“Bu istiqamətlərdə Ermənistanın güclənmək şansı Azərbaycandan daha çox idi”.
DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.
“Müharibədən sonrakı dövrdə Azərbaycanın hücumları onu göstərdi ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğur qazanıb.
Məsələn, Azərbaycanın Fərrux, Kutakan, Nerkin, Şorja, İşxanasar, Cermuk istiqamətində, Qara göldən daha çox irəliləmək imkanları var idi. Lakin 2 il ərzində çətin şərtlərlə dağlıq ərazidə, ilin yarısının da kəskin hava şəraiti müşahidə olunduğu ərazilərdə hücumu planlaşdırıb həyata keçirdi.
Üstəlik, qeyd etdiyim istiqamətlərdə Ermənistanın özünü gücləndirmək, müdafiə sistemi yaratmaq, ən əsası isə təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi.
Böyük mənada burada problem nəinki haqqında bu qədər danışılan Azərbaycan XTQ-nin, hətta dağlıq şəraitdə fəaliyyət göstərmək imkanına malik olan Azərbaycan bölmələrinin üstünlüyü deyil. Problem ermənilərin mütəşəkkil şəkildə nizamsız olmasındadır.
2 il ərzində Azərbaycan Kəlbəcər-Laçın hissəsində əsas, ehtiyat yolların tikintisi, yenidən qurulması, hərbi hissələrin, hərbi infrastrukturların yaradılması üçün ciddi vəsaitlər yatırıb. Bu, onların uğurlarına nə qədər töhfə versə də, qeyd etdiyim sahələrdə, çox güc tətbiq etmədən onları qarşısını almaq olardı.
Söhbət döyüşçülərimizin necə vuruşmağı, qalib gəlməyi unutduqlarında deyil, problem onların arxasında dövlətin olmamasıdır.
Normal hakimiyyətin və dövlətin mövcudluğu şəraitində uğurla təşkilatlanmaq, işləmək, möhkəmlənmək, müdafiə olunmaq olar”, – deyə Abramyan yazıb.