“Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır”
Xatırladaq ki, bu günlərdə “Zaqatala Rayon Mərkəzi Xəstəxanasında rüşvət tuğyan edir” başlıqlı məqalə dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlara görə ötən ilin avqustunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilmiş Tamara Nurəliyeva oranı bazara çevirib. Belə ki, o, kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadınla əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbəmiz bildirirdi ki, Gülnarə xanım hətta qohumlarından belə rüşvət alıbdır ki, güya onları xəstəxanada işlə təmin edəcəkdir. Bu iki korrupsioner Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Məlumatda bildirilirdi ki, xəstəxananın Emin adlı “şillə vuran”ı da var. Eyni zamanda iddia edilirdi ki, Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara həmin kameraları quraşdırıb. T.Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxsin əliylə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında birbaşa əsas fiqurlardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.
Qeyd edək ki, bu xəstəxanada anoloji problemlər illərdir ki, var. Deməli rəhbər dəyişikliyinin bir müsbət təsiri olmamışdır. Xatırladaq ki, təxminən iki il bundan əvvəl də KİV-də Zaqatala rayon Mərkəzi Xəstəxanasından narazı olan N.Əliyeva adlı rayon sakininə istinadən məlumatlar getmişdi. Həmin şəxs bacısının Zaqatala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyini, bacısının və digər tanışlarının xəstəxanaya pul verərək işə düzəldiklərini iddia edirdi. N.Əliyevanın özü də xəstəxanada problemlə qarşılaşıbmış. Onun iddiasına görə, xəstəxananın şəhər poliklinikasının müdiri Məmmədrəsul Teyyubov pul almadan sənədə möhür vurmurmuş: “Anamın pensiya işi ilə bağlı xəstəxanaya müraciət etmişdik. Həkim M.Teyyubov anamın sənədinə möhür vurmadı. Axırda araya tanışları salandan, 100 manat da pul verəndən sonra baxmağa razılıq verdi”.

Daha bir rayon sakini Qurban Ramazanov da iki il bundan əvvəl xəstəxanadan şikayətçi olubdur. O danışırmış ki, bir neçə gün öncə uşağının qolu sındığı üçün xəstəxanaya aparıb. Lakin gecə növbəsində olan rentgenoloq yerində olmadığından onu evindən gətirmək məcburiyyətində qalıb: ” Uşağın qolu sınıb, ağrıdan dayana bilmir, həkim yoxdur. Axır, gedib həkimi özüm evindən gətirmişəm. Xəstəxana işçiləri də elə davrandı ki, elə bil belə də olmalıdır – xəstə həkimi özü gətirməlidir”. Q. Ramazanovun dediyinə görə, bunlardan sonra hələ həkimə əlavə pul da verib: “Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır”. Şikayətçinin sözlərinə görə, həkimlərin savadında problem yoxdur, sadəcə müdiriyyət rüşvətə bulaşıb və onları işləməyə qoymur: “Həkimlər də deyir ki, işə pul verib girmişəm, o pulu yığıb gedəcəm”.
Zaqatala rayon Mərkəzi Xəstəxanasından bu qədər şikayətin olması birinci dəfə deyil. İllərdir ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) rayon sakinlərinin xəstəxanadan şikayətləri paylaşılır. Şikayətlər daha çox xəstələrə düzgün diaqnozun qoyulmaması, həkim səhlənkarlığı, rüşvətxorluq və buna bənzər digər məsələlərlə bağlı olur. Sakinlər hər dəfə eyni problemləri səsləndirirlər. Bəs bu problemlər niyə hələ də həll olunmur? Görəsən əlaqədar qurumlar nə zaman lazımi tədbirlər görəcəkdir?!
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
 //Aktualxeber//

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti