“Xətai İcra Başçısını Həbsə Aparan Yalanı”… Sakinləri Qıcıqlandıran Cavab -DE-FAKTO
     

Xalqxeber.az: Ddaha öncə xəbər verdiyimiz kimi, Xətai rayonu, Nobel prospektində sökülən 80 nömrəli binanın sakinləri rayonun icra hakimiyyəti ilə kompensasiya problemi yaşayırlar.
Binanın bir qrup sakinləri iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətindən iki-üç ailəyə mənzilin hər kvadratmetri üçün 1700-2 min manat, yerdə qalan ailələrə isə 1500 manat kompensasiya ödənilib.
Ailələr iddia edirlər ki, kompensasiyanın ödənilməsində yeyinti faktoru var.
Xatırladaq ki, bu binada yaşayan 17 ailə uzun illər ağır şəraitdə yaşamağa məhkum olunmuşdular. Binanın hər an uçub dağılmaq təhlükəsi vardı. Onların harayı xeyli müddət mediada, sosial şəbəkələrdə ucaldılsa da, aidiyyatı qurumlardan eşidən yox idi. Nəhayət bu ilin əvvəlində haraya cavab gəldi. Belə ki, binanın sökülüməsinə qərar verildi. Əvəzində isə sakinlərə  mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiya nəzərdə tutulduğunu açıqladı. 
Şəhərin əsas prospektlərindən birində yerləşən ərazi üçün hər kvadratmetrə 1500 manat ödənilməsi təbii ki sakinləri razı sala bilməzdi. Özü də binanın Ağ Şəhər ərazisinə daxil olduğunu nəzərə alsaq, rəqəm gülünc görünürdü. Alternativ də yox idi. Yəni ən azından digər variant kimi onları həmin ərazidə normal şəraiti olan mənzillərə köçürülməsi nəzərdə tutulmurdu. Bakıda mənzillərin qiymətinin fantastik dərəcədə baha olduğunu nəzərə alsaq, sakinlər onlara ödənilən kompensasiya ilə ən yaxşı halda paytaxtın ucqar yaşayış məntəqələrində həyət evi ala bilərdilər. Buna görə də bina sakinləri nəzərdə tutulan məbləğə etiraz etdilər. 
Sakinlər iddia edir ki, binanın söküntüsü zamanı korrupsiya hallarına yol verilib. Onların sözlərinə görə, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək. 
Sakinlər deyir ki, bundan sonra məcbur qalıb, sənədlərə qol çəkiblər, lakin sonradan müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 1700- 2000 manat ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın. 
Sakinlər bildirir ki, onlar verilən kompensasiyanın azlığı səbəbindən özlərinə hələ də mənzil ala bilməyiblər. İcra Hakimiyyətindən kompensasiya təkrar baxılması istəklərinə isə müsbət cavab verilmir.
Evləri sökülən, kirayələrdə yaşamağa məcbur olan sakinlər aidiyyatı dövlət qurumlarının, xüsusilə də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin onların problemlərinə baxmamasından şikayətlənir. Bu üzdən də onlar etiraz aksiyalarına başlamağa qərar veriblər. Sakinlər yaxın günlərdə Prezident Administrasiyasının qarşısında aksiya keçirməyi düşünürlər. Eyni zamanda onlar problemin hüquqi müstəvidə aparılması, lazım gəlsə, bu işi beynəlxalq məhkəmələrə aparılmasında da israr edəcəklərini bildiriblər.
Bu azmış kimi, Xətai icra hakimiyyətinin rəsmisi özlərinə məxsus sakinlərin ziyanına boş-boş açıqlamalar verir. Onlar iddia edir ki, sakinlərə kompensasiya ödənilməsində heç bir ayrı seçkilik olmayıb.
Əvvəla deyək ki, bu açıqlama rəsmi qurum açıqlaması deyil.
Bu necə danışıqdı?
“Elə bil küçədə kirminal aləmin üzvüləri söhbət həll edir.
Necə deyirlər, çox gülüş doğuran açıqlama…
Belə çıxır ki, Xətai icra hakimiyyəti insanları münaqişəyə çağırırlar, əgər sakinlərin dediyi kimi deyilsə sübüt təqdim etsinlər.
Xətai icra hakimiyyəti kimi aldadır?
Birdə bina artıq sökülüb. Əgər sakinlərin dedikləri yalandırsa Xətai icra hakimiyyəti rəsmi sübutlar təqdim etsinlər.
Yox əgər təqdim edə bilmirlərsə, qohumbazlığı, yerli bazlığı, tapşırığı kənara qoyub, orada yaşayan sakinlərin hamısı ilə eyni qayda ilə razılaşsınlar.(xəbəral.az)

     

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti