Masallıda bir məmurun MANİFESTİ...
Muradov Nazim Abusət oğlunun atası olduqca imkanlı şəxs olduğundan, səndemə o, öz savadına görə deyil, atasının "şot"una ali təhsil alır. Bu şəxs Masallı RİH-nin Güllütəpə ərazisi üzrə icra nümayəndəsi işlədiyi vaxtlarda, yüz hektarlarla paybəlli torpaq sahələrində qanunsuz evlərin və digər tikililərin salınmasına lazımi şərait yaradır. Daha sonra Nazim Muradov "qara yollar”la Masallı DSMF-nin rəis müavini vəzifəsinə sahib olmağı da bacarır. Söylənilənlərə görə bu dövlət qurumunda işlədiyi vaxtlarda isə, ayrı-ayrı şəxslərə saxta stajlar yazılmasında xüsusi rol oynayır. Bir müddətdən sonra daşıdığı vəzifəsindən uzaqlaşdırılan Nazim Muradov, çox keçmir ki, Masallı RİH-də işə girir.

Masallıda bir məmurun MANİFESTİ...

Bir sözlə, bu şəxs ayrı-ayrı vaxtlarda müxtəlif vəzifələrdə çalışır və hər zaman da daşıdığı vəzifəsinin imkanlarından sui-istfadə edir. Hətta o, rayonun Güllütəpə adlanan ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulan "tolkə dərə"sindəki su bəndini zəbt edir və o, burada özü üçün balıqçılıq təsərrüfatı yaradır. Elə hallar da olur ki, Nazim Muradov su bəndindəki balıqları tutmaq məqsədilə, bəndin suyunu tamamilə qurudur. Qeyd edək ki, bu günə kimi həmin bəndə Tatyanoba kənd sakinlərindən bir neçə nəfərin iribuynuzlu mal-qarası düşmüş və qurudulmuş bənddə tələf olmuşlar. (Bu barədə bəzi xəbər saytları illər öncə məlumatlar yaymışdır). Faciəli hal odur ki, belə bir əməllərin sahibi olan bu şəxs, xeyli vaxtdan sonra Masallı "Komxoz"unun rəisi də olur. Nazim Muradov bu dövlət qurumunda çalışdığı vaxtlarda külli miqdarda dövlət əmlakını mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılır və belə bir səbəbdən də az qalır ki, onu həbs etsinlər. Hər kəsi şoka salan halın varlığı odur ki, bu şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsində müdir vəzifəsində çalışır, bir müddətdən sonra isə, Masallı şəhəri üzrə “mer” vəzifəsinə də yiyələnir. Deyilənlərə görə Nazim Muradov “hal əhlidir” və hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur (Yəni, özünün kartof sahələri var). Buradan aydın olur ki, Nazim Muradovun "sehrli çubuğ"u elə bir formada gücə malikdir ki, iki oğlu universiteti başa vuran kimi, o, oğlanlarından birini “Kapital Bank”da, digərini isə Masallı Rayon Mərkəzi Xəstəxanasında işlə təmin etdirir. Bu da onu göstərir ki, ötən illər ərzində büdcə vəsaitlərini talan etməklə geniş maliyyə imkanına malik olan Nazim Muradov, bu gün hər addımında qanunsuzluğa qol qoyur, haqqı-ədaləti vecinə almır. Bir sözlə, bu şəxs "ağa nəzərə, belə gəcərəm" prinsipini əsas tutub, hər cür haqsızlığa qol qoyur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Nyus.Az
 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti