Bunuda gördük -
Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi “Strong Group” MMC (VÖEN – 1301875731) olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət BDU-ya 154 ədəd kondisioner satacaq və qarşılığında 224 min 39 manat 52 qəpik alacaq. Rəqəmlərdən də göründüyü kimi bir ədəd kondisionerin orta qiyməti 1 455 manat olacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Strong Group” MMC-nin qanuni təmsilçisi Musayeva Afaq İdrak qızıdır. MMC 29.91.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, açıq mənbələrdə barəsində heç bir məlumat olmayan “Strong Group” MMC müxtəlif dövlət qurumlarının fərqli istiqamətlərdən keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.

Məsələn, ötən il “Strong Group” MMC Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hökumət Evi inzibati binasında istifadəsində olan otaqların cari təmirini həyata keçirib və 104 min 465 manat 47 qəpik alıb. Bu ilin iyun ayında isə “Azərsu” ASC-yə 153 min 921 manat 9 qəpik dəyərində yaşıllaşdırma sahələri üçün dərman, gübrə, mal-material və avadanlıqlar satıb. Bu avadanlıqların arasında yaba, balta, çəkiç, mişar, bel və s. yer alıb.
Göründüyü kimi nəinki veb-saytı, hətta sosial şəbəkə hesabı belə olmayan bir şirkət yüz minlərlə dəyəri olan tender müsabiqələrinin qalibi olur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.
 

Dünyapress TV

Xəbər lenti