Şikayətçi: "İqbal Ağazadəyə on min manat vasitəçilik etdiyi üçün verdim"
Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan İsmayılov Elnur Mənsur oğlu ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb.

Qlobal.az elektron ünvanına göndərilmiş şikayət məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.

Mən bundan əvvəlki müraciətlərimdə AZƏRSU ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun və komandasında yer almış Elçin Şirinovun,Şamil Abdullayevin və Əkbər Nəsirovun ARDNŞ-nin Geologiya və Geofizika idarəsindən 60.000000 (altmış milyon) AZN vəsaiti əlbir olub,mütəşəkkil cinayətkar dəstə şəklində müxtəlif yollarla talan etmələri barədə 2014-cü ildən bu günəcən müddət buraxmadan təkzibedilməz faktlardan ibarət 700 (yeddi yüz) ədəddən çox şikayət ərizələrini Prezident Administrasiyasına göndərmişəm. Müraciətlərimdə göstərmişəm ki, Faiq Hüseynovun qanunsuz əməllərinə qarşı çıxdığım üçün onun tərəfdən qərəzli şəkildə qanunsuz işdən çıxarılmışam. Bu mütəşəkkil cinayətkar dəstənin korrupsioner əməllərini ifşa etdiyim üçün dəfələrlə Faiq Hüseynovun ölüm təhdidlərinə məruz qalmışam.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.

Mənim sizə tez-tez müraciət etməkdən başqa əlacım qalmayıb.Ölkədə hər kəs sizin vətəndaşların yaxşı yaşaması üçün gecə-gündüz çalışdığınızı bilir,məhz buna görədə xalqımız hər seçkidə sizə böyük etimad göstərir.Lakin Qorxmaz Hüseynov, qardaşı Faiq Hüseynov və onların havadarları olan böyük məmurlar vəzifələrindən sui-istifadə edərək bizi incidir.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.

Artıq səkkiz ildir ki, mən Azərbaycan Respublikasının Baş Prokuroruluğunun süründürməçilik əməllərindən əziyyət çəkirəm.Belə ki, 2014-cü ilin mart ayından bu günəcən Azərbaycan Respublikasının Baş Prokurorluğuna bu mütəşəkkil cinayətkar dəstənin təkzibedilməz korrupsiya əməlləri haqda yeddi yüzdən çox şikayət ərizəsi göndərmişəm.Bundan əlavə Prezident Administrasiyası da daxil olmaqla başqa instansiyalara göndərdiyim yüzlərlə şikayət ərizələri də Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluqdan isə ərizələrim aidiyyatı üzrə müvəqqəti yaşadığım Sabunçu rayon Prokurorluğuna göndərilib.Yeddi il ərzində bir neçə dəfə Sabunçu rayon Prokurorluğuna dəvət olunmuşam,orada izahatım və ərizələrimdə göstərdiyim korrupsiya faktlarına aid sübutlar alınsa da bu mütəşəkkil cinayətkar dəstənin hüquqazidd əməllərinə heç bir hüquqi qiymət vürilməmişdir.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.

Bundan əvvəl düşdüyüm çətin vəziyyətdən istifadə etmək istəyən bir neçə Müxalifət partiyaları olduğunu əvəlki müraciətlərimdə sizə bildirmişdim.Bunlardan biri də Ümüd Partiyasının rəhbəri İqbal Ağazadə olmuşdur.İqbal Ağazadə atama,yaxın qohumuma bir neçə dəfə zəng edib mənimlə görüşmək istədiyini israrla söyləmişdir.Mən isə bu şəxslə görüşmək istəməsəm də atamın və qohumumun sözü ilə görüşmək qərarına gəldim.2019-cu ilin noyabr ayının 14-də İqbal Ağazadə mənə zəng etdi və görüşməyimizi xahiş etdi və beləliklə mən səhəri gün yəni 15 noyabr tarixində İqbal Ağazadə ilə ofisində görüşdük. İqbal Ağazadə məni çox səmimi qarşıladı və bildirdi ki, düşmənçilik pis şeydir gəl sən şikayətlərini dayandır keç mənim komandama. Mən hakimiyyətə gələcəm səni də ən azından Nazir müavini qoyacam. Mən isə bildirdim ki, mən YAP-nın üzvüyəm və artıq sevdiyim və daim dəstəklədiyim komandanın sıralarındayam. Mənim hüquqlarımın pozulduğunu və mənə qarşı çox haqsızlıqlar Faiq Hüseynov, Qorxmaz Hüseynov və onların cinayətkar dəstəsi tərəfdən olduğunu İqbal Ağazadəyə bildirdim. Bu zaman İqbal Ağazadə cibindən dəstə şəklində pul çıxarıb mənə uzatdı və söylədi ki bunu götür bir aylıq cib xərcliyi et bir ay müddətində səni işinə qaytaracaqlar. Mən isə pulu götürmədim bu zaman İqbal Ağazadə masasının üstündən Qurani Kərimi əlinə götürdü mənə inanmırsan bu kitaba and içim söylədi. Məni isə razılıq vermədim qətiyyətlə iş istədiyimi bildirdim və sağollaşıb otağı tərk etdim. İqbal Ağazadə arxamca çıxıb bayıra kimi məni yola saldı. Ondan sonra bir neçə gün daima mənimlə əaqə saxlayıb yenidən görüşmək istədiyini söylədi və nəhayət yenidən görüşdük bu zaman mənə bildirdi ki, Ölkə ağsaqqallarından biri məndən bu münaqişənin sonladırılmasını istəyir səndən bir daha xahiş edirəm ki, səni işlə təmin edəcəklər və itirilmiş əmək haqqını qaytaracaqlar. Məhkəmədə olan iddialarını və şikayət ərizələrini dayandır.Mən isə bildirdim ki, artıq beş ildir ki,işləmirəm və məni heç yerdən bir manat qazanmağıma imkan vermirlər.Məni işəmə bərpa edin və əlimdə olan və hal-hazırda Xəzər Dəniz Gəmiçilyinin satın almaq istədiyi ehtiyyat hissələrini ucuz qiymətə yox dəyərinə yəni 100.000 (yüz min) AZN-ə almasına kömək edin mən də bu illərdə etdiyim borclarımı qaytarım.Yenə də bir neçə gün keçdi İqbal Ağazadə həmişə olduğu kimi yenə gündə bir neçə dəfə olmaqla mənimlə əlaqə saxlayır iş getdiyini bildirir. Artıq görüşdüyümüz gündən iyirmi gün müddət keçmişdir ki, yenidən mənə zəng etdi və görüşməyimizi bildirdi və həmişəki kimi İqbal Ağazadənin Nərimanov rayonunda yerləşən ofisində görüşdük.İqbal Ağazadə mənə söylədi ki, səhərki məhkəmə prosesini təxirə sal,Ehtiyyat hissələrini on gün müddətində alacaqlar,işinə də səni bir ay müddətinə bərpa edəcəklər və hal-hazırda itirilmiş əmək haqqının beş illiyini yox üç illiyini sənə qaytarırlar yəni 60.0000 (altmış min) AZN. Mən isə israrla birinci işimi istədim və otaqdan çıxdım.Mən evə qayıdarkən İqbal Ağazadə artıq qohumlarıma məlumat vermişdi və hər gün də mənimlə əlaqə saxlayırdı.Onlar isə işin nə yerdə olduğunu atama çatdırmışdılar.Atam və qohumlarım isə mənə bildirdilər ki,İqbal Ağazadə o vaxt ki,SOCAR- komandasının üzvüdür və bu şirkətdən qardaşı üçün milyonlarla tender alır,bizi tanıyır nəslimizi tanıyır.Yəqin ki bizə qarşı yalnış fikirdə olub bizi aldatmaz.Nəhayət qohumların və ağsaqqların məsləhəti ilə İqbal Ağazadənin şərtlərində dəyişiklik etməklə şərtlərin bir hissəsini qəbul etdim.19 noyabr 2019-cu ildə razılaşmamız bu şəkildə baş tutdu ki,aldığım itirilmiş əmək haqqının 10.000(on min)AZN məbləğini İqbal Ağazadəyə vasitəçilik etdiyi üçün verdim, on gün müddətində əlimdə olan ehtiyyat hissələri İqbal Ağazadənin vasitəçiliyi ilə satılmalı oradan da bir hissə İqbal Ağazadəyə verilməli və bir ay müddətinə isə mən işimə bərpa edilməli idim. Nəhayət bu on günlər aya çevriləndə,ay isə bir neçə aylar olanda aldadıldığımı başa düşdüm və yeddi aydan sonra yenidən köhnə ərizələrimi sizə və mətbuat nümayəndələrinə göndərdim.Bu zaman İqbal Ağazadə mənə yenidən zəng edib görüşməyimizi bildirdi və görüşdük.İqbal Ağazadə otağında kobudcasına mənə bildirdi ki,otağımı tərk et heç kim mənim pulumu yeyə bilməz.Və məni təhdid etməyə başladı ki,hələ səninlə mən görüşəcəyəm.Mən isə otağı heç nə demədən tərk etdim və ağsaqqallarımı olanlar barədə məlumatlandırdım.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!

Sizə bu olanları illər sonra çatdırmağımın məqsədi odur ki,İqbal Ağazadə hər yerdə söyləyir ki, mən İsmayılov Elnuru razı salmışam.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!

Bir daha sizi əmin etmək istəyirəm ki, haqqımın tapdalandığı bu 8 ildədə daim Sizin komandanızda olmuşam və Sizi dəstəkləmişəm. Heç bir qüvvə məni tutduğum bu ədalətli yoldan döndərə bilməz. Bundan əvvəlki müraciətlərimdə qeyd etdiyim kimi Dövlətimizin sabitliyini, inkişafını, vətəndaşlarının rifah halının yüksəlməsini həmişə sizinlə görmüşəm və hiss etmişəm.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!

Mən daima haqq səsimi sizə catdırmağa calışmışam. Lakin müəyyən qüvvələr və maraqlar daxilində haqq səsimin sizə çatmasının qarşısı alınmışdır. İnanıram ki, ölkəmizdə baş verən hər bir qanunsuzluğa gecdə olsa hüquqi qiymət verilir. Məhz bu üsdəndə umudümü göydə Allahdan və yerdə sizdən üzməyərək daima müraciətlərimi sizə ünvanlamışam. İndi isə artıq əminəm ki, mənə qarşı və Dövlətimizə qarşı çoxlu qanunsuzluqla törətmiş bu cinayətkar dəstə hər vəchlə calışır ki, müraciətlərim sizə catmasın. O üzdən də mənə qarşı baş vermiş qanunsuzluqlar və Dövlətimizin büdcəsinə qarşı törədilmiş qətliamın səbəkarları "Azərsu” ASC-nin keçmiş sədri Qorxmaz Hüseynov qardaşı Faiq Hüseynov və dəstəsinin qanunsuz əməlləri barədə əvvəlcədən hazırladığım 16 ədəd 12 -17 dəqiqəlil video müraciəti internet televiziyaları vasitəsilə sizə catdıracağam.

Xahiş edirəm mənim və ailə üzvlərimin təhlükəsizliyini təminatı üçün göstəriş verəsiniz. Sizə öz adımdam və ailə üzvlərimin adından öncədən minnətdarlığımı bildirirəm.
 

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26 Yanvar 2025 BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
25 Yanvar 2025 “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
24 Yanvar 2025 “Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
24 Yanvar 2025 QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24 Yanvar 2025 BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
24 Yanvar 2025 Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti