“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
“Kür Olimpiya Tədris İdman Mərkəzi” MMC tərəfindən kimyəvi (təmizlik) və təsərrüfat mallarının satınalınması üzrə 11.03.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub və “PROSHINE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.183,53 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 28.04.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, “Kür Olimpiya Tədris İdman Mərkəzi” tərəfindən nəzərdə tutulmuş mallların alınmasına dair keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 36.000,00 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “Kür Olimpiya Tədris İdman Mərkəzi”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Kür Olimpiya Tədris İdman Mərkəzi” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “PROSHINE” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROSHINE” (VÖEN: 1405012131) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV, ev DALAN 2, m. 3, qanuni təmsilçisi kimi isə Rzabəyov Nadir Ağababa oğlu qeyd olunub.

Qeyd edək ki, MMC yarandığı gündən qısa bir zamanda tender bazarında məşhurlaşıb. Belə ki, bir çox dövlət qurumları tərəfindən keçirilmiş onlarla satınalmanın qalibi olub. Dövlət qurumlarını əsasasən yuyucu vasitələr və təsərrüfat mallarla, dezinfeksiya maddələri və qoruyucu vasitələrlə təmin edib. Bununla belə MMC-nin adı bir çox şübhəli satınalmalarda da hallanır.

Elə “Kür Olimpiya Tədris İdman Mərkəzi” ilə “PROSHINE” MMC arasında bağlanmış satınalma müqaviləsi də həmin şübhəli satınalmalardan biridir. Belə ki, satın alınan malların qiymətinin Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı olması keçirilmiş kotirovka prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi hələ keçmiş SSRİ dövründə avarçəkmə bazası kimi tanınıb. Müstəqilliyimizin ilk illərində baza baxımsız vəziyyətə düşüb. Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı bazada olaraq onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını verib. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra 2007-ci ildə tikinti işlərinə başlanılıb və 2010-cu ilin oktyabr ayında yekunlaşıb. Yenidənqurma işlərindən sonra açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.

Əsaslı təmirdən sonra 2010-cu ildən fəaliyyət göstərir. Bu, hazırda Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Layihəyə əsasən, ümumi sahəsi 9,2 hektar olan kompleksdə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana var. Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Eyni zamanda mərkazdə bir ədəd 2 mərtəbəli kotec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var. Bunlardan əlavə kompleksdə 100 nəfərlik yeməkxana, tennis kortu da mövcuddur.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi son illər dövlət satınalmaları ilə bağlı heç bir məlumat yerləşdirməyib. Belə ki, Mərkəz ən son 2022-ci ildə “PROSHINE” MMC -dən 8.897,2 manat dəyərində təmizlik üçün kimyəvi və təsərrüfat malları alıb. 28.04.2025-ci ildə isə “GÜNTEKS” MMC ilə mehmanxana otaqları üçün hamam ləvazimatlarının alınması üçün 18.172 manat məbləğində müqavilə bağlayıb.

Burada bir çox məsələlər qaranlıq qalır. Belə ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2023-2024-cü illərdə zəruri olan malların və xidmətlərin satın alınması ilə dövlət portalında heç bir məlumat yoxdu. Bu isə İdman Mərkəzində satınalmaların qanun çərçivəsində təşkil olunmadığına, saxtakarlıq hallarının yol verildiyini deməyə ciddi əsaslar yaradır. Burada bu kimi qanunsuzluqlara kimlərin rəvac verdiyi bəlli deyil. Çünki İdman Mərkəzinin rəsmiləri məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu məktubuna belə cavab vermədilər.

Qeyd edə ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyevdir. O, bu vəzifəyə 2022-ci ilin may ayında təyin olunub. Daha əvvəl isə Ceyhun Mirzəyev Respublika Velotrekinin direktoru olub.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

Dünyapress TV

Xəbər lenti