Bakı Dövlət Universitetini BARDAĞA çevirən rektor: Elçin Babayev elm, yoxsa helm axtarışındadır? – VİDEO
Bu günlərdə ölkənin ən qocaman və nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universiteti haqda iki xəbər yayıldı: birinci informasiyada deyilirdi ki, 2024-cü il üçün BDU-nun tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üçün “Gesco” ASC-yə 717 min 274 manat ayrılıb. İkinci məlumatda isə bildirilirdi ki, universitetdə yeni tikiləcək qazanxana üçün “A.E.S – Trading” MMC -yə 2 milyon, 498 min manat ödəniləcək. Çox qəribədir ki, mühafizə üçün ötən illə müqayisədə eyni şirkətə 200 min manat artıq ödənilib. Habelə, qazanxana tenderinin maliyyə pozuntusuna görə məhkəmə tərəfindən cərimələnən həmin şirkətə yeni vəsait verilməsi kifayət qədər ciddi suallar yaradır. Necə ki, yeni təmirdən çıxmış I korpusda və ötən il istiliyi üçün 78 min manat pul xərclənmiş II korpusda qış aylarında istiliyin olmaması da suallar doğurur: maxinasiyadırmı, korrupsiyadırmı?
Heç şübhəsiz ki, bu faktlar və detallar, sual doğuran məqamlar həm də BDU rektoru Elçin Babayevin fəaliyyətini gözlər önünə sərir. 2019-cu ilin martında nisbətən gənc, müasir düşüncəli və xarizmatik təəssürat yaradan Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi çoxlarını sevindirmiş və böyük ümidlər yaratmışdı. Bəs, ötən 5 il ərzində gənc rektor nə ilə yadda qaldı? Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Elçin Babayev universitetin yeməkxanasını Bakının ən bahalı məkanlarından biri olan “Demirchi Tower”dəki “Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib. BDU-da ümumi şöbənin müdiri olan Ləman Hüseynbəyli ilə birgə tez-tez getdikləri həmin restoranın sahibi də universitetdə şəxsi hesabından etdiyi təmir işlərinin pulunu tələbələrdən çıxarmaqdadır.
Daha sonra rektor bacısının həyat yoldaşı, indiyədək Naxçıvan aeroportunda polis nəfəri kimi çalışan, davranışları heç də xoş təəssürat yaratmayan Fikrət Heydərov kimi adamı özünə müşavir gətirib. Ömründə təhsil müəssisəsində heç tələbə kimi də olmayan bu adam elə bilir ki, tələbə qızlar buna görə belə səliqəli geyinirlər. Heydərovdan başqa heç bir rəhbər işçinin kabinetində divan olmaması da müəmmalı məsələdir. Bəlkə bu davranış da iki dəfə həyat yoldaşını boşayan rektordan götürülən nümunədir?! Adamın Allahı var, Fikrət Heydərov tək deyil ki, adam “lənət şeytana” deyib sakitcə gözləsin. Araşdırmalara əısasən cumhuriyyet.az bildirir ki, bu bir il ərzində Elçin Babayevin BDU rəhbərliyinə gətirdiyi kadrların heç birinin elmi dərəcəsi, elmi adı, təhsillə əlaqəsi yoxdur. Bu akademiklərin, professorların “can qoyduğu” elm-təhsil məbədgahının günahı nədir ki, ona “alayarımçıq” ali təhsil diplomu olan, ya olmayan Fikrət Heydərov(polis işçisi), Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi) , Elçin Məmmədov (Metropoliten əməkdaşı), Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Ləman Hüseynbəyli (Elm fondunda mütəxəssis) kimi adamlar rəhbərlik etsinlər? Demə, günah Universitet ziyalılarında deyilmiş, hörmətli rekrtorun özü “kandidat nauk” olduğu üçün ətrafına özündən əskikləri toplayır ki, “hündür” görsənsin. 100 il bundan əvvəl Universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olmalıdır. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədi rəhbərlik etməlidir? Elmlər namizədi akademikləri, professorları qabağına yığıb onlara elmdən, təhsildən dərs deməlidir, onları öyrətməlidir?
30 il Akademiya sistemində işləyən və hələ də doktorluq dissertasiyası müdafiə edə bilməyən, cəmi 7 nəfərlə fəaliyyət göstərən Elm fondunu – o Elm fondu 10 il ərzində Dövlət büdcəsinin 70 milyon manat pulunu “xərcləyib”, ancaq nə həyata keçirilən bir elmi layihə var, nə istehsalatda tətbiq edilən bir təklif – nəzərə almasaq indiyədək heç bir quruma rəhbərlik etməyən bir adamın 100 yaşlı, 25 minlik bir kollektivə rəhbərliyi elə belə də olmalıydı.

 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti