b_400_300_16777215_00_https___tezadlar.az_images_SakirQurbanov_sefer_mehd.jpg

Vaxtilə Əmək Məcəlləsinin 70-c bəndi ilə gömrükdəki vəzifəsindən qovulan Zəfər Məmmədov Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” Gömrük postuna necə rəis təyin edilib???

…Təzəlikcə sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Deməli, Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən qovulan Səfər Mehdiyevin qılıncının dalı da, qabağı da kəsən vaxtları, yəni bu ilin mart ayında öz bahalı maşınında qadağan olunmuş siqnaldan istifadə etdiyinə görə DYP inspektoru onu saxlayır… Bunlar videoda əks olunub. Düzdür, S.Mehdiyevin,  ancaq ayaq hissəsi çəkilib, amma onun səsini kim tanımır ki, maşından düşən kimi yol polisini “ə, nə həyasız adamasan, ə, maşının nömrəsi sənə bəlli deyil? Sirena vermirəm sənə? General-polkovniki saxlayırsan?”-deyərək inspektoru təhqir edir. Hələ üstəlik, DYP maşınının bort nömrəsini də soruşur. DYP əməkdaşı maşının bort nömrəsini elan edərək belə deyir: “Cənab general, nömrədə yazılmır axı, bunu kimdir sürən. Əmr ediblər ki, belə siqnal olmaz!”

  Aldığımız məlumata görə, həmin DYP əməkdaşına S.Mehdiyev töhmət də verdirib. Bu video Səfər Mehdiyevin qanunlara necə tüpürdüyünün göstəricisidir. Deməli, S.Mehdiyev  gömrüyün sədri olanda da qanunları beləcə ayaqlar altına atıb. Eyni zamanda gömrükdə müxtəlif vəzifələrə elə adamları tapıb yerləşdirib ki, onlar  da göydə Allahı, yerdə qanunları heç vaxt tanımayıblar. Çünki gömrüyümüzün başında qanunu pozan Səfər Mehdiyev oturmuşdu...

***

Artıq bu gün Səfər Mehdiyev Gömrükdə yox, başqa yerdə oturur, yəni, artıq DGK-nin sədri deyil. Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini bu gün əvəz edən, vaxtilə Səfər Mehdiyev tərəfindən işdən azad edilmiş Şahin Bağırovdur. Ş.Bağırov işə başladığı ilk gündən S.Mehdiyevin  bir neçə generalını işdən azad edib. Amma  Ş.Bağırov bunların hansı birini azad etsin ki, Gömrükdə çalışan 4000 işçidən 1400-ü Səfər Mehdiyevin Nehrəmdən olan kəndçiləridir (Sonra da deyirlər ki, Naxçıvanda kəndlər niyə boşalır???).  Birdən-birə Gömrüyü də tamam boş qoymaq olmaz axı. İnanırıq ki, hörmətli Ş.Bağırov S.Mehdiyevin Gömrükdəki sonuncu izinə qədər təmizləmə aparacaq və nəhayət, Gömrük Komitəsi ayrı-ayrı şəxslərin cibi üçün yox, dövlətin büdcəsi üçün işləyəcək. 

 

Bəs Səfər Mehdiyevin gömrükdə hələ də at oynadanları kimlərdir???

 

Biz də öz növbəmizdə bu işdə Ş.Bağırova kömək etmək məqsədilə S.Mehdiyevin Gömrükdə indi də at oynadan, korrupsiya əməllərinə yol verən “kadrları” barədə məlumat vermək istəyirik. S.Mehdiyevin bu korrupsioner kadrları rüşvətin miqdarını bir az da qaldırıblar. Bununla da demək istəyirlər ki, baxın, S.Mehdiyevin vaxtında rüşvət bu qədər deyildi, amma Ş.Bağırov gələn kimi rüşvət qalxdı. Yəni, anti-reklam, gözdənsalma, sabotaj… Bütün bunlar Ş.Bağırovu gözdən salmağa yönələn addımlardır. Bəs, kimdir odda yanmaz, suda batmaz bu “kadrlar”?

 Redaksiyamızın elektron poçtuna çox maraqlı bir məktub daxil olub. Bu məktubdan görünür ki, yazan vicdanlı bir adamdır.  Məktubda isə olduqca maraqlı məlumatlar var. Əvvəlcə, məktubun sahibi ilə əlaqə saxladıq və şikayətçinin real insan olduğunu müəyyən etdik. Anonim olmayan məktubda bizə verilən çox maraqlı məlumata görə, həm Dövlət Gömrük Komitəsində, həm də yerlərdə S.Mehdiyevin kadrları özlərini əvvəlki vaxtlarda olduğu kimi, çox sərbəst aparırlar. İndi gəlin, konkret faktlara keçək…

 

Vaxtilə Əmək Məcəlləsinin 70-c bəndi ilə gömrükdəki vəzifəsindən qovulan Zəfər Məmmədov Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” Gömrük postuna necə rəis təyin edilib???

 

Bizə verilən məlumatlar sırasında deyilir ki, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” Gömrük  postu ən gəlirli bir yerdir.  Belə gəlirli yeri isə, hər adama tapşırmaq olmaz. Ona görə də, 2017-ci ildə sabiq DGK sədri Aydın Əliyev tərəfindən korrupsiya əməllərinə yol verdiyi  üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən qovulmuş və müfəttiş vəzifəsində  işləmiş Zəfər Məmmədov 2021-ci ildə heç bir məhkəmə qərarı olmadan Səfər Mehdiyev tərəfindən “İpək yolu” Gömrük postuna rəhbər təyin edilmişdir. Halbuki işə yenidən bərpa olunmaq üçün Məhkəmə qərarı ilə həmin maddə ləğv edilməli idi və bundan sonra vətəndaş işə bərpa oluna bilərdi. Bu, isə olmayıb. Görünür S.Mehdiyev Zəfər Məmmədov kimi peşəkar korrupsioneri tapa bilməyəcəyinə görə onun əvəlki əmrini ləğv edib və yeni, yəni tər-təmiz əmək kitabçası yazdırıb. Səfər Mehdiyevin Görükdə işlədiyi müddət yaxşı yoxlanılsa, belə cinayət faktları yetərincə tapılar...

  Bəli, Zəfər Məmmədov “İpək yolu” gömrük postuna rəis təyin olunandan sonra  buranı əsl   korrupsionerlər yuvasına çevirə bilir. Bu sahənin peşəkarıdır axı...  Yəni, rəis Z.Məmmədov harada özü kimi korrupsiya əməlinə yol verdiyinə  görə  vəzifədən qovulan vardısa, onları öz yanına yığdı. Bəs, kimdir onlar?

 Zəfər Məmmədov FHN-də işləyərkən külli  miqdarda yeyintiyə yol verdiyinə görə işdən qovulmuş sabiq deputatlardan birinin oğlu Mətin Quliyevi nə məqsədlə yüksək vəzifəyə təyin etdi?

 Birinci başlayaq, Zəfər Məmmədovun özünə gətirdiyi müavindən... Əvvəla, bizə verilən məlumata görə, həmin posta heç bir müavin ştatı lazım deyilmiş. Amma korrupsiyanın dozasını bir az artıq eləmək üçün Z.Məmmədov özünə üç müavin ştatı açdırmağa nail olur. İndi Z.Məmmədovun özünə müavin gətirdiyi  “kadrlarla” sizləri tanış edək. Deməli, 2017-ci ildə korrupsiya əməlinə yol verdiyinə görə, vətəndaşlardan daxil olan çoxlu sayda şikayətlərin əsasında DGK-nin Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb olunan Baş İnspektor, amma möcüzə nəticəsində  sonradan heç bir məsuliyyətə cəlb olunmayan və  2021-ci ildə Səfər Mehdiyev tərəfindən “İpək yolu” Gömrük postuna yaxın qohumu, Nehrəmdən olan İlkin Mehdiyev təyin olunur.

b_400_300_16777215_00_https___tezadlar.az_images_SakirQurbanov_mesum-gom.png

İkinci müavin postu DGK-nin sədri Səfər Mehdiyevə və  Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi,  gömrük xidmət general-mayoru, hazırda həbsdə olan Məsum Rəsulova çox yaxın olan sabiq deputatlardan birinin oğlu Mətin Quliyev təyin  edilir.

 Məlumat üçün qeyd edək ki, Mətin Quliyev bundan əvvəl FHN-də işləyib və oradan külli miqdarda yeyintiyə yol verdiyinə görə işdən qovulub. Belə bir korrupsioneri Zəfər Məmmədov özünə müavin gətirib.

Daha bir «müxalifət» yönümlü partiyanın sədri, korrupsiyaya yol verdiklərinə görə Azərbaycandakı bütün məmurları asıb-kəsən, yıxıb-sürüyən, bütün çıxışlarında onları bu xalqa düşmən adlandıran  Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevin oğlu Raul Hacıyevi isə Zəfər Məmmədov Baş  İnspektor təyin edir. Korrupsioner kadrlar kimi tanınan bu dəstə bu gün də vətəndaşların başına oyun açmaqda davam edirlər.

***

 Əvvələr Zəfər Məmmədovla çiyin-çiyinə çalışmış və “qara pulların” yığılmasında əsas fiqur sayılan,  Səfər Mehdiyevin qohumu Mübariz Mehdiyev də  Baş Gömrük İdarəsindən çıxarıllaraq “İpək yolu” Gömrük postuna gətirilir. Artıq korrupsioner komanda tam formalaşıb və vətəndaşların başında rahatca turp əkmək olar. Belə də edirlər, özü də ikiqat artıqlaması ilə. Axı, bu gün DGK-nin sədri Səfər Mehdiyev yox, əvəzedici də olsa, Şahin Bağırovdur. Bu səbəbdən, rüşvətin miqdarı da artmalıdır ki, Ş.Bağırovun işinə əngəl törətsinlər.

 Bu korrupsioner dəstə görün, rüşvət mexanizmini necə qurublar?

Ayrı-ayrı vətəndaşların ciblərini soymaqla başlarına açdıqları oyunları bir kənara qoyaq. Deməli, “İpək yolu” Gömrük postuna 15-20 tonluq maşınlarla karqo yüklər gətirilir. Bu “bacarıqlı” dəstə həmin yüklərin 3 tonunu mal sahibi ilə danışaraq Gömrükdən yayındırırlar. Bəs, bu 3 ton mal necə xeyir verir? Nəzərə alsaq ki, həmin karqo yükün 1 kq. üçün dövlət rüsumu 5 manatdır. İndi bu 5 manatı vurun 3 tona. Bu da edir 15 min manat. Burada mal yiyəsinin də öz faizi var. İndi təsəvvür edin, hər gün onlarla  belə Tır maşınları Gömrükdən keçir. Hər Tır maşınından gizlədilən 3 ton maldan qalan pulları aya vuranda, onu hesablamağa kalkuliyatorun da gücü çatmaz. Burada söhbət milyon manatlarla puldan gedir.  Bu pulların hamısı Zəfər Məmmədovun özünün və komandasının cibinə gedir. Görün bu dəstə nə qədər ağını çıxartmışdılarsa, onları himayə edən  general-mayor Məsum Rəsulovun həbsini Səfər Mehdiyev də vəzifədə ola-ola əngəlləyə bilməmişdir. Təbii ki, DGK-nin sədri vəzifəsini icra edən hörmətli Şahin Bağırov təmizləməni hələ ki, yuxarıdan başlayıb. Necə deyərlər, balıq başdan iyləndiyindən. Onu da nəzərə alaq ki, balığı təmizləməyə quyruqdan başlayırlar. İndi bu «quyruqda» oturanlar hələ ki, çapıb talamaqda sərbəstdirlər və Səfər Mehdiyevin dönəmindən də artıq rüşvət yığımı ilə məşğuldurlar.

***

 İnanırıq ki, DGK-nin sədr əvəzi Şahin Bağırov tezliklə, balığın quyruğunda, yəni “İpək yolu” gömrük postunda da təmizləmə əməliyyatı başlayacaq və nəhayət, vətəndaşlar gömrükdən rüşvət vermədən keçərək, rahat nəfəs ala biləcəklər. Düzdür, ola bilsin quyruqdan başlayan  bu təmizləmə əməliyyatını DTX-nin qara maskalıları keçirsin. Amma vətəndaşlar üçün bunun fərqi yoxdur. Təki korrupsiya ilə məşğul olub vətəndaşın və dövlətin cibinə girənlər layiqli cəzalarını alsınlar.

Mövzunu diqqətdə saxlayacağıq.

Hazırladı: Elçin MƏMMƏDLİ

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)
17 Aprel 2025 Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - İLGİNC FAKTLAR...
16 Aprel 2025 Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar - ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
16 Aprel 2025 Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
16 Aprel 2025 Abşeron icra başçısı qanunsuz obyekt tikintisi sahibinə səkini də satdı?- FOTO
16 Aprel 2025 Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?

Dünyapress TV

Xəbər lenti