54.jpeg
Bu şam ağacları şəhərimizin oksigen təminatında əvəzolunmazdır. Məhəmməd Əliyev öz vəsaiti hesabına əkdirdiyi ağacların bu günə qədər suvarılmasına və yad təsirlərdən qorunmasına böyük əmək sərf edir. Bu gün də onun tərəfindən sahəyə aqrotexniki xidmət göstərilir. Bu parkın salınmasında və qorunmasında məqsəd idman azarkeşlərinin və sakinlərin istirahətini təmin etməkdir.

WhatsApp-Image-2022-11-03-at-14.27.40.jpeg

Bu yaxınlarda Ağdaş şəhər, Vaqif küçəsi 98 ünvanında qeydiyyatda olan Məmmədova Lalə Mayor qızı park ərazisinin 8 sotunun ona verilməsini (halbuki, şəhərdə hər bir vətəndaşa 5 sotdan artıq torpaq verilmir) təsdiq edən, Daşınmaz Əmlakın Reyestr Xidmətinin 17 saylı Yevlax şöbəsi tərəfindən 27.07.2022-ci il tarixində verilmiş çıxarışın onda olmasını bildirmişdir. Reyestr Xidməti kimlərinsə xahişi ilə güya 15 il əvvəl bələdiyyədən saxta yolla alınmış qərara əsaslanmışdır.

Əgər 15 il əvvəl həmin torpaq sahəsi bələdiyyə tərəfindən həmin şəxsə verilmişdirsə, onda şəhər sakinlərinin xahişi ilə yaxınlıqda yaşayan şəxslər tərəfindən park inşa ediləndə, yaşıllıq salınanda müvafiq orqanlar və həmin ərazini alan şəxs niyə buranın şəxsi yaşayış ərazisi olmasını bildirməmişdilər? Bir neçə il əvvəl həmin ərazidən bir neçə sot torpaq sahəsi bu şəxsin istifadəsinə yaşayış yeri kimi verilmiş və onun tərəfindən baha qiymətə digər şəxsə satılmışdır. Yəni, bu insanlar torpaq alveri ilə məşqul olurlar.
Biz bilmək istərdik ki, 9-10 illik ağacları olan bir parkı, oksigen mənbəyini necə kiməsə satıblar. Yəqin ki, yaxın vaxtlarda həmin şəxs parkın kənarını hasarlayaraq, ağacları məhv etməklə tikinti işlərinə başlayacaqdır.
WhatsApp-Image-2022-11-03-at-11.04.39-1.jpeg

WhatsApp-Image-2022-11-03-at-11.04.40.jpeg

WhatsApp-Image-2022-11-03-at-11.05.31.jpeg
Strateji obyektin girişini satanda baxmayıblar ki, bu haradır?

Məktubda qeyd edilir ki, Reyestr xidməti mülkiyyətə verilən torpağın sənədlərini hazırlayanda həmin yerin park olmasına diqqət yetirməli idi. Hesab edirik ki, bu işdə bir qanunsuzluq var. Yəni, stadionların qarşısı, yaşıllıq zonaları, şəhər parkları ümumi istifadədə olan torpaq kimi şəhər sakinlərinin istirahəti, mənəvi zövq və nəhayət sağlamlığı üçün nəzərdə tutulmuşdur. Halbuki, kiminsə səhlənkarlığı ucbatından fərdi istifadəyə verilir.

WhatsApp-Image-2022-11-03-at-11.04.38.jpeg

Onu da bildiririk ki, həmin 8 sot stadionun əlavə (alternativ qapı) giriş-çıxış qapısının qarşısını kəsir. Respublika və rayon əhəmiyyətli tədbirlər, bayram konsertləri, idman yarışları zamanı evakuasiya məqsədilə alternativ qapıdan istifadə edilir. Eyni zamanda həmin qapıdan dövlət tədbirləri zamanı səhnə qurmaq üçün istifadə edilir.

Əgər həmin ərazidə yaşayış evi tikilərsə yüzlərlə ağacın məhv olması ilə bərabər stadionun evlərin arxasında qalan yararsız obyektə çevrilməsinin şahidi olacağıq. Təqribən 1 hektarlıq parkın dağıdılmasının qarşısını ala bilsək, ümumilli liderimiz Heydər Əliyevin yaşıllığın qorunması ilə bağlı nəsihətinə sadiq qalmış olarıq.

 

 

Hesab edirik ki, park ərazisindən kiməsə torpaq ayrılıbsa, həmin torpağı başqa yerdən, ağac əkilməyən bir ərazi ilə əvəz etmək olar. Rayon sakinləri olaraq aidiyyatı dövlət orqanlarından xahiş edirik, torpaq alveri edən bu şəxslərə qanunsuz verilən torpaq sənədini ləğv edərək, torpaq sahəsini ayrı bir yer ilə, yaşıllıq olmayan ərazi ilə əvəz edəsiniz. Bu işin qarşısı alınarsa, həm strateji bir obyekt olan şəhər mərkəzi stadionunu, həm də ərazi sakinlərinin istirahəti və sağlamlığı üçün inşa edilən bir parkı qorumuş olarıq.
Qeyd olunan məsələ ilə bağlı video və foto materiallar təqdim edilir.

Ağdaş bələdiyyəsi: Satılan yaşıllıq sahəsinin sənədləri qanunidir

Şikayət məktubu ilə bağlı Ağdaş rayon bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin sədr müavini Vüqar Həmidov bizə bildirdi ki, 2007-ci il tarixində stadionun bir tərəfindən iki qardaşa 8 sot torpaq sahəsi ayrılıb və reyestr idarəsi çıxarış verib.
WhatsApp-Image-2022-11-03-at-02.03.56.jpeg

Bələdiyyə rəsmisi alqı-satqının qanuni həyata keçirildiyini iddia etdi: “Bəhs etdiyiniz ərazini alan vətəndaşın əlində, hər bir sənədi var, oranın satılması qanunidir və çıxarışı da var”.

WhatsApp-Image-2022-11-03-at-11.04.41-1.jpeg

Lakin bələdiyyə nümayəndəsi bu prosesin hansı qanunların pozulması ilə qanuniləşdirildiyini deyə bilmədi. Araşdırmamız başa çatanda, bu sənədlərin hansı qanunlara söykəndiyini və nəyin müqabilində ortaya çıxdığını oxucularımız biləcək.
Vaxtilə Ağdaş stadionu rayon əhalisinin əsas istirahət və idman mərkəzlərindən biri kimi tanınmışdı. Rayonun futbol komandası oyunlarını burada keçirirdi. Lakin bütün respublikada yeni stadionlar tikildiyi, köhnələrin yenidən qurulduğu halda, çox təəəssüf ki, Ağdaş stadonuna qarşı belə ögey münasibət göstərilir. Öz hesabına bu stadionu qorumağa çalışan xeyirxah rayon sakininə kömək göstərməkdənsə, stadion üçün belə problemlər yaradılır. Bu, ölkəmizdə aparılan gənclər və idman siyasətinə zidd bir addımdır. Ümidvarıq ki, rayon bələdiyyəsində və rayon icra hakimiyyətində də bunu başa düşənlər olacaq.

Partiya sədri: “Əhalidə dövlətə qarşı narazılıq yaradanlar cəzalanmalıdır”

Məsələ ilə bağlı tanınmış ictimai xadim, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən də münasibət öyrəndik. O qeyd etdi ki, belə hallar qəti şəkildə yolverilməzdir: “Bu acgöz məmurlar pul qazanmaq üçün mümkün olan bütün variantların hamısına əl atırlar. Ona görə də, o yeri də, satıblar. Bu hal yerli məmurların, mərkəzdə olan məmurların qudurğanlığının göstəricisidir.

990185_rleeo2jumz.jpg
Rayon camaatı həmrəy olub, satılan ərazinin geri qaytarılması üçün əlindən gələni etməlidir. Mədəniyyət Nazirliyində, “mədəniyyət”dən danışdığımız nazirlikdə baş verən hadisələri gördük. Dövlət vəzifəsindən öz şəxsi məqsədləri üçün istifadə edən məmurlar ağır cəzalandıralacaq. Gənclər və İdman Nazirliyi və digər orqanlarda da yoxlamalar aparılsa, nələrin üzə çıxacağını görəcəksiz”.
H.Hacıyev bu əməli törədənlərin əhalidə narazılıq yaratdığını, belə halların dövləti gözdən salmağa xidmət etdiyini dedi: “Qeyd etdiyiniz ərazinin şəxsi istifadə üçüb satılması qanunsuzdur. Ora rayonun əhalisinə məxsus ümumi istifadədə olan bir yerdir. Onu necə satmaq olar, ona necə sənəd vermək olar?

Əgər bir ölkədə dövlətə qarşı çevriliş etmək istəyirsənsə, xalqı narazı salmalısan. İndi biz görürük ki, bu kimi məmurlar, xüsusi qüvvələr xalqı dövlətdən narazı salmaq üçün əllərindən gələni edirlər. Bu baxımdan da, biz- ictimai mövqedə dayanan insanlar- imkan vermərik ki, hansısa məmur öz mənafeyi naminə xalqı narazı salıb dövlətə qarşı qaldırsın”.

Partiya sədri rayon rəhbərliyini problemin həllinə çağırdı: “Ağdaşın icra hakimiyyətinin başçısı zəhmət çəksin, bu ərazinin necə satılmasını və niyə satılmasının hesabatını ağdaşlılara versin. Biz bu məsələni diqqətdə saxlayacağıq. Heç kim bir şəhərin mərkəzində yaşıllıq sahəsini pulunun gücünə qanunsuz şəkildə alıb orada ev və ya obyekt tikə bilməz. Belə hallar sosial narazılığı artırır. Biz bu kimi hallara imkan verməyəcəyik”.

Video Oynadıcı
 
 
00:00
 
02:01
 
 

Ekspert: Bu şərtlər yoxdursa, yaşıllığın satılması və kəsilməsi cinayətdir

 

WhatsApp-Image-2022-11-03-at-15.07.33.jpegMüstəqil ekoloq ekspert Rəfael Seyidov deyir ki, Nazirlər Kabinetinin 2016-cı il 30 avqust 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” qaydalarına əsasən yaşıllıqların götürülməsinə (kəsilməsinə) yalnız aşağıdakı hallarda yol verilə bilər:

1.Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

2.Şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizanın müsbət rəyi olan lahiyələr həyata keçirildikdə;

3.Şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

4.Ağac və kol bitkiləri olan sahələrdə sanitar qırma işləri aparıldıqda;

5.Texnogen və ya təbii xarakterli ekoloji hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
6.Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis kommunikasiya təminatı sisteminə mane olduqda”.Fotoskan qanundan çıxarış
2022-11-03_12-29-24.png
Ekspert deyir ki, sözügedən stadion ərazisində salınmış yaşıllıq şahəsinin kəsilməsi və ya köçürülməsi bütün bu sadalanan qaydalara uyğun gəlmədiyindən həmin ərazidə aparılan hər hansı bir yaşıllığın götürülməsi qaydalara bir başa ziddir. Bu, konkret cinayət əməli sayıla bilər.

“Bundan əlavə yaşıllığın götürülməsi haqqında Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və tarixi göstərilməklə yaşıllığın götürülməsinin (kəsilməsinin) məqsədi, ünvanı, növü, mülkiyyətçisi, ağac və kolların sayı, cinsi, diametri, hündürlüyü və ümumi sahəsi göstərilməklə akt tərtib olunmalıdır”- ekoloq bildirir.

Yaşıllığın zəbtinə və ekoloji terrora son qoyulmalıdır

Redaksiya olaraq, yaranmış problemlə bağlı onu deyə bilərik ki, hansı səbəblə olur olsun, yaşıllıq sahəsinin ev və ya obyekt tikmək məqsədilə satılması qanunsuzdur. Üstəlik, bu yaşıllıq sahəsinin şəhər mərkəzi stadionunun düz girişində olması da bu ərazinin təyinatını dəyişməyə imkan vermir. Araşdırmalarımıza görə, bu sahənin satılması qanuni əsaslara dayanmır və artıq dünyasını dəyişmiş bələdiyyə sədrinin adı ilə köhnə tarixə imzalanmış sənədə əsasən proses həyata keçirilib.

WhatsApp-Image-2022-11-03-at-11.04.39-1-1.jpeg
Bizə göndərilən fotolardan və videomateriallardan görünür ki, ərazini qanunsuz olaraq alan şəxs orada çəkəcəyi hasarın bünövrəsini atır. Tezliklə, xeyli sayda ağacların kəsilərək orada ev və ya obyekt tikiləcəyinə şübhə yoxdur. Bu isə ilk növbədə ekoloji terror aktı, digər tərəfdən isə şəhərin mərkəzi stadionunun qapılarının qarşısının kəsilməsi deməkdir.

Demək, ərazini qanunsuz olaraq alan şəxs bu yaşıllığı ləğv edib ev tikdiyi halda ciddi qanun pozuntusuna yol vermiş olacaq. Bəs bunun məsuliyyətini kim daşıyacaq- ərazisini satan yoxsa alan?

Problemlə bağlı söhbət etdiyimiz əmlak məsələləri üzrə hüquqşünaslar da belə ərazinin qanuni şəkildə satıla bilməyəcəyini bildirib və əlavə ediblər ki, çox güman ki, ərazinin qiymətləndirilməsi zamanı verilən rəy həqiqəti əks etdirməyib, bu səbəbdən həmin rəyə əsaslanaraq imzalanan alqı-satqı müqaviləsi ləğv edilməli, həmin şəxsə başqa ərazidən torpaq sahəsi verilməli, həmin yaşıllıq sahəsi qorunmalıdır. Məsələ ilə bağlı hələ dəqiqləşdirmə mərhələsində olduğumuz bir neçə maraqlı məqam da var. Bu haqda yazımızın növbəti hissəsində məlumat verəcəyik. Araşdırmalarımız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

Bölmənin digər xəbərləri

01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti