Redaksiyamıza vətəndaş tərəfindən fotofaktla alış-veriş etdiyi “Neptun Supermarket”də aldığı çayın vitrində ayrı, kassada isə ayrı qiymətə olduğunu əks etdirən müraciət daxil olub.
Bildirək ki, bu kimi hallar zaman-zaman müxtəlif media subyektləri vasitəsilə gündəmə gətirilib. Bəzi marketlər “ucuz qiymət” və yaxud “endirimli qiymət” adı ilə alıcı cəlb etməyə səy göstərir. Belə edərək də müştəriləri aldadırlar. Belə ki, vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə yalnız hüquqlarını bilən, diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə müqayisə edən alıcılar aşkar edə bilirlər.
XALQ -a daxil olan məlumatlarda qeyd edilir ki, vətəndaş Nəsimi rayonu Tbilisi pr. fəaliyyət göstərən Neptun Supermarketindən “Berga”çayını vitrində 6.35 manat olmasına baxmayaraq pndan 6.41 manat pul çıxıblar kartından. Yəni vitrin qiymət ayrı göstərilir amma kassada ayrı qiymət hesablanır.
İlk baxışda məbləğ arasındakı fərq çox da böyük olmasa belə, bu kimi hallar istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Həm də, nəzərə alsaq ki, müştəri hər məhsulda 5-10 qəpik aldadılır, belə olan halda Neptun Market kimi yetərincə dövriyyəsi olan bir şəbəkədə bu 5-10 qəpik haralara gedib çıxar hesablaya bilmirik
.Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumların – xüsusilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsələni araşdırmasını tələb edir.
“Neptun” Marketdən məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı,mövqelərini dərc etməyə hazırıq.