Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşaraq komaya düşdü. Bu hadisədən sonra uşağın atası Zamin Babayev mediaya açıqlama verərək Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkildiyini bildirdi.
Bəs, doğrudanmı Bakı sağlamlıq Mərkəzinin stomatoloji kabinetində baş verən biabırçı hadisəyədək oksigen xətti olmayıb? Axı hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, şəhərin mərkəzində yerləşən, digər tibb müəssisələri ilə müqayisədə yalnız və yalnız ödənişli xidmət göstərən Bakı Sağlamlıq Mərkəzində ümumiyyətlə vəziyyət nə yerdədir? Büdcədən hər il bu tibb müəssisəsinə nə qədər pul ayrılır? Baş direktoru nun adı illərdir müxtəlif qalmaqallarda, maxinasiyalarda hallanan Bakı Sağlamlıq Mərkəzində reallıq necədir?
AzFakt.com saytı Bakı Sağlamlıq Mərkəzinin sifarişçi olduğu bir neçə satınalma üzərində araşdırma aparıb. Araşdırmamız zamanı məlum oldu ki, bu müəssisə cari ilin ilk 2 ayında xərclədiyi vəsait on milyon manata yaxındır:
Bakı Sağlamlıq Mərkəzi bu ilin yanvar ayının 15-də "Tibbi avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Tenderin məbləği 4.9 milyon manat, qalibi isə "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.
Bakı Sağlamlıq Mərkəzi bu tenderdən 9 gün sonra- yanvar ayının 24-də "Dərman preparatları, laboratoriya tibbi sərf malları və kardioloji invaziv əməliyyatlarda istifadə edilən xüsusi tibbi sərf mallarının satınalınması" lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 4.6 milyon manat olub. Tenderdə bu dəfə də "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.
Mərkəzin ötən ilin sentyabr ayının 27-də yekunlaşdırdığı "Informasiya texnologiyaları avadanlıqlarının satınalınması" adlı tenderin məbləği isə nə az -nə çox - 557.669 manat təşkil edib. Bu tenderdə isə "Az Services" MMC qalib seçilib.
Bakı Sağlamlıq Mərkəzinin çoxrəqəmli tenderlərindən biri isə 2023-cü aprel ayının 17-də keçirilib. "Maye oksigenin satınalınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 120,360 manat, tenderin qalibi isə "Çinar-Servis" İstehsalam Kommersiya Firması olub.
Bəs yuxarıda da qeyd etdiyimiz kimi büdcədən milyonlar ayrılan Bakı Sağlamlıq Mərkəzinin real durumu necədir?
Araşdırmamız zamanı məlum oldu ki, hər il milyonlarla manat xərclənən Bakı Sağlamlıq Mərkəzində vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, Mərkəzə ayaq basan ilk adam burada döşəmədə oynayan sınıq-salxaq daşların üzəri ilə birtəhər özünü qeydiyyat şöbəsinə çatdırmalıdır. Sınıq-salxaq, yerindən qopan döşəmə daşların üzərindən qeydiyyat şöbəsinə çatan şəxs allahına şükür eləməyə macal tapmamış soyğun başlanır. Qiymətlər heç də özəl xəstəxanalardan fərqlənmir. Keyfiyyət sıfır olan Mərkəzdə həkimlərin əksəriyyətinin savadsız olduğu bildirilir.
Məlumata görə Bakı Sağlamlıq Mərkəzində savadlı həkimlərin çalışmaq istəməməsinin əsl səbəblərindən biri müəssisənin rəhbərliyi ilə bağlıdır.
Belə ki, Mərkəzin baş direktoru Asiman Həsənovun burada əsl avtoritar rejim yaratdığı deyilir. Mərkəzə üz tutan xəstələrin əsasən Asiman Həsənova xüsusi yaxınlığı ilə seçilən həkimlərə yönləndirilir.
Günün bir neçə saatını Mərkəzdə keçirən Asiman Həsənovu əsas maraqlandıran məsələ burada yığılan vəsaitlərin miqdarıdır. Araşdırmamız zamanı o da məlum oldu ki, Bakı Sağlamlıq Mərkəzində illərdir həkimlik karyerası olanların yox, baş direktora yaxın olan çevrənin sözü daha keçərlidir. Hətta bu "çevrə"nin Mərkəzdə işə qəbul məsələlərinə də baxdığı vurğulanır.
Əlbəttə ki, bizi Bakı Sağlamlıq Mərkəzini kimlərin idarə etdiyi, daha doğrusu "fırlatdı" yox, bu müəssisənin əhalinin sağlamlığı keşiyində necə dayandığı, ayrılan milyonlarla vəsaiti necə xərclədiyi daha çox maraqlandırır.
Qeyd etdiyimiz kimi Bakı Sağlamlıq Mərkəzi son iki ayda dərman vasitələri və preparatlarına, tibbi sərf materiallarına üst-üstə on milyon manata yaxın vəsait xərcləyib.
Amma bu müəssisədə əməliyyata alınan şəxslərin əksəriyyətinə kənardan dava-dərman aldırırlar.
Bu barədə sosial şəbəkələrdə xeyli sayda məlumatlar yer alır.
O zaman sual olunur, bazada əməliyyat olunan xəstələr üçün dərman preparatı çatmırsa büdcədən ayrılan milyonlar nəyə xərclənir?
Daha bir sual olunan məsələ isə Bakı Sağlamlıq Mərkəzinin tenderlərinin qeyri-şəffaf keçirilməsi, daha dəqiqi qalib edilən şirkətlərin rəhbər şəxslərinin Asiman Həsənovla müəyyən maraqlarının birləşməsidir. Bakı Sağlamlıq Mərkəzinin baş direktorunun son illər artan mal-mülklərinin nəyin hesabına əldə edilməsinə gəlincə isə... Bu barədə növbəti araşdırmamızda daha geniş bəhs edəcəyik.
Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzində 19 şöbə fəaliyyət göstərir.
Mərkəzə 2019-cu ildən Asiman Həsənov rəhbərlik edir.
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən mövqe ala bilmədik.
İlqar Mahmudov Qubaya keçən ilin avqust ayında başçı təyin olunub. Sakinlər dia-az.info-ya müraciətlərində bildirirlər ki, bu müddətdən bəri başçı ilə görüşmək, onun qəbulunda olub dərdini danışmaq problemə çevrilib. Elə buna görə də bu gün Qubadan paytaxtt Bakıya bir şikayətçi axını var...
Biz də dia-az.info olaraq sakinlərin iddiasını araşdırdıq və gördük ki, 31 avqust 2023-cü ildən bəri icra başçısı postuna təyinat alan İlqar müəllimin vəəndaş qəbulu ilə arası o qədər də yaxşı deyil. Məsələn, sonuncu dəfə 23 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.
Təqdim etdiyimiz aşağıdakı fotodan da aydın olur ki, İlqar müəllim "vətəndaş qəbulu" adı altında MƏMUR QƏBULU həyata keçirib, "yuxarılar"ın gözünə kül üfürməklə məşğuldur. Hər halda, bunu aydın şəkildə görmək olar və eyni adamları digər görüşlərdən də müşahidə etmək olur.
Elə bu barədə dia-az.info-ya yazan sakinlər iddia edir ki, başçı onları qapıda görəndə belə "Əəə, bunları burdan rədd edin" deyərək yanındakılara göstəriş verir.
Hər halda, bu iddialar gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Ən azından ona görə ki, bu gün həqiqətən də Qubadan Bakıya bir şikayətçi axını var...
Qeyd edək ki, bu və digər faktların işıqlanması sözügedən qurumun rəhbərliyində əndişə yaradıb və hətta daxildə "casus" ovuna da çıxıblar.
Qeyd edək ki, bu məsələlərə neçə-neçə işçi də reaksiya nümayiş etdirib. Onlardan birinin - İmran Ələkbərzadənin Geofizika və Geologiya İdarəsi daxilində etiraz səsini qaldıranların hədəfə alınmasına etiraz olaraq söylədiyi fikirləri təqdim edirik:
"Mən hüququ bitirmişəm, qanunları da bir az bilirəm. Men Şəhid qardaşı, əlil qaziyəm. Bakı Müharibə Əlil və Qazilər Birliyinin Nizami rayonu üzrə sədriyəm. Çəkinəcək yerim də yoxdur.
Oğurluq edən, fəhlənin haqqını yeyən, külli miqdarda dövlət əmlakını mənimsəyən onlardırsa, mən niyə qoxmaliyam?
Əgər həddlərini aşsalar, bütün aidiyyatı orqanlara faktlarla, sübutlarla müraciət ediləcək..."
Bir neçə il bundan öncə ölkəmizin hər bölgəsində olduğu kimi, Sumqayıt şəhərində də abadlıq və quruculuq işlərinin həyata keçirilməsi günün əsas tələblərindən birinə çevrilir. Belə bir səbəbdən də, bu şəhərin müxtəlif ərazilərinin, o cümlədən bulvar ərazisinin də yenidən qurulması, abadlaşdırılması, yeni səki və yolların salınması, yeni elektrik dirəklərinin quraşdırılması və s. kimi təxirəsalınmaz işlərin görülməsi qarşıda duran əsas vəzifələr olur. Qeyd edək ki, həmin vaxtlarda belə bir işlərin görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinə yaxınlığı ilə tanınan, eyni zamanda özünü geniş ictimaiyyətə “bacarıqlı iş adamı” deyə təqdim edən “A.V.Construction” MMC-nin direktoru Müqayis Cəmil oğlu Verdiyevə həvalə olunur. Bəli, bu şəxs ona həvalə olunan işləri yüksək keyfiyyətlə başa çatdıracağına və vaxtında təhvil verəcəyinə söz verir. Amma, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmir ki, Müqayis Verdiyevin iş fəaliyyətində əsas strateji xətti təşkil edir. Faktdır ki, bu şəxs ona həvalə olunan işləri görür, amma necə? Elə bu necəliyin nəticəsidir ki, “bacarıqlı iş adamı”nın vəd verdiyi hap-goplar, tap-tuplar və s. bu gün nəinki ölkə hüdudlarında, hətta ölkə hüdudlarından kənarda da müzakirə olunmaqdadır. Çünki, Müqayis Verdiyev iş adamlarından, sahibkarlardan nisyə götürüb işlətdiyi mal-materialların qiymətlərini Sumqayıt ŞİH-nə müqayisəli formada sırıyır. Yəni, bu şəxs aldığı mal-materialların qiymətlərini birə-beş qat şişirdir və hesabatları özünün tərtib etdiyi riyazi üsullarla müəyyən edir. Məsələn, adicə bir elektrik dirəyinin bazar qiyməti 400-500 manat olduğu halda, Müqayis Verdiyev hər dirəyin qiymətini 4000-5000 manat dəyərində hesablayır. Hətta, bu şəxs Sumqayıt şəhərinin bulvar ərazisinə əkilən həmişə yaşıl ağacları, bəzək kollarını, istifadə olunan tamet piltələri, sementi, qum-çınqılı və s. kimi materialları da şişirdilmiş qiymətlərlə hesablayır. Qeyd olunanların hər biri bu şəxsin özünün öz dəsti-xətti ilə tərtib etdiyi sənədlərdə də göstərilir. Faktdır ki, Müqayis Verdiyev vaxtilə iş adamlarından aldatma yolu ilə aldığı və istifadə olunan materiallara görə ödəcəyi pulları, bu gün də onlara ödəməkdən yayınır. Onu da bildirək ki, özünü hər kəsə “bacarıqlı iş adamı” deyə təqdim edən bu şəxs, görülən işlərin qarşılığında hansısa dövlət qurumuna hesabat da vermir. Bununla da o, vergi cinayətlərinə qol qoyur. Unutmaq olmaz ki, həmin vaxtlarda Müqayis Verdiyevin rəhbərlik etdiyi “A.V.Construction”MMC-nə görülən işlərin müqabilində lazımi məbləğdə pul köçürmələri həyata keçirilir. Təəssüflər olsun ki, köçürülən pulların daha çox hissəsi öz təyinatı üzrə deyil, məhz bu şəxsin şəxsi məqsədləri üçün istifadə olunur. Bu da onu söyləməyə əsas verir ki, Müqayis Verdiyev AR CM-nin müvafiq maddələri əsasında müəyyən cinayət əməllərinə qol qoyur. Söz yox ki, bütün bunlar media üzərindən apardığımız araşdırmalar zamanı əldə olunan və yayımlanan məlumatlardır.
Məsələnin daha maraqlı və düşündürücü tərəfi odur ki, bu şəxs qol qoyduğu əməllərə görə bir neçə dəfə məhkum olunsa da, o, bir müddətdir ki, Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər- böhtan xarakterli addımlarını atmaqda davam edir. Yəni, Müqayis Verdiyev orda-burda danışır ki, guya vaxtilə gördüyü işlərin qarşılığında Sumqayıt ŞİH-i tərəfindən ona xeyli məbləğdə pul ödənilməlidir. Baxmayaraq ki, bu şəxs 02 mart 2022-ci il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı və imzaladığı məlumat xarakterli məktubunda “Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında görülmüş yenidənqurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aramızda yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır” deyə qeyd edir. Bundan əlavə o, 23 fevral 2023-cü il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı müraciətində isə, Sumqayıt şəhərinin simasının dəyişdirilməsində şəhər rəhbərliyinin əməyini və fəaliyyətini yüksək qiymətləndirir, Prezident Administrasiyasına və digər dövlət qurumlarına yazdığı şikayət məktublarının, teleqrammaların əsassız hesab olunmasını xahiş edir. Hətta, Sumqayıt ŞİH-nə qarşı hərhansı maddi iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirir. Belə olan halda ortaya olduqca düşündürücü suallar çıxır, görəsən nə oldu, nə baş verdi ki, Müqayis Verdiyev Sumqayıt ŞİH-nə qarşı yeni iddia tələbini ortaya atdı? Bəlkə də, o, gecələr qarışıq gördüyü, amma tam dəqiqliklə ayırıd edə bilmədiyi dolaşıq yuxularının təsirindən belə bir addımı atmaq fikirinə düşür? Ola bilər!
Bundan əlavə, bu şəxs bir neçə ay bundan əvvəl müəyyən çevrələrdə “əgər qeyd etdiyim vəsaitlər Sumqayıt ŞİH tərəfindən ödənilməzsə, o halda şəhər rəhbərliyini media qurumlarında rüsvay etdirəcəyəm” deyib. Bəli, əslində o, bu yöndə istəyinə müəyyən mənada nail olur. Yəni, elə ki, Sumqayıt ŞİH-nin rəhbərliyi Müqayis Verdiyevə şər və böhtan hərəkətlərinin qarşılığında ona “otkaz” cavabı verir, o halda o, ləngimədən hərəkətə keçmək qərarına gəlir. Çox keçmir ki, bu şəxs bəzi media qurumlarının rəhbərləri ilə təmaslar qurur, şəhər rəhbərliyinin iş fəaliyyəti haqda müəyyən çevrələrdə əsassız məlumatlar yayır, media qurumlarında sifarişli məqalələrin yayımlanmasını məsləhət görür, şər-böhtanlar danışır, hətta redaksiyaların əməkdaşlarına verəcəyi qonaqlıqlardan əlavə, digər “yağlı vədlər” də verir. Elə ki, həftələr, aylar keçir və Müqayis Verdiyevin “yağlı vədlər”inin zamanı çatır, o halda o, əməlli-başlıca burcutmalara qol qoyur. Bir sözlə, bu şəxs burcudur və media qurumları əməkdaşlarının telefon zənglərinə də cavab vermir. Deməli, bu şəxsin ruhu və düşüncəsi saxta əməl və amallar üzərində formalaşdığından, o, nəinki Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər və böhtanlarını davam etdirir, hətta media qurumlarının əməkdaşlarına “atmağı” da bacarır. Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, media qurumlarının əməkdaşları, bu gün də Müqayis Verdiyevi “əliçıraqlı” axtarırlar. Ola bilər ki, hər iki tərəf nəvaxtsa üzüzə gəldilər, yəqin ki, o halda “bacarıqlı iş adamı”nın müqayisəli sifətinə müqayisəli suallar ünvanlanacaq. Düşünürük ki, media qurumlarının əməkdaşlarına “atmağı” bacaran bu şəxsin dəyişən sifətinin rəngi, məhz həmin anlarda bir daha dəyişəcək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Bu gün gundemxeber.az-ın əldə etdiyi məlumatlaradan, video-çəkilişdən aydın oldu ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəsi Muradov Nazim Abusət oğlu, həm üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edir, həm də media qurumlarının əməkdaşlarına qarşı sui-qəsd etmək planı düzüb qoşur. Baş verən olayla bağlı yayımlanan çəkilişi gördükcə, sanki özözlüyümüzdə dəhşətə gəldik. Yəni, həmin çəkilişdən görünür ki, şəhər üzrə nümayəndə Nazim Muradov üçrəngli Azərbaycan bayrağını rəhbərlik etdiyi inzibati binada yağış sularının axıdılması üçün nəzərdə tutulan su-boru xəttinə bağlatdırmış və belə bir səbəbdən də, bayrağımız olduqca yarasız görkəmə düşmüşdür. Sual oluna bilər ki, görəsən Masallı rayonunda strateji bir sahəyə rəhbərlik edən bu şəxsin, üçrəngli Azərbaycan bayrağına nifrət etməsinə səbəb nədir? Məgər, həmin bayrağı şəhər üzrə nümayəndəliyin giriş qapısının üst hissəsinə, yaxud da binanın daha görkəmli yerinə asmaq olmazmı? Yəqin ki, olar! Deməli, xalqımızın qanı-canı bahasına əldə etdiyi və bu gün də qoruyub yaşatdığımız üçrəngli Azərbaycan bayrağının, Nazim Muradovun rəhbərlik etdiyi şəhər üzrə nümayəndəliyin binasında çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su-boru xəttinə bağlanmasının hansısa səbəbi var. Bu haqda geniş ictimaiyyət məlumatlı olmasa da, yəqin ki, şəhər üzrə nümayəndə lazımınca məlumata malikdir ki, o, bayrağımıza qarşı belə bir hörmətsizliyin olmasına göz yumur. Digər tərəfdən, Nazim Muradovun Azərbaycan bayrağına qarşı qol qoyulan hörmətsizliyi ictimailəşdirən media qurumunun Çinarə adlı xanım əməkdaş(lar)ına qarşı sui-qəsd edəcəyi ehtimalı da, məhz ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Yəni, həyata keçirilən çəkilişdən görünür ki, xanım əməkdaş danışığı zamanı dönə-dönə bildirir: “Biz Nazim Muradov tərəfindən həyatımıza ola biləcək zoraklıqların, sui-qəsdin qarşısının alınması üçün, ilk öncə DİN-nin 102 xidmətinə zəng etməyə, daha sonra isə polis əməkdaşlarının köməyindən istifadə etməyə məcbur olduq”. Bəli, çəkiliş xanım jurnalistin söylədiklərini tam şəkildə təsdiq edir. Deməli, polis əməkdaşlarının qətiyyətli addımları olmasaydı, o halda xanım jurnalistlərin həyatları hansısa acı sonluqla nəticələnərdi. Bütün bunlar onu söyləməyə əsas verir ki, Masallı RİH başçısının Masallı şəhər üzrə nümayəndəsi Nazim Muradovda nə vətən, nə xalq, nə də ki, üçrəngli bayrağımıza qarşı sevgi hissi formalaşmayıb. Belə olan halda, görəsən bu şəxsin strateji bir sahəyə rəhbərlik etməsinə nə dərəcədə mənəvi haqqı çatır? Yəqin ki, yox! Görünən dağa nə bələdçi?! Daha ətraflı video görüntüdə izləyə bilərsiniz.
Azərbaycan hakimiyyətində edilən kadr dəyişiklikləri bəzən lazımi nəticəni vermir. Məsələn Yasamal rayonuna icra başçısı gətirilmiş Elşad Həsənovun misalında olduğu kimi. Prezident deputat Elşad Həsənova Yasamal kimi bir rayonu həvalə etdi, onu sınadı ki, icra başçısı kimi özünü təsdiqləsin. Lakin Elşad Həsənov Yasamalda necə deputat olmuşdusa, elə də icra başçısı oldu. Onun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq internet resurslarında apardığımız araşdırma onu göstərdi ki, deputat olduğu dövrə aid bir-iki informasiya qarşımıza çıxdı, o da Həsənovun alayarımçıq açıqlamaları… Hətta mediada gedən məlumatlarda qeyd olunur ki, deputat olduğu zaman seçiciləri Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd veriblərmiş.
Onun fəaliyyətini bu gün Yasamalın hər qarışında yaşıllıqların kəsilməsi, səkilərin satılması, səliqə-sahmanın olmaması, harada boş yer vaesa satışa çıxarılmasında görmək mümkündür. Bir sözlə, ona havadarlıq edən yüksək çinli məmur kimdirsə, ilk gündən yanlış təqdimat verib, çünki nə 4 il deputat kimi, nə də icra başçısı olaraq etimadı doğruldub. Lakin deputat kimi səsi gəlməyən Elşad Həsənov icra başçısı təyin olunaraq mətbuata bildirmişdi ki, “Əlimdən gələni əsirgəməməyə, mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi? Elşad Həsənov Yasamalın Onun fəaliyyəti rayon büdcəsini, resurslarını və təşkilatların fəaliyyətini qazanc mənbəyinə çevirməkdən ibarət oldu. Məlumdur ki, Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Elşad Həsənova qədər satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılmışdısa, indi səkilər, istirahət parkların böyür-başından kəsərək satışa çıxarırlar.
Təbii ki, Elşad Həsənovun sərəncamları ilə. Rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi var. Bu təşkilatlar ərazidə yaşayan əhalidən hər il əmlak və zibildaşıma haqqı yığır, amma insanların rahatlığı üçün lazım olan işləri görməyi unudur. Hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələr olsa da, icra hakimiyyəti nəzdində olan işsiz insanları sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətindən tutmuş JEK-lərə qədər bütün təyinatlar rüşvətlə həyata keçirilir. Bu da Uasmalaın icra başçısının qurduğu sistemin nəticəsidir. Məhz rayon rəhbərinin xeyir-duası ilə JEK müdirlərinin işə götürdüyü qohum-əqrabaları işə çıxmır, onların əməkhaqqı kartlarından qanunsuz istifadə edilir. Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına yığılan rüşvət, küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan pulların tenderlə icra başçısına yaxın şirkətlərə verilməklə mənimsənilməsi böyük bir gəlir sahəsidir. Yasamal ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin qanunsuz olaraq vətəndaşlara satılması ilə bağlı faktlar isə ayrıca araşdırma mövzusudur və bu proses bir gün məhkəmə salonlarına çıxacaq. Belə iddialar var ki, özünü doğrultmayan məmurlardan biri kimi Elşad Həsənov da siyasi rəhbərliyin “qara siyahısı”na düşüb və yaxın vaxtlarda Yasamal icra hakimiyyəti başçısı vəzifəsindən azad edilsin…
"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "."
"DogruXeber.az" xəbər verir ki, bu sözləri qazi Orxan Həsənzadə "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramında deyib.
Orxan Sulduz oğlu Həsənzadə. Tərtər rayon sakinidir. İkinci Vətən müharibəsində döyüşüb, ağır yaralanıb və üçüncü qrup müharibə əlilidir.
Ölkə başçısının sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Hərbi xidmətlərə görə " medalları ilə təltif olunub.
Bildirir ki, atası vəfat edib, anası onkoloji xəstədir. Anası və kiçik qardaşı onun himayəsindədir. Evin dolanışığı bir tərəfdən, xəstə ananın və özünün müalicəsi digər tərəfdən Orxanı maddi çətinliyə salıb.
Orxan bildirir ki, müharibə bitdikdən sonra müalicəsi üçün "YAŞAT" fonduna müraciət edib. Lakin, fond ona köməklik göstərməyib. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq, bankdan kredit götürüb, əməliyyat olunub, müəyyən qədər müalicə götürüb. Amma, pul qurtardığı üçün yenə də müalicəsi yarımçıq qalıb. Bir tərəfdən kredit borcu, digər tərəfdən müalicəsi, yuxarıda da qeyd etdiyimiz kimi ananın müalicəsi, dolanışıq və sair... bütün bunları yeganə gəliri olan pensiya ilə təmin etməsi mümkünsüzləşib.
Orxan bildirir ki, "kreditimi ödəsin deyə "YAŞAT " fonduna yenidən müraciət etdim, onlar deyir biz müharibədən əvvəlki borcları bağladıq, müharibədən sonra bizə aid deyil. Halbuki, onlar müalicəmi etdirmədiyi üçün mən məcbur olub kredit götürmüşdüm. Dəfələrlə Məşğulluq idarəsinə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də, İcra Hakimiyyətinə də iş üçün müraciət etmişəm ki, heçolmasa bir işlə təmin etsinlər, borcumu ödəyə və müalicəmi davam etdirə bilim. Onu da etmirlər. İcra Hakimiyyətində mənə deyirlər, "get kartını paylaş, bəlkə kimsə kömək edər". Mən bu vətən üçün döyüşmüşəm, niyə xalqdan kömək istəyim? Mən qazilərin "diləndirilməsi"nin əleyhinəyəm. Dövlətim etməlidir mənə köməyi, xalq yox."
Qeyd edək ki, Orxan Həsənzadənin müraciəti ilə bağlı qarşı tərəf olaraq, Tərtər Rayon İcra Hakimiyyətində "Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsi"nin müdiri Ülvi Nəcəfov ilə telefon əlaqəsi saxladıq.
Ülvi Nəcəfov bildirdi ki, "Orxan kreditinin ödənilməsini istəyir, onu da ki, müharibədən əvvəlki borcu "YAŞAT" fondu ödəyirdi, yeni borcları yox. Orxana özünüməşğulluq proqramı çərçivəsində 3 baş iribuynuzlu heyvan və 12 sot həyətyanı torpaq sahəsi verilib. Özü də hazırda Bakıda yaşayır".
Orxan Həsənzadə canlı yayımda Ülvi Nəcəfovun bildirdiklərinə aydınlıq gətirdi.
- "3 heyvan verilmişdi, biri gələn kimi öldü, ikisi də çox zəif idi satdım. Qaldı ki, torpağa, mənə çöllükdə (təsərrüfat sahələrinin yanında) 12 sot həyətyanı torpaq veriblər, hər ağzımı açanda başıma qaxırlar ki, "sənə torpaq verilib". Mən o, torpağı yeyə, onunla müalicəmi etdirə bilmirəm axı. Mən iş istəyirəm. Bakıya da işləmək məqsədilə gəlmişəm. Bir dostum var, kombi ustasıdır, sağolsun o, çağırıb özü ilə iş olanda məni də aparır, heç mənə iş də vermir, özü edir, amma qazandığı puldan mənə də verir ki, evimə çörək alım.
Tərtərdə mənə iş verdilər də, mənmi işləmədim? Orda işim olsa, mənim burada nə işim var?"
Qeyd: Bildiririk ki, Orxan Həsənzadə bir neçə dəfə "tik-tok" sosial şəbəkəsində də öz etirazını sərt sərt sözlərlə ifadə edərək, paylaşım edib.
Xatırladaq ki, bir müddət əvvəl Tərtər rayonunda daha bir müharibə əlili rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəxsi mülklərini təqdim edərək, haqsızlığa etiraz etməsi videogörüntüləri də sosial şəbəkələrdə yayımlanmışdı.
Bundan əlavə bir qrup Tərtər rayon Əskipara kənd sakinləri "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, icra başçısının əkinə yararlı torpaq sahələrini mənimsədiyini və suvarma zamanı suyun qarşısını kəsərək öz sahələrinə, eləcə də digər kəndlərin sahələrinə ödəniş qarşılığında yönləndirtdiyini iddia edirdilər.
Uzun sözün qısası, Orxan Həsənzadə Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov fəaliyyətindən narazı qalan nə yeganə Tərtər sakini deyil, nə də bu rayondan olan yeganə qazi.
Qeyd edək ki, icra başçısı kürsüsünə 10 il əvvəl ilk dəfə elə Tərtər rayonunda əyləşən Müstəqim Məmmədov barəsində 10 ildə yerli mətbuatda kifayət qədər tənqidi yazılar yer alıb.
Sabah 8 martdır və ənənəvi olaraq yenə də məktəblərdə pullar yığılır...
Bu ənənənin çoxdan davam etdiyini söyləmək yəqin ki, yersiz olar. Misir Mərdanovun nazirlik dönəmində bu ənənə özünün pik həddinə çatmışdı və demək olar ki, valideynlər açıq şəkildə, bəzən isə zorla 8 mart üçün pul verməyə məcbur edilirdilər. İndi də valideynlər buna məcbur edilirlər. Amma gizli şəkildə...
Bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi 8 mart üçün məktəblərdə pul yığmağı qadağan edib. Ancaq bu qadağa da məktəb rəhbərlərinə keçmir. Onlar indi “dovşanı Hacı Əhmədin əli ilə tuturlar”. Yəni Calideynlər Komitələrinin əli ilə. Təbii ki, bu işlərə də bütün orta təhsil ocaqlarında direktor müavinləri rəhbərlik edirlər. Amma məsuliyyət Valideynlər Komitəsinin rəhbərinin boynunda qalır. Çünki onlar həm təşəbbüskar, həm də pul toplayan tərəf olaraq çıxış edirlər. Məktəb rəhbərliyi isə guya prosesdən kənar qalırlar. Ancaq toplanan pulları sonucda direktor müavinlərinin cibinə axır və daha sonra o pullardan heç kimin xəbəri olmur.
Son bir neçə gündə redaksiyamızın elektron poçtuna bir neçə belə şikayət daxil olub. Onlardan biri Binəqədi rayon 248 saylı orta məktəbin valideynlərindən gəlib. Şikayət məktubunda bildirilir ki, 8 Mart Beynəlxalq Qadınlar Bayramı günü əlaqədar Binəqədi rayon 248 saylı orta məktəbdə siniflərdən rəhbərlik üçün gizli şəkildə pul yığımına başlanılıb. Hətta şikayətçi valideynlər belə bir maraqlı faktı qeyd edirlər ki, 248 saylı məktəbin direktorunun kişidir. Ancaq görünür ki, məktəb direktoru Xəyyam Fərəov 8 mart qadınlar bayramı üçün pul yığımı məsələsində maraqlı tərəfdir və buna görə də valideynlərin iddiasına görə bu vəzifəni təlim-tərbiyə işləri üzrə direktor müavinləri Reyhanə Qurbanovanın və Sevinc Həsənovanın öhdəsinə buraxıb.
Şikayətçilər bildirilər ki, onlardan pulu direktor müavinlərinin adından məhz Valideynlər Komitələrinin rəhbərləri yığır. Bunun üçünsə Valideynlər Komitələrinin rəhbərləri “vatçap qrupu” yaradıb və valideynlərlə yanaşı direktor müavinləri də bu qrupa üzvdürlər. Verilən pulların miqdarı isə könüllüdür. “İanə” 10 manatla 50 manatarasında dəyişir. Pullar isə əsasən qrupda paylaşılan karta köçürülür.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı Binəqədi rayon 248 saylı orta məktəbin diroktoru Xəyyam Fərəova sorğu ünvanlasaq da, sorğumuza cavab ala bilməmişik.
Redaksiyamıza başqa bir şikayət isə Mehdiabad qəsəbəsində yerləşən 1 saylı məktəbdən gəlib. Mehdiabaddan gələn şikayət də 248 saylı orta məktəbdən gələn şikayət məktubundan məzmunca heç nə ilə fərlənmir. Mehdiabadda da pulu Valideynlər Komitələri yığır və pullar sonucda Mehdiabad qəzsəbəsi 1 saylı məktəbin direktor müavini Aygün Ağalarovada toplanır. İddia edilir ki, artıq 3 ildir Aygün Ağalarova bu işə rəhbərlik edir.
Maraqlıdır ki, Mehdiabad qəzsəbəsi 1 saylı məktəbin direktoru Pənah Babayev bəzi valideynlərə bildirib ki, o, Valideynlər Komitəsi ilə bacarmır və onlar bu işi könüllü olaraq həyata keçirirlər. Hətta direktor öz imza və möhürü ilə təsdiq etdiyi elanı da məktəbin divarından asıb. Elanda direktor pul yığımının qanunsuz olduğunu qeyd edərək valideynləri 8 mart bayramına görə pul yığmamağa çağırıb.
Daxil olan məlumatda qeyd olunur ki, Valideyn Komitələrinə tapşırılıb ki, martın 6-na kimi işlərini bitirsinlər və yığdılllarını aidiyyatı ünvana çatdırsınlar... Poliqon.info
Mingəçevir şəhər sakini Teymurov Mirəli Məcid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev onu qeyri-qanuni işdən azad edib, məhkəmədə işə bərpa qərarı çıxarmağına baxmayaraq, onu işə götürmürlər:
"Mən, Teymurov Mirəli Məcid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Faiq Abdullayev məni qeyri-qanuni olaraq işdən çıxarıb.
1988-ci ildə Vedibasar rayonundan qaçqın düşmüşəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Xəstəxanada sürücü işləyirdim. Heç bir səhvim, günahım olmadan direktor məni işdən uzaqlaşdırdı.
Otağına girdim, xahiş etdim ki, müharibə iştirakçısı olmuşam, veteranam, işdən çıxarmayın. Lakin "mənə nə, çıx çölə", - deyə otağından qovdu.
Bəlkə işdən çıxarılma səbəbini də öyrənərəm deyə növbəti dəfə yenə qəbuluna getdim. Sanki direktor məni gördükcə əsəbləşir. Mənə bildirdi ki, “sənin kitabın artıq bağlanıb, işə qaytara bilmərəm, get Müdafiə Nazirliyinə müraciət elə, veteran olmağına görə onlar sənə iş versinlər”.
Veteranlığı lağa qoyan insan təəssüf ki, xəstəxanada direktor işləyir. Mənim kimi canını vətən uğrunda qoyanlar da onun kimilərdən asılı oluruq.
Bu işin rahatlıqla düzəlməyəcəyini anlayıb, məhkəməyə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxardı.
Hörmətli Prezidentimiz də hər zaman deyir ki, veteranlara iş verilsin. Sağ olsun hakim, mənim işimə qayıtmağım üçün qərar verdi. Lakin xəstəxananın həkimi Faiq Abdullayev qərəzli şəkildə məni işimə qaytarmır, müxtəlif bəhanələr gətirir.
Məhkəmə qərarı da lazımsız bir sənəd kimi əlimdə qalacaqdısa, bəs mən onda niyə əziyyət çəkib məhkəməyə müraciət etdim?! Həkim “get hara kimə şikayət edirsen et, səni işə götürmürəm” deyir.
Hətta prezidentin veteranlar haqqında olan çıxışına da qulaq asmayaraq, qərarı rədd edir”.
Məsələ ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayevlə əlaqə saxladıq. O, suallarımıza cavab verə bilməyəcəyini, xəstəxananın əlaqə nömrəsinə zəng vurmağımız xahiş etdi. Amma xəstəxanaya bütün zənglərimiz cavabsız qaldı.