Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
“Sudan İstifadəedənlər Birliyi”, yoxsa ailə podratı…

Dövlət Su Ehtiyatları Agentliyində hələ də “daşlar yerinə oturmur”. Sədr Zaur Mikayılovun təyinatından sonra az da olsa, ümüd var idi ki, bəzi özbaşınalıqlara və xoşagəlməz olaylara son qoyulacaq. Təəssüf,… Nəinki, dərəbəylik bitmir, əksinə daha betər hadisələrin şahidi olmaqdayıq.

Məlum olduğu kimi, Dövlət Su Ehtiyatları Agentliyi ilə müvafiq müqavilə ilə “Sudan İstifadəedənlər Birliyi” (Birlik) də fəaliyyət göstərir. Xatırladaq ki, Birlik müqaviləyə uyğun olaraq ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə xidmət göstərir.

Belə Birliklərdən biri ilə bağlı Yenixeber.org-a ilginc məlumatlar daxil olub.

Söhbət Abşeron bolgəsində fəaliyyətdə olan Birlikdən və bu Birliyin sədri Hidayət Rəcəbovun fəaliyyətindən gedir.

Məlumatlarda yer alan iddianın birinə görə, sədr Hidayət Rəcəbov Birliyi əməlli-başlı ailə podratına çevirib. Görünür hörmətli Hidayət müəllim ya müvafiq qanunlardan bixəbərdir, ya da “Dərəni xəlvət görür”…Biz hələ ki, cənab sədrə Birliyin yaradılması və fəaliyyətini tənzimləyən qanunu xatırlatmaq niyyətindən uzağıq. İnanmırıq ki, buna kəskin ehtiyac olsun...

Lakin H. Rəcəbovun oğlunu, iki qızını, həyat yoldaşını və kürəkənini Birliydə müxtəlif vəzifə ilə təmin etməsi, iki ay əvvəl həqiqi hərbi xidmətdən dönən oğlunu da unutmaması sübüt edir ki, bu istiqamətdə nələrsə qaydasında deyil…

Hələ bu harasıdır, Yenixeber.org-a daxil olan məlumatlarda Hidayət Rəcəbovun "Bizon" zavodu ilə də əməkdaşlığından bəhs edilir. Məlumata görə bu əməkdaşlıqda Ceyranbatan gölündən süzgəcdən keçirilməyən su əsas gəlir mənbəyinə çevrilib. Ki, bunun da qanunsuzluğu bir yana, törətdiyi və törədəcəyi fəsadları düşünmək belə istəmirsən…

Bu yollarla Birlik sədrinin Sumqayıt şəhərində 2 mərtəbəli restoran da daxil, müxtəlif kommersiya obyektlərinə sahib olduğu da bildirilir…

Biz inanmaq istəmirik ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovun baytar diplomlu Birlik sədrinin bu “özfəaliyyət”indən məlumatı olmuş olsun.

Elə bu səbəbdən və məlum mənada aktuallığını nəzərə alıb, müəyyən araşdırmalarla mövzunu davam etdirəcəyik.

Yenixeber.org

Bölmənin digər xəbərləri

12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi
11 İyun 2025 Yol nişanı ÜZƏRİNDƏ ƏT KƏSİMİ REKLAMI: İcra başçısı AÇILIŞDA
11 İyun 2025 “Yasamal Hospital”dan şikayət:“Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar”
11 İyun 2025 Özünə "kraliça" ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə etdiyini bilmir - VİDEO
11 İyun 2025 Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
11 İyun 2025 Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsi ilə bağlı qalmaqal səngimir
11 İyun 2025 “Neptun”da müştərilər belə aldadılır- Fotofakt
10 İyun 2025 SOS şirkəti hələ də SOCAR-ı mühafizə edir? Milyonluq yeyinti, haqları tapdanan işçilər
10 İyun 2025 Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
10 İyun 2025 "Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
10 İyun 2025 "Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
10 İyun 2025 Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
10 İyun 2025 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"

Dünyapress TV

Xəbər lenti