bez-nazvaniya.jpgSalam sizə şikayətim Azərsudandır. Deməli yaşadığımız Sumqayıt şəhəri 9-cu mk/rayon, ev 10/27 daxil bütün mikrayon ərazisində illərdir biz daxil bütün mikrorayon sakinləri su üzünə həsrətdilər. 9-cu mk/rayondan başqa bütün şəhərdə fasiləsiz su gəlir. Sumqayıtda 9-cu mk/rayon Sumqayıtın ən böyük mərkəzi ərazisi olduğu halda bizdə suyu guya qrafiklə səhər saat 06:00-dan 10:00-dək təzyiqlə birdə axşam saat 18:00-dan 22:00-dək təzyiqlə verməli olduqları halda heç qrafiklə belə normal su gəlmir gün ərzində isə ümumiyyətlə su olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etdikdə gah təzyiq aşağıdır, gah qəza var düzəldəcəklər, gahda indi bildirərik suyu verərlər deyib yola verirlər. Nədənsə 9-cu mk/rayonun "Təzyiq problemi", "Qəza problemi" illərdir bitmir. Azərsu-nun 955 saylı call center-nə şikayət etdikdə isə operatorlar hər dəfə şikayəti qeydə alıb yönləndirdiklərini bildirirlər dəyişən heçnə yoxdur. Normal ölkələrdə kommunal xidmətləri bir neçə şirkət əhaliyə göstərir və bu şirkətlərin arasında güclü rəqabət olur nəticədə sakinlər ucuz qiymətə keyfiyyətli və fasiləsiz xidmət görürlər bizdə isə hər zaman kommunal xidmətləri bir şirkət göstərir ona görədə Azərsu kimi fantastik qiymətə əhaliyə su satmağı azmış kimi illərdir içməli adı altında çirkli su, paytaxt Bakı daxil bütün ölkə ərazisinini isə fasiləsiz su ilə təmin edə bilmirlər. Üstəlik indiyədək Bakı və Abşeronun əksər əraziləri daxil bütün bölgələrə su xətləri çəkilməyib maraqlıdır ki, heç bir iş görüb xərc çəkməyən Azərsu illərdir maliyyə hesabatlarında dövlətdən pul almaq üçün guya zərərlə işlədiyini göstərir. Bütün bu problemlərin kökündə isə bütün sahələrdə olduğu kimi monopoliya dayanır. Sağolun.

 
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti