İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
İtaliyanın Neapol şəhəri yaxınlığında, vulkanik Kampi Flegrei bölgəsində günorta saatlarında baş verən və zəlzələ riski yüksək olan 4,4 və 3,5 bal gücündə təkanlar yerli əhalinin narahatlığına səbəb olub.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) verdiyi açıqlamaya görə, bu gün yerli vaxtla saat 12.07-də ​​(14.07) episentri Pozzuoli olan 4,4 bal gücündə, yerli vaxtla saat 12.22-də isə eyni yerdə 3,5 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Yeraltı təkanların təxminən 3 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Mətbuatda yayılan məlumatlara görə, qonşu əyalətlərdə də hiss olunan zəlzələlərdə indiyədək can və ya mal itkisi qeydə alınmayıb, lakin yeraltı təkanların yerli əhali arasında narahatlıq yaratdığı qeyd edilib.

Bagnoli və Pozzuolidə məktəblərin fəaliyyətini dayandırdığı, sinif otaqlarının boşaldıldığı və yerli əhalinin açıq ərazilərə və küçələrə şıxdığı bildirilir.

Pozzuoli Bələdiyyə Başçısı Luici Manzoni mətbuata danışarkən: “Kütləvi seysmik axın gedir. Mən dərhal bütün yerli polis patrullarına insanları küçələrə çıxması barədə xəbərdarlıqlar emələrini əmr etdim. Əhalini istər-istəməz qorxuya salan güclü təkanlar oldu. Hər kəsi sakit olmağa, açıq yerlərdə qalmağa çağırıram, bu, çox narahatlıq doğuran vaxtlardır", - deyib.

Martın 13-də Campi Flegreidə 4,4 bal gücündə daha bir zəlzələ baş verib və yerli əhali arasında panikaya səbəb olub.

İtaliyada Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti 2023-cü ildə zəlzələ təhlükəsi olan ərazilərdən biri olan Campi Flegreidə kütləvi təxliyə üçün fövqəladə vəziyyət planlarını yeniləyib.
 

Bölmənin digər xəbərləri

14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."

Dünyapress TV

Xəbər lenti