1665501700_1665501540_50.jpg
 

Dünən səhər saatlarında metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın idarə etdiyi “Subaru” markalı avtomobili saxlayıb.

Xalqxeber.az xəbər verir ki, Qafqazinfo-ya açıqlama verən A.Süleymanova bildirib ki, 99 YP 432 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə hərəkət edən Vüqar adlı YPX əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxasına yapışdırılmış və şəhid qardaşı Fərhad Babayevə məxsus olan şəkli qoparmağı tələb edib.

Qadın etiraz etdikdə isə yol polisi əməkdaşı ölkə rəhbərliyi tərəfindən göstərişin verildiyini bildirərək özü vinil materialından hazırlanmış bayraq və fotoşəkli qoparmağa başlayıb: “Həmin əməkdaş Prezident tərəfindən rəngi solmuş bayraq və şəhid fotolarının yığışdırılmasının əmr edildiyini dedi. Mən isə bildirdim ki, belə bir göstəriş və ya əmrlə rastlaşmamışam, əgər həqiqətən belə qərar varsa, özüm həmin şəkli yığışdıraram. O isə qayıtdı ki, yox, mən o şəkli sökməliyəm. Mən ağlamağa başladım, o isə maşının arxasına keçərək Fərhadın şəklini cırmağa başladı. Maşından ağlaya-ağlaya düşüb dedim ki, daha dəyməyin, özüm təmizləyərəm. Bu zaman ratsiya ilə kimsə həmin polisdən soruşdu ki, nə məsələdir, qadın niyə ağlayır, onu maşına otuzdurun. O da dedi ki, şəhidin bacısıdır. Ratsiyadakı şəxs bildirdi ki, dəyməyin. Məni saxlayan yol polisi əməkdaşı isə qeyd etdi ki, şəkil iki ildir yapışdırılıb və quruyub”.

Aysel Süleymanova əlavə edib ki, hadisə nəticəsində sarsıntı keçirib və bunu özünə, ailəsinə və şəhid qardaşına qarşı hörmətsizlik kimi qəbul edir: “Həmin şəkli mən özüm də gəlib evdə sökə bilərdim. Evə gələndən sonra atam gözüyaşlı həmin şəklin yapışıb qalmış hissələrini maşından təmizlədi. Bu hadisə, nəinki mənə, ailəmizə, Fərhadı tanıyan bütün insanlara pis təsir edir”.

Şəhidin bacısı qeyd edib ki, baş vermiş hadisədən sonra həmin polis əməkdaşı əlaqə saxlayaraq ondan üzr istəyib: “Mən belə bir hadisənin baş verməsinə görə, belə bir hadisə ilə bağlı şikayətçi olmağıma görə utanıram. Bakıda hamı məni, maşınımı şəhid qardaşımın fotosuna görə tanıyır. O polis qardaşımın şəklini cırmaqla nə əldə etdi? Əvəzində mənə, atama, ailəmizə iki il əvvəl yaşadığımızın daha ağırını yaşatdı”.

Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda - 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
1665501700_1665501540_50.jpg
1665501695_1665501511_51.jpg

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti